Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Vətənə xəyanət etməmişəm ki, 400 manat qurbandı mənim vətənimə...”

 
“Bunu yazan saytlar bir daha göstərdi ki, onlarda işləyən jurnalistlər peşəkarlıqdan uzaqdırlar. Yenə deyirəm məsələni araşdırmadan nəyisə yazmaq, kiminsə hissləriylə oynamaq olmaz”
Yenixeber.org: Bunu açıqlamasında “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov komandanın karantin qaydalarının pozulmasına görə cərimə edilməsi məsələsinə münasibət bildirərkən deyib. T.İmanov bəzi informasiya agentliklərinin səhvə yol verdiyini bildirib:
“Buna görə çox təəccüblənirəm. Jurnalistlər niyə bu məsələni araşdırmadan yazıblar? Orda yazılıb ki, “Planet Barni iz Baku LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində karantin qaydalarına nəzarət etmədiyinə görə inzibati protokol yazılıb”, düzdürmü? “Planet Parni iz Baku” KVN Teatrı hüquqi şəxs deyil axı. Hardasa siz yazılarınızda bir dəfə də olsun “Planet Barni iz Baku LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözü yazmısınızmı? Azərbaycanda görün neçə nəfər Məmməd adında adam var və bu adda adamın biri xəyanət etsə, onda belə çıxır ki, Məmmədlərin hamısı xəyanətkardır? Yəni bunların hamısını araşdırmaq lazımdır və düşünürəm ki, bu elə də böyük mövzu deyil ki, bunu şişirdək. Tutalım ki, mən qaydaları pozmuşam, burda nə var ki? Vətənə xəyanət etməmişəm ki, 400 manat qurbandı mənim vətənimə. Bunu yazan saytlar bir daha göstərdi ki, onlarda işləyən jurnalistlər peşəkarlıqdan uzaqdırlar. Yenə deyirəm məsələni araşdırmadan nəyisə yazmaq, kiminsə hissləriylə oynamaq olmaz. Mən bir insan kimi belə düşünürəm. “The Fist News” saytında yazıblar ki, “Planet Parni iz Baku” komandası cərimə edilib. Birincisi biz komanda deyilik, biz “Planet Parni iz Baku” KVN Teatrıyıq. Bu iki adın arasında böyük bir fərq var, çünki bunlar ayrı-ayrı qurumlardır. Cərimə olunan hüquqi şəxsdir. Götürüb bizim şəkillərimizi də sayta qoyublar, buna onların nə ixtiyarları var. Getsinlər öz işləriylə məşğul olsunlar, separatçılığı təbliğ edən Sose Pavalaşvilini öz saytlarında piar etsinlər, necə ki, bunu həmişə ediblər. Getsinlər ermənilər haqqında yazsınlar, necə əvvəllər yazıblar. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri bir qıraqda qalıb, onlar erməniləri təbliğ edirlər. Xahiş edirəm bizimlə işləri olmasın. Əgər jurnalist adını daşıyırsansa, burda böyük məsuliyyət olmalıdır, hər bir vergülü, nöqtəni araşdırıb yazmalısan ki, sonra üzr istəməyəsən. Azərbaycan dilini bilmirlər, erməniləri təbliğ edirlər, separatçılığı təbliğ edən müğənninin təbliğatı ilə məşğul olurlar və sonra da mənə keçirlər. Ay qardaş, sənin mənimlə nə işin var? Gedin işlərinizlə məşğul olun da, ayıb deyilmi sizə? Neçə-neçə tanınmış insanlar cərimələnib, nə olsun. Bunu elə yazırlar ki, sanki vətənə xəyanət etmişəm. Yanvar ayından işsiz otumuşam, susuram, heç nə demirəm. Mənim heç bir fəaliyyətim yoxdursa, necə qonunu poza bilərəm. Bir daha qeyd edirəm ki, peşəkarlıqdan uzaq olan saytlar reytinq naminə götürüb belə şeyləri yazırlar. Çünki onlar bilirlər ki, bizim adımızla bağlı yazılan məqalələr çox böyük oxucu kütləsi toplayır. Bizim sənətimiz, fəaliyyətimiz qalıb bir qıraqda bayağı-bayağı mövzulara müraciət edirlər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam