Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Fələstinə dəstək olduğu üçün konsertləri ləğv edildi

 

Dünya şöhrətli pianoçu Fazıl Sayın İsveçrədəki 4 konserti Fələstinə dəstək mesajlarına görə ləğv edilib.

Yenixeber.org xəbər verir ki, söhbət sənətçinin oktyabrın 23, 24, 25 və 26-da Sürix, Bern, Cenevrə və İsveçrənin Luzern şəhərlərində verəcəyi konsertlərdən gedir. 

Məsələ ilə bağlı Fazil Say sosial media hesabından açıqlama verərək bu sözləri deyib:

“Migros (İsveçrə) şirkətinin rəsmiləri İsrail-Fələstin gərginliyi ilə bağlı sosial mediada əks etdirdiyim fikirlərimi konsertlərin ləğvinə səbəb kimi göstərdilər. Bütün yazılarım heç bir dəyişiklik olmadan sosial mediamda qalır. Mən sülh tərəfdarıyam. Bütün bəyanatlarım sülh üçün idi.

24 ildir İsrailə gedən biriyəm. Terror hadisələri hamımız kimi məni də kədərləndirdi. Mən də yazmışdım ki, Netanyahunun gələcəyi olmayan müharibə siyasətini çox yanlış və cinayətkar hesab edirəm. Mən bilirdim ki, Avropada ifadə azadlığına etibar etmək olar və heç bir qaranlıq və ya anlayışsızlıq olmayacaq. Bu narahatedici hadisə mənim inamımı sarsıtdı”. (Kelebek)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam