Redaktor seçimi
Siyasi elitanın Cavid Qurbanov üzü: 
Ağgöl Milli Parkında yanğın müəmması-ETSN-nə yalan məlumat verilir?-
Abel Məhərrəmovdan birinci xanıma hörmətsizlik-
Azay Quliyevin Əli Həsənovdan Abbas Abbasovadək şübhəli əlaqələri-
Nərimanovun icra başçısı və müavini sahibkara “qan uddurur”- Prezidentə müraciət+
Bakı şəhərinin işıqlandırılmasına dövlətin pulu belə xərclənir-
Mikayıl İsmayılovun həbs olunan başçı ilə MÜBHƏM ƏLAQƏLƏRİ...-
Alı Alıyev Ceyhun Cəfərovun taleyini yaşaya bilər-“Kraun KO” şirkəti ilə icra başçısını nə bağlayır?-
Günün xəbəri

Türkiyə-Azərbaycan münasibətlərində yeni mərhələ-ANALİZ

               

                  Strateji müttəfiqliyə doğru yolda Bakıdan nələr tələb olunur?

Yenixeber.org: Yeni xarici işlər naziri Ceyhun Bayramov ilk xarici səfərini Türkiyə gerçəkləşdirdi. Bu, Bakının yaxın tarixdə dəyişməyən mesajıdır, prezidentlər, parlament sədrləri, xarici işlər nazirləri ilk səfərlərini Ankaraya etməklə Türkiyənin Azərbaycanın ən mühüm – 1 saylı strateji tərəfdaşı olduğunu nümayiş etdirirlər. Regionda həssas siyasi proseslərin gedişində ortaya çıxan yeni reallıqlar da onu göstərir ki, Bakı-Ankara münasibətləri daha da dərinləşəcək, Türkiyənin Cənubi Qafqazda rolu getdikcə güclənəcək. Bu, Azərbaycan üçün yeni imkanlar yaradır, təhlükəsizliyi üçün töhfələr verir.

Ceyhun Bayramovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra verdiyi bəyanatlar da hər iki ölkənin hərbi-siyasi, iqtisadi əlaqələrin daha da dərinləşməsində qərarlı olduqlarını göstərir.

Prezident Rəcəb Tayyib Ərdoğanla görüş daha maraqlı heyətlə baş tutub. Bu dəfə Ceyhun Bayramovu müdafiə naziri Zakir Həsənov müşayiət edib. Hərbi təlimlərdən dərhal sonra, hələ Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti Azərbaycanı tərk etməmiş, belə yüksək səviyyəli danışıqlara start verilməsi masadakı əsas mövzulardan birinin ikitərəfli hərbi əlaqələrin dərinləşdirilməsi olduğunu göstərir. Ankaranın mövqeyi və istəkləri aydındır, o, bölgədə daha ciddi aktor olmağa çalışır və bu istiqamətdə Azərbaycanla dərin əməkdaşlığa ehtiyac duyur. Bu zaman Rusiyanın bölgədəki varlığını nəzərə alır, amma əvvəlki çəkingən mövqedə dayanmır. Nümayiş etdirir ki, regionda Rusiya ilə bərabər səviyyəli hərbi-siyasi faktora çevrilmək üçün lazım olan bütün addımları ata bilər.

Növbət mərhələdə hərbi əməkdaşlığı daha gücləndirən yeni saziş, daha sonra bəlkə də Naxçıvanda Türkiyə ordusunun dislokasiyasına şərait yaradılması ilə bağlı razılaşma əldə oluna bilər. Ehtimal etmək olar ki, Azərbaycan ordusunun ehtiyac duyduğu müasir silah sistemləri ilə təchizatı daha da gücləndiriləcək. Məlumdur ki, son onillikdə bu sahədə Azərbaycanın əsas tərəfdaşı Rusiyadır. Amma Kremlin siyasi baxımdan etibarlı tərəfdaş olmaması, bəzi hallarda təzyiq mexanizmlərini işə salması və işğalçı Ermənistanla müttəfiqliyi Bakını narazı salır. 2016-cı ilin aprelində baş verən döyüşlərdən sonra Ermənistan ordusunun zəif nöqtələrini gücləndirmək üçün Moskvanın göstərdiyi canfəşanlıq da unudulmayıb. Qısa müddətdə Ermənistana “İsgəndər” raketləri və başqa hücum, müdafiə silahları, habelə hava hücumundan müdafiə vasitələri göndərildi. Azərbaycanın vasitəçi ölkənin işğalçıya belə açıq hərbi dəstəyinə zəif diplomatik etirazlarına isə məhəl qoyulmadı. Məhz bu hadisələrdən sonra Azərbaycan silah tədarükü üçün Rusiyadan kənar mənbələrin axtarışlarını sürətləndirdi. Türkiyənin müdafiə sənayesi ilə əməkdaşlığın genişləndirilməsinə qərar verildi. İndi Azərbaycan ordusunun pilotsuz uçuş aparatlarına, zərbə dronlarına, yüksək dəqiqliyə malik silahlara daha çox ehtiyacı var ki, bu da Türkiyə müdafiə sənayesinin istehsal sahələrinə aiddir. Ötən ay bu məhsulların daha bir partiyasının alqı-satqısı həyata keçirilib. Qeyd edək ki, belə partnyorluq Türkiyə üçün həm də iqtisadi baxımdan sərfəlidir. ABŞ, Rusiya, Çin, Fransa, Britaniya və digər silah ticarətçiləri ilə rəqabət aparmaq və bazarlar tapmaq Ankara üçün o qədər də asan deyil.

Türkiyə-Azərbaycan münasibətlərində iqtisadi əlaqələr ilk sırada dayanır. 2010-cu ildən etibarən Azərbaycan qardaş ölkəyə sərmayələrini kəskin artıraraq 20 milyard dollar həddinə çatdırıb. Türkiyədə “Petkim” Neft-Kimya Kompleksinin satın alınması və İzmirdə yeni zavodun inşa olunması, Türkiyəyə qaz ixracının artırılması, enerji sektoruna qoyulan müxtəlif həcmli yatırımlar iqtisadi münasibətlərin əsas hissəsini təşkil edir. Amma hər iki ölkə bu əlaqələrin daha da genişlənməsində maraqlıdır. İlk növbədə Azərbaycanın turizm, kənd təsərrüfatı, emal və sənayenin başqa sahələrində Türkiyə şirkətlərinin yatırımlarına böyük ehtiyac var.

Qeyd edək ki, Azərbaycana qoyulan xarici sərmayənin miqdarı 200 milyard dolları aşsa da, bu əsasən neft-qaz sektorunu əhatə edir. Qeyri-neft sektoru daha çox yerli sərmayəçilərin ümidinə qalıb ki, bu da həmin sahələrin inkişafını ləngidən amilə çevrilib. Bundan başqa, investisiya mühtinin pis olması, inhisarçılıq, bərbad hüquq sistemi də Azərbaycan iqtisadiyyatını xarici sərmayələr üçün  əlverişsiz hala gətirib. Əgər Bakı pandemiyadan daha böyük zərbələr almış iqtisadiyyatını dirçəltmək istəyirsə, ölkəyə kapital axınını təmin etməli və bunun üçün bütün lazımi addımları atmalıdır. Çünki qarşılqlı iqtisadi əlaqələrin səmərəli olması təkcə dövlətlərası münasibətlərdən, imzalanan sazişlərdən asılı deyil. Biznes, kapital azaddır və onun sahibləri dövlət deyil, özəl sektordur, o da yatırımlar üçün ən təhlükəsiz yerləri seçir. Bu baxımdan Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələrin dərinləşməsi üçün geniş miqyasda islahatların aparılmasına, hüquqi, bürokratik əngəllərin aradan qaldırılmasına ehtiyac var. Bu sıraya ikitərəfli humanitar əlaqələrin genişlənməsi də daxildir.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ceyhun Bayramovla görüşdə bu məsələni qaldırıb, vizaların ləğvindən sonra Türkiyənin istəklərini dilə gətirib: “Bu, kifayət deyil. Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı ziyarətlərdə pasporta ehtiyac duymamalıdırlar. Biz bunu Gürcüstanla gerçəkləşdirdik, Ukrayna ilə də həyata keçirdik. Azərbaycanla şəxsiyyət vəsiqəsi vasitəsilə səyahət etmək üçün təkliflərimizi vermişik”.

Qeyd edək ki, avqustun 13-dən etibarən Azərbaycan və Türkiyə vətəndaşları qarşılıqlı olaraq vizasız səfərlər edə və ölkədə 90 gün müddətində qala bilərlər. Bu barədə razılaşma ötən il Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının illik toplantısında əldə olunub. Ankara uzun müddət viza məsələsini Bakının qarşısında qaldırsa da, Azərbaycan rəhbərliyi İranın da eyni tələbələ çıxış edəcəyini əsas gətirərək bu addımı atmaq istəmirdi. Görünür, burada başqa təsiredici faktorlar və ya maraqlar olub. Çünki Bakı lazım bildiyi anda viza rejimini ləğv etdi və İranın hər hansı israrlı tələbi ilə qarşılaşmadı.

Yekun olaraq qeyd etmək olar ki, Azərbaycan və Türkiyə arasında münasibətlərin dinamik inkişafı, bütün sahələrdə qarşılıqlı əlaqələrin yüksək səviyyə çatdırılması zamanın tələbidir. Əvvəla, hər iki ölkənin milli maraqları bunu tələb edir, daha sonra siyasi iradənin mövcudluğu kənar amillərin heç də həlledici faktor olmadığını göstərir. Bu istiqamətdə ilk addımlar uğurlu olub, bundan sonra da regionda güclü aktora çevrilən Türkiyənin dəstəyi ilə maneələr aşıla bilər.(pressklub)

Turqut    

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}