Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Bakı Payızı” müsabiqəsi DAVAM EDİR

“Bakı Payızı” istedadlar müsabiqəsinin ikinci turunda 45 vokalçı yarışır. 

Yenixeber.org:  Onlar səhnədə xarici mahnılardan ibarət kompazisiyalar səsləndirirlər. 

“Bakı Payızı” istedadlar müsabiqəsinin münsiflər heyətində Xalq artisti Siyavuş Kərimi, Əməkdar artist Emil Əfrasiyab, Əməkdar incəsənət xadimi Ülviyyə Könül, prodüser, “Xəzər” televiziyasının baş direktoru Murad Dadaşov, bəstəkar İsa Məlikov, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, əməkdar artist Rain Sultanov təmsil olunur. 

Xatırladaq ki, bu günlərdə “Bakı payızı 2023” müsabiqəsinin birinci və ikinci turları çərçivəsində konsert proqramları keçirilir. 

Ötən əsrin 60-cı illərin ikinci yarısında yaranmış, lakin uzun müddət keçirilməyin müsabiqə Opera Studiyasında gerçəkləşir. 

"Bakı Payızı" müsabiqəsi 80-ci illərdə estrada musiqisinə töhfələr verib. Müsabiqə 35 ildən sonra yenidən tamaşaçılarla görüşür. 

"Bakı Payızı-83" və "Bakı Payızı-85" müsabiqələrindən ilhamlanan təşkilatçılar hazırda vokalçılardan ibarət müsabiqənin birinci turunu həyata keçirir. Müsabiqəyə ölkəmizin müxtəlif rayon və şəhərlərindən, həmçinin xarici ölkələrdən iştirakçılar qatılıb. 

Qeyd edək ki, iyulun 1-dək davam edəcək tədbirin ötən gün vokalçılar arasında ilk turu keçirilib. Müsabiqə iştirakçıları Azərbaycanın bəstəkar musiqilərini və milli mahnıları səsləndiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam