Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

TAR, yoxsa AR ittifaqı?

 

               

                   Zahid Orucun imzası ilə dərc olunan yazılarda hansı mesajlar verilir?..

Yenixeber.org: Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc son 10 gündə iki konseptual məqalə dərc etdirib.

Prezident tərəfindən yaradılmış publik hüquqi şəxsin rəhbəri vəzifəsini daşımasaydı, bəlkə əhəmiyyət verməmək olardı. İndiki statusunda bu yazıları sırf onun subyektiv qənaətləri kimi dəyərləndirə bilmərik.

Birinci yazının başlığı belədir: “Qafqazın gələcək hərbi-siyasi taleyi: Əliyev və Putin razılaşması”.

Məqalə həddən artıq mürəkkəb dildə yazılıb, anlamaq olmur ki, bu qədər ağır, dolaşıq və çətin dilə niyə ehtiyac duyulub? İstər-istəməz şübhə yaranır ki, görəsən, bunu Zahid bəy özü qələmə alıb, yoxsa AMEA-da oturan hansısa filosof? Bəlkə orijinalı rusca olub, sonra dilimizə tərcümə edilib? Yazını oxumaq əziyyətinə qatlaşanlar arasında məhz bu cür düşünənlər də var.

Məqalənin məzmunu, mahiyyəti barədə uzun təhlilə ehtiyac yoxdur, müəllif(lər)in hansı mesajı vermək istədiyini başlıqdan anlamaq çətin deyil.

İkinci məqalə “Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı” adlanır.

Yazıda bariz şəkildə avrasiyaçı xətt hiss olunur, hətta gözə girir. Müəllif(lər) Ankara və Moskvanı “məlumatlandırmağa” çalışır(lar) ki, əslində sizin maraqlarınız ortaqdır, “eyni tale səngərində”siniz, ortaq düşməniniz isə Qərbdir. Eyni zamanda, mesaj verilir ki, Ermənistan artıq bölgədə Rusiya maraqlarının qoruyucusu kimi çıxış etmir, əksinə, Rusiyanın maraqlarına təhlükə törədir. Müəllif(lər) Moskvadakı qərarvericilərin nəzərinə çatdırır(lar) ki, Ermənistan sizin maraqlarınızı qorumur, bölgədə Ermənistanın missiyasını Azərbaycan üzərinə götürə bilər, Türkiyə də buna dəstək verər, heç narahat olmayın.

Uzun məqalələrin qısa xülasəsi budur ki, Azərbaycan Respublikası Türkiyə-Rusiya, Qərb-Rusiya rəqabətində birmənalı seçim etməməlidir, Türkiyənin təkbaşına burada güclənməsi də Bakıya lazım deyil. Bakıya lazım olan TAR (Türkiyə-Azərbaycan-Rusiya) ittifaqıdır. Yəni, üç ölkənin maraqlarının uzlaşdırılması və koordinasiyalı siyasətin həyata keçirilməsi.

Onu qeyd edək ki, son illərdə avrasiyaçı xəttin bölgəmizdə yeridilməsinə cəhdlər edilib. Bu, ötən dövrdə hər 3 ölkədə – xüsusən Türkiyədə çox fəal şəkildə agitasiyası aparılan, hətta Türkiyənin dövlət siyasətində qısa periodda özünü göstərən siyasətdir. 2016-cı ilin 15 iyul hərbi çevriliş cəhdindən sonra (yeri gəlmişkən, bu hadisə barədə kifayət qədər qaranlıq məqamlar və cavabsız suallar qalır) Türkiyə-ABŞ münasibətlərində soyuqluq yarandı, problemlər dərinləşməyə başladı və Moskva bundan yararlanmağa çalışdı. Məqsədyönlü şəkildə Türkiyə ictimai rəyində belə bir fikir dövriyyəyə buraxıldı ki, çevriliş barədə Rusiya qabaqcadan Ərdoğan hökumətini xəbərdar edib, bu xəbərdarlıq olmasaydı, çevriliş baş tutacaqdı. Sual yaranır: əgər ordu, polis, məhkəmə-hüquq sistemində, dövlət bürokratiyasında minlərlə adam çevrilişə hazırlaşırsa, necə olur ki, bunu Türkiyə hökuməti bilmir? MİT kifayət qədər kompetent orqandır və Ərdoğana sadiq adam (Hakan Fidan) tərəfindən idarə olunur. Heç MİT olmasaydı belə, ölkə içərisində çoxlu sayda adam toplaşıb, çevriliş planları qurursa, ordu içərisində şübhəli hərəkətlənmələr varsa və şübhəli əmrlər verilirsə, bundan xəbər tutmaq çətin iş deyil axı… Necə deyərlər, 2 nəfərin bildiyi sirr sirr deyil. Bir sözlə, Türkiyə hökumətinin ölkə daxilində baş verən hadisələr barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin operativ informasiyalarına möhtac qaldığına heç cür inanmaq olmur. Qeyd etdiyim kimi, suallar çoxdur, biz isə mövzudan yayınmayaq.

Rusiya və Türkiyə arasında intensivləşən yüksək səviyyəli qarşılıqlı təmaslar Suriya üzrə “Astana üçlüyü”nün yaradılması, NATO üzvü Türkiyənin Rusiyadan strateji silah sistemi (S-400) satın alması kimi mühüm qərarlara zəmin yaratdı. Paralel olaraq, Türkiyənin ABŞ və Avropa Birliyi ilə münasibətlərində problemlər artırdı, belə təsəvvür yaranmışdı ki, Putin artıq NATO içərisində parçalanma yaratmaq məqsədinə çatır. Lakin Ankarada NATO-dan ayrılmaq, dezinteqrasiya heç vaxt ciddi şəkildə gündəmə gəlmədi. Ölkədə maksimum 0,5% səsi olan Doğu Perinçekin Vətən Partiyası xaricində heç bir siyasi partiya Türkiyənin Qərbdən qopub, öz yönünü Avrasiyaya doğru çevirməsini dəstəkləmir.

İmperialist keçmişlərində dəfələrlə qarşı-qarşıya gəlmiş Rusiya ilə Türkiyənin maraqları bu gün də demək olar ki, bütün istiqamətlər üzrə toqquşur. İstər Qafqaz olsun, istərsə də Qara və Aralıq dənizləri, Orta Şərq, hətta Şimali Afrika… Bu iki ölkənin ötən dönəmdəki yaxınlaşması strateji yox, situativ-taktiki xarakterli idi. Hər iki ölkə qeyd olunan regionlarda öz nüfuzunu genişləndirməyə çalışır. Bu gün Ermənistanda Rusiyanın adamı olmayan siyasətçinin iqtidara gəlməsi Moskvanın bu ölkəyə baxışında müəyyən korrektələrə səbəb ola bilər, amma onun regionla bağlı uzunmüddətli siyasətini və maraqlarını dəyişə bilməz. Rusiya öz “arxa bağçası” hesab etdiyi bölgəyə NATO üzvü Türkiyənin daxil olmasını niyə istəsin ki? Şərti “TAR üçbucağı”nda yaxınlaşmalar, strateji tərəfdaşlıqlar qurula bilər, zətən var. Amma məlum yazılarda anlatılmağa çalışıldığı şəkildə bir TAR ittifaqı mümkün görünmür- ən azı hazırkı mərhələdə.

Bəlkə də məqsəd əslində AR (Azərbaycan-Rusiya) ittifaqıdır və TAR bunu pərdələmək üçün uydurulmuş abbreviaturadır?

Çünki yazıların sətir aralarında Türkiyənin Azərbaycandakı hərbi təlimlərindən və bölgədə təsirinin arta biləcəyi ehtimalından sanki bir qorxu, ehtiyatlılıq, narahatlıq hiss edilir. Amma Azərbaycan ictimaiyyətində bu təlimlərə və ümumən Türkiyəyə isti münasibəti bildikləri üçün narahatlıqlarını açıq şəkildə deyil, qəliz dildə, dolanbac tezislərlə ifadə etməyə çalışıblar ki, əsl niyyət anlaşılmasın.

Şahin Cəfərli

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam