"Güclü qadınam, amma hər dəfə Zaur Baxşəliyeva deyirəm ki, məni "Bizimləsən" proqramına çağırma. Bütün dərtlərim yadıma düşür, insanların halına yanıram. Eyni zamanda da Zaurun dərdini çəkirəm".
Yenixeber.org: Bu sözləri müğənni Roza Zərgərli "Zaurla Günaydın" proqramında deyib. Sənətçi bildirib ki, "Bizimləsən" proqramına qatılmaq istəmir:
"Gördüklərimə görə güclüyəm. Ordan çıxandan sonra Zaurda deyir ki, elə bil səni öldürüblər. O proqramda oturmaqdan ötrü adamda ürək lazımdır".