Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Son dəqiqə: -Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırlaşdı

Son dəqiqə: Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırlaşdı

"COVID-19" diaqnozu ilə xəstəxanaya yerləşdirilən Xalq artisti Ramiz Əzizbəylinin vəziyyəti ağır olaraq qalır.

Yenixeber.org: Bu haqda aktyorun qızı Xədicə Əzizbəyli məlumat verib. O bildirib ki, atasının səhhətində zaman-zaman cüzi irəliləyiş olsa da, yenidən pisləşir:

"Vəziyyəti ağırdır. Həkimlər deyir ki, cüzi irəliləyiş olur, lakin qısa müddət sonra pisləşir, ağırlaşır. Bu səbəbdən yekun olaraq "yaxşılaşıb" deyə bilmirik. Hələ də reanimasiyadadır".

Qeyd edək ki, koronavirusa yoluxan R. Əzizbəyli bir müddət əvvəl Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. Onun infarkt keçirdiyi açıqlanıb.

Bundan əvvəl isə Xalq artisti üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Onun bir ayağındakı barmaqları amputasiya edilib.

Son dəqiqə: Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırlaşdı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam