Son günlər çəkilən fotolar yeni çıxan proqramlara görə fərqli görünüş, qüsursuz sima ilə diqqət çəkir. Bu cür effektlərdən istifadə edənlər arasında şou-biznesin tanınmış simaları da az deyil. Bəzi halda isə onlar effektlərin sözün əsl mənasında ağını çıxarırlar.

Yenixeber.org:  Şəkillərində "Snapchat"dan istifadə edənlər sırasında Əməkdar artist Rühəngiz Musəvi yəqin birinci sırada yer alır. Müğənni fotolarına o qədər effekt verir ki, üz cizgiləri belə itir.

 

Müğənni Sevda Əliqızının isə şəkillərində tam fərqli bir sevda görürük. İfaçı effektlərdən hədsiz istifadə edir, şəkillərində ki, keyfiyyət belə yox olur.

 

Əməkdar artist Könül Kərimova şəkillərini fotoşop etməklə yanaşı, fərqli emojilərlə onları bəzəyir də.

"Snapchat" vurğunu olanlardan biri də Əməkdar artist Rühəngiz Allahverdiyevadır. Müğənni şəkillərini o qədər keyfiyyətsiz edir ki...