Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Xalq artisti Fuad Poladovun anım günüdür-BU GÜN

Bu gün Xalq artisti Fuad Poladovun anım günüdür. Aktyorun vəfatından artıq 5 il ötür.

Yenixeber.org: Fuad Ağarəhim oğlu Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib.

Daha sonra aktyor Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967–1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb.

Premyerası 1969-cu il noyabrın 29-da olan tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.

Səhnədə yaratdığı obrazlarla yanaşı, mərhum sənətkar "Aktrisa" , "Alov", "Arxada qalmış gələcək", "Atayevlər ailəsi", "Beşmərtəbəli evin altıncı mərtəbəsi ", "Dede Korkut hikayeleri", "Günaydın, mələyim!", "Dərvişin qeydləri", "Dolu", "Etimad telefonu", "Əlavə təsir", "Əlvida, cənub şəhəri", "Ən vacib müsahibə", "Fatehlərin divanı", "Güllələnmə təxirə salınır!", "İstintaq davam edir" kimi filmlərdə unudulmaz obrazlar yaradıb.

Sonralar Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib və 2018-ci ildə vəfat edib. Məzarı "Qurd qapısı" qəbiristanlığındadır.

Fuad Poladov bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib və 2018-ci ilin bu günü, mayın 5-də də vəfat edib. Aktyor vəsiyyətinə uyğun olaraq, Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam