Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Baba Rzayevin “Azərişıq”dakı “silinməz izləri”-ARAŞDIRMA

 

 Yenixeber.org: Baba Rzayev azsaylı məmurlarımızdandır ki, həm ictimai arenada, həm də media müstəvisində daha şox tənqidi notlarla yad edilir. Şübhəsiz ki, bunun başlıca səbəbi onun 14 ildir ki, rəhbərlik etdiyi sahənin spesifikliyi ilə də bağlıdır. İşıq-eletrik enerjisinin təchizatı yaranışından problemlərlə və adekvat olaraq da narazılıqlarla müşahidə olunub...        

Xatırladaq ki, cənab Rzayev 10 avqust 2006-cı il tarixdə «Bakıelektrikşəbəkə» ASC İdarə Heyəti sədri vəzifəsinə təyin olunub. Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli, 1046 saylı sərəncamı ilə Azərişıq Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə, 4 sentyabr 2018-ci il tarixli sərəncamı ilə isə "Azərenerji” ASC-nin prezidenti təyin edilib.

                                   Monopoliyaya aparan yeni qaydalar

Baba Rzayevin “Azərişıq” ASC-nə rəhbərliyi dönəmində “vurduğu möhürlər”lə bağlı yenixeber.org-a bəlli dairələrin və ictimai arenanın marağına səbəb olacaq məlumatlar daxil olub. Bu məlumatlara keçməzdən əvvəl onun fəaliyyəti ilə bağlı zamanında mediada yer alan iddaların bir qismini xatırlayaq. Bu yazılarda hörmətli Baba müəllimin monopoliya yaratmaqdan tutmuş səlahiyyətlərindən sui-istifadəyə,...və falçılığa meyilli olmasına qədər faktorlar sadalanır. Və maraqlıdır ki, bu ittihamların heç biri qarşı tərəfdən təkzib olunmayıb:   

“Eldar Mahmudovun gedişindən sonra Baba Rzayev bu sahəni tam nəzarət altına almağa başlayıb və iddilara görə, bu məsələ ilə bağlı yeni gömrük şefi Səfər Mehdiyevlə razılığa gəlib.
Elektrik məhsullarının satışı ilə məşul olan iş adamlarının iddialarına görə, ölkəyə gətirilən elektrik mallarına qoyulmuş qeyri-rəsmi gömrük rüsumu iki dəfə artırılıb.
Bunun effekt vermədiyini görən Baba Rzayev-Səfər Mehdiyev tandemi rüsumu daha bir dəfə artırıblar. Nəticədə gətirilən malların qiyməti bir neçə dəfə qalxıb və bazarda sözügedən malların qiyməti xeyli artıb.
Çılçıraq idxalında isə Baba Rzayevin tam monopoliya tətbiq etmək fikrində olduğu bildirilir. Dövlət qurumlarına alınan böyük çılçıraqları onsuz da Baba Rzayevin şirkəti gətirirdi.

Artıq yeni “qaydalara” görə adi çılçıraqları da yalnız Baba Rzayevə məxsus şirkət gətirəcək. Digər çılçıraq idxalçıları özünə başqa iş tapsın.

Bəllidir ki, Baba müəllimin ailə üzvlərinin adına olan şirkətlər elektrik məhsullarının ölkəyə idxalından tutmuş, elektrik təchizatı və avadanlıqlarının alınması ilə bağlı dövlət sifarişlərinin icarsına qədər milyonların fırlandığı işlərlə məşğul olur.
Bəs görəsən, bu qədər qazanca malik bu oliqarxın yenidən belə bir ifrat monopolizmə sürüklənərək orta və xırda sahibkarın qanını qara etməsinə səbəb nədir?
İddialara görə, Baba müəllim son vaxtlar yuxarıdan tələbə olunan xərclərin artmasından şikayət edir və son günlər atdığı addımların səbəbi də bu imiş. Yoxsa Baba müəllim çox insaflı adamdır, deyirlər…”(AzEuroNews.com. 03.09. 2018)

                                       ***

Baba Rzayev 2018-ci ilin sentyabrında "Azərenerji”nin prezidenti vəzifəsinə gətirildikdən sonra "Azərişıq” ASC-yə xidmət edən şirkətlər də onun arxasınca gəldi. Bu şirkətlərin bir çoxunu onun kürəkəni Fərid Fərhadzadə idarə edir.(https://yenixeber.org/manset/92693-baba-rzayevin-kurekeninin-enerji-sistemi-.html)

                                                 ***

Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan “Santral Elektrik” LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur.

“Santral Elektrik”in əsasını 2000-ci ildə Türkiyədən olan tərəfdaşı ilə birlikdə qoyub. Sonralar, 2003-cü ildə türkiyəli iş adamı öz payını Baba Rzayevə satıb. “Bakelektrikşəbəkə”yə sədr keçdikdən sonra onun, “Santral Elektrik”i də qeyri-rəsmi idarə etdiyi bildirilir. Sonradan “Santral Elektrik”ə rəhbərlik səlahiyyəti İlham Həsənova – Baba Rzayevin qaynına verilib.

Büdcədən maliyyələşən sifarişləri həyata keçirən “Göknur Bakı LTD”, “GBS” MMC şirkətləri “Santral Elektrik”lə təkcə eyni ünvanı bölüşmür. Bu şirkətlərin təsisçi və rəhbərləri də Rzayevlər ailəsinin üzvləridir. “General Boards System” – GBS Məhdud Məsuliyyətli Cəmiyyətini Baba Rzayevin oğlu və qardaşı – Fuad Rzayev və Emin Rzayev 2003-cü ildə təsis ediblər. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur. GBS MMC-nin son işləri Bakı beynəlxalq Hava Limanı, Muğam Teatrı, Park Bulvar və Landmark-n işıqlandırmasını təmin etmək olub.(https://milletinsesi.info/article/az/158263)

                                                 ***

“Bu günlərdə "Azərenerji” rəhbəri Baba Rzayevin falçı və ekstrasenslərin fəaliyyətindən bəhrələndiyini sübut edən kadrlar ortaya çıxıb. Kadrlardan görünür ki, dini qiyafədə olan bir şəxs şam yandıraraq, Baba Rzayevin qəbul otağının qarşısında dualar oxuyur, sonra isə tərkibi bəlli olmayan mayeni onun otağına səpir”.(https://yenisabah.az/baba-rzayev-kabinetine-cadu-etdirib)

 

                                       “Azərişıq”da belə xatırlanır

 

Artıq 2 ildir ki, “Azərişıq” ASC-dən rəsmən ayrılmasına baxmayaraq Baba Rzayev bu qurumda demək olar ki, hər gün xatırlanır. Necə?... Təkcə qiyməti maksimum 80 manat olan 8 metrlik işıq dayaqlarını 284 manata rəsmiləşdirən rəhbər kimi yox, həm də bu gün Azərbaycan insanının işıqla təminatında yaranan problemin səbəbkarı kimi...Son günlər nəinki regionlarda, paytaxtətrafı qəsəbələrdə də elektrik enerjisinin təminatı ilə bağlı problemlər yaşandı və yaşanmaqdadır. Xüsusi ilə də Xırdalanda, 28 may, Çiçək qəsəbələrində, yeni yaşayış massivlərində və s. yayın “oğlan çağında” işığın olmaması yumşaq desək anlaşılan olmadı. İstehlakçıların kəskin narazılığı ilə müşahidə olunan bu hallarla bağlı sosial şəbəkələrdə "N"-dənə nümunə var...

Bəs səbəb nədir ki, regionlar bir yana, paytaxtın “5 addımlığında” işıq problemi yaşanır? Bu istiqamətdə yenixeber.org-a daxil olan məlumata görə problem kimi, səbəb də yeni deyil: “Azərişıq”ın bu gün burulğanında çabaladığı problemin səbəbi əvvəlki rəhbərliyin yarıtmaz fəaliyyətindən qaynaqlanır. Baba Rzayevin rəhbərliyi dönəmində transformatorlar yenisi ilə əvəzlənmək adı ilə rənglənib-kosmetik dəyişiklik edilirdi. Elektrik xətlərində də bunabənzər yeniliklər edilməsinin nəticəsi göz qabağındadır. Baba Rzayev dövlətin böyük investisiya layihəsi olan STP-dən mal almağa qadağa qoymuşdur. Hansı ki, alman texnologiyalı bu elektrik malları bəlli standartlara tam uyğundur. Özünə bağlı şirkətlərdən rəhbərlik etdiyi dövlət qurumuna aldığı malların “yüksək keyfiyyəti” sayəsində bu gün de-fakto “Azərişıq” istehlakçı ilə üz-üzə qalıb. Onun kadr siyasəti də material təminatına bənzəyirdi”...

Bu sözlər məbəmizin bizimlə söhbətində dediklərindəndir. Həmsöhbətimiz "Azərişıq" ASC-nin hazırkı sədri Vüqar Əhmədovun Baba Rzayevin "silinməz izlərini" təmizləməkdə çətinliklə qarşılaşdığını da bildirdi: Baba Rzayevin istər infrastrukturla bağlı, istərsə də kadr təyinatları ilə bağlı özfəaliyyətinin doğurduğu problemlər qarşısında Vüqar Əhmədov da çətinlik çəkir.  

                                                 ***

Məlum olduğu kimi cənab prezident dünənki müşavirədə bir daha dövlət qurumlarının israfçılığda, dövlət vəsaitinə yanaşmada məsuliyyətsizliyə yol verdiklərini qeyd etdi: “Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var”... “Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur. Çünki birinci növbədə onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıbdır”.

Elektrik enerjisi təminatının strateji bir sahə olaraq istər dövlət, istərsə də ölkə insanı üçün əhəmiyyəti bəllidir. Belə olan halda isə bu sahəyə məsul şəxslərin bunu bilməsi və unutmaması da eyni dərəcədə əhəmiyyətli olmalıdır. Əksi olanda isə paytaxt ətrafında yaşayan insan işıqsız qalır...

Mövzunun davamı olacaq.

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam