Elza Seyidcahan Yazıçılar Birliyinə üzv olmaq istəyir: “Niyə də qəbul etməsinlər?”
Son zamanlar sosial şəbəkələrdə müğənni Elza Seyidcahanla bağlı bir xəbər yayılıb. Xəbərdə bildirilir ki, müğənni Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq üçün müraciət etsə də, ərizəsinə baxılmayıb. Modern.az informasiyanı dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxlayıb.
Yenixeber.org: Əməkdar artisti Elza Seyidcahan saytımıza açıqlamasında bu xəbərin yanlış olduğunu bildirib:
“Niyə axı yalandan danışırlar ki? Mən nə vaxt müraciət etmişəm ki, ərizəmə də baxılmasın? İndiyə qədər bir dəfə də olsa, müraciət etməmişəm. Düşünürəm ki, müraciət etsəm qəbul edərlər. Niyə də qəbul etməsinlər ki? Düzü bu barədə fikrim var. Mən də istəyərəm ki, Azərbaycan Yazıçılar Birliyinə üzv olum. Təbii ki, o da qismət olsa”.
Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bu barədə məlumatsız olduğunu söyləyib.
“Düzü bu müraciətlə bağlı heç bir məlumatım yoxdur. Ancaq ərizəyə baxılmayıb nə deməkdir ki? Azərbaycan Yazıçılar Birliyinin özünün qəbul komissiyası var. Üzv olmaq istəyənlər üçün də xüsusi qaydalar nəzərdə tutulub. Üzv olmaq istəyən şəxs ən azı iki kitabın müəllifi olmalıdır, üç nəfərdən zəmanət almağı isə mütləqdir. Həmin o üç nəfər Azərbaycan Yazıçılar Birliyinin katibliyində ( yəni aparatda) təmsil olunmamalıdır. Üç nəfər zəmanət verən şəxs 10 il Azərbaycan Yazıçlar Birliyinin üzvü olmalıdır. Dövrü mətbuatda, xüsusilə Azərbaycan Yazıçılar Birliyininin orqanlarında çap olunmalıdır. Bütün bunlardan sonra, fərqi yoxdur ya Elza olsun, ya da digəri üzvlüyə qəbul olmaq üçün müraciət edə bilər. Nəhayət qəbul komissiyasının üzvləri bu məsələyə baxandan sonra, əgər məqsədəuyğun hesab edirlərsə, üzvlüyə qəbul edirlər”.
Mətbuat xidmətinin rəhbəri Azərbaycan Yazıçılar Birliyinin qurultaya qədər üzv olmaq məsələsini dayandırdığını da qeyd edib