Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Rəqqasə Renka -karantin qaydalarını pozduğu üçün cərimələndi

Rəqqasə Renka karantin qaydalarını pozduğu üçün cərimələndi

Sosial şəbəkələrdə və xəbər saytlarında yayılmış “Rəqqasə Renka karantin qaydalarını pozdu” sərlövhəli videogörüntülərlə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılıb. 

Yenixeber.org: Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. 

O bildirib ki, iyunun 3-də paytaxtın Nizami rayonunda yeləşən restoranlardan birində xüsusi karantin rejim qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan ad günü mərasimi təşkil edilib:  

“Nizami RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə obyekt sahibi və iştirakçılar inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 11 nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi 1500 manat, digərləri 100 manat cərimə olunublar”.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə şou-biznesdə Renka kimi tanınan rəqqasə Rəna Ağamuradovanın karantin qaydalarını pozduğuna dair görüntüləri yayılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam