Redaktor seçimi
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
Günün xəbəri

“Mənim şəklimi qoyub pis bir şey yazanda 20-30 min baxış gəlir”

 

“Mənim şəklimi qoyub pis bir şey yazanda 20-30 min baxış gəlir”.
Yenixeber.org: Bunu Xalq artisti Brilliant Dadaşova ATV-də yayımlanan “Günün sədası” verilişində deyib.
O, sosial şəbəkələrdə ünvanına yazılan tənqidlərdən danışıb:
“Ona görə deyirəm ki, yaxşının qəlbindəyik, pisin həmişə yaddaşındayıq. Mən onların çoxunun yaşayış tərzini görmüşəm. Bilirəm ki, mənim şəklimi qoyub pis bir şey yazanda 20-30 min baxış, mənim ünvanıma 300 pis söz gəlir. Onu bilməlidirlər ki, Allahın qapazı mütləq onlara dəyəcək”.
Xalq artistinin sözlərinə görə, o, ünvanına pis sözlər yazan sosial şəbəkə istifadəçilərindən hüquq-mühafizə orqanlarına şikayət etmir:
“Vəkilimə deyirəm ki, lazım deyil. Aparacağıq polisə, yalvaracaq. Sonra nənəsi gələcək, ağlayacaq. Mən onsuz da onu bağışlayacağam. Amma bizim vaxtımız gedəcək. Çünki bir-iki dəfə olub. Ana gəlir, nənə gəlir, ağlayırlar, onsuz da bağışlayırsan”.
Dadaşova, həmçinin digər həmkarlarının onun ünvanına söz atdıqlarını deyib:
“Bilirlər ki, cavab verməyəcəyəm. Haqqımda yalandan fikir formalaşdırırlar. Biri bu yaxınlarda yazıb ki, qaçırdım Brilliantın qabağına salam verirdim... Belə şey heç vaxt olmayıb. Sadəcə o adam eşidib ki, mən həmişə demişəm ki, İlhamə Quliyevanı sevirdim, qabağına qaçırdım, o məni saymırdı. İndi bunu götürüb mənə edir. Salam Allahın adıdır. Mənim qabağıma heç tanımadığım bir adam qaçsa, heç vaxt ola bilməz ki, salamı almayım. Elə adamlar var ki, onların mənə salam verməyindən qorxuram. Mənim atmosferimdə olmasınlar, bilirəm ki, pislik edən adamlardır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam