Yenixeber.org: Həftəsonunu bölgələrdə dincələrək keçirən tanınmışları təqdim edirik:
Xalq artisti Mənsum İbrahimov İsmayıllı, Lahıc, Lənkəran və ən sonda Şəkiyə gedib. muğam ifaçısı bir neçə gündür bölgələri qarış-qarış gəzir.
Xalq artisti Tünzalə Ağayeva da dağlıq bölgələrdən birinə yollanıb. Müğənni harada dincəldiyini isə gizlədib.
Müğənni Ramal İsrafilov da meşəlik yerlərdən birində istirahətə gedib. Sənətçi fotosunu İnstaqram izləyiciləri ilə bölüşüb.
Rəqqasə Fatimə Fətəliyeva isə Lənkərana üz tutub. O, öz işçiləri ilə birlikdə orada istirahət edir.
Əməkdar artist Vəfa Zeynalova əkiz qızları ilə birlikdə Qusara gedib. Dağı, meşəni, şəlaləni gəzən aktrisa görüntülərini izləyiciləri ilə bölüşüb.
Müğənni Xuraman Şuşalı 6 aydan sonra rayon həsrətinə son qoyub. İfaçı 4 övladı və həyat yoldaşı ilə birlikdə Qusara gedib.
Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı ilə birlikdə Qubaya yollanıb. Cütlük dostları ilə birlikdə orada əylənir.
Müğənni Zamiq Hüseynov və stilist Elnur Həsənov da dincəlmək üçün Qubaya gedib. Onlar brilikdə fotolarını sosial şəbəkədə bölüşüblər.