Redaktor seçimi
Əhmədlidə kirayədə qalan bir mühasibin hekayəsi: Vəsilə Abdulova kimdir? –
Gəncə Dövlət Universitetində bir kabus dolanır-“Sorosun uşaqları”-
Goranboyda gizli çete: başçının klanında kimlər var? -
Siyasi elitanın Cavid Qurbanov üzü: 
Ağgöl Milli Parkında yanğın müəmması-ETSN-nə yalan məlumat verilir?-
Abel Məhərrəmovdan birinci xanıma hörmətsizlik-
Azay Quliyevin Əli Həsənovdan Abbas Abbasovadək şübhəli əlaqələri-
Nərimanovun icra başçısı və müavini sahibkara “qan uddurur”- Prezidentə müraciət+
Günün xəbəri

DSX-nın keçmiş rəis müavini Sücəddin Abdullayevin oğlu vətəndaşları aldadaraq, milyonlara sahib oldu -CİNAYƏTİN İZİ İLƏ

 

 Yenixeber.org: Artıq bir neçə aydır ki, DSX rəisi Elçin Quliyevin başının üstünü qara buludlar alıb. Öislahatlar fonunda ölkəmizdə məmur özbaşınalığı, külli miqdarda vəsait mənimsənilməsi faktlarına görə onlarla məmur vəzifədən alınıb, bəziləri isə həbsdədirlər. Bu günlərdə Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində DSX rəisi Elçin Quliyevin müavini, general Əfqan Nağıyev şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib. Onunla birlikdə daha üç vəzifəli şəxsin saxlanıldığı bildirilir.

Görünən odur ki, bu kimi mənimsəmələr, fırıldaqçılıq DSX-da "qədimdən” kök salıbmış. Redaksiyamıza daxil olan bir şikayət bunu deməyə tam əsas verir.

Söhbət Yalama və Biləsuvarda DSX-nin buraxılış məntəqələrinin rəisi vəzifələrində işləmiş, Dövlət Sərhəd Xidmətinin zabiti, kapitan Abdullayev Tural Sücəddin oğlundan gedir. Məsələ burasındadır ki, onun atası da zamanında DSX komandanının keçmiş müavini olub.

Dövlət Sərhəd Xidmətinin zabiti, kapitan Abdullayev Tural Sücəddin oğlu 2016-cı və 2018-ci illərdə Yalama və Biləsuvarda DSX-nin buraxılış məntəqələrinin rəisi vəzifələrində işləyib. Belə baxanda zabitin tutduğu vəzifələr əhəmiyyətli və mühüm postlar olub. Ancaq karyera yüksəlişindən T.Abdullayev iş saatlarını daha çox ona tapşırılan xidməti vəzifə ilə deyil, cinayət tərkibli əməllərə ayırıb.

Atasının DSX-nin keçmiş müavini olması, özünün tutduğu vəzifələrdən istifadə edərək ətrafında olan adamlarda özünə qarşı yüksək müsbət obraz formalaşdıra bilib. Belə gözəl fürsətdən yararlanan T.Abdullayev yaxın ətrafına inandıra bilib ki, kim onunla biznes əlaqələri qursa, az zaman ərzində "biznesə qoyduqları” pulların bir neçə qatını əldə edəcəklər. Çox təəccüblü və maraqlısı da budur ki, o öz tələsinə ilk olaraq saldığı insanlardan biri də Qarabağ müharibəsi veteranı, öz kirvəsi Namiq Mikayıl oğlu Hüseynov olub. Böyük pulları ələ keçirməzdən öncə kapitan Abdullayev kirvəsindən müxtəlif vaxtlarda 3 min, 5 min, 10min manatadək pul alıb və qaytarıb. Bu hadisə bir neçə dəfə təkrarlanıb və kirvəsinin tam etibarını qazanıb. Namiq Hüseynov isə, ailə üzvü hesab etdiyi kirvəsindən bu zaman ərzində heç şübhələnməyib. İncə məqamlardan istifadə edən T.Abdullayev kirvəsinə məxsus kafesini 300 min manta satdığını eşidib.Daha "möhtəşəm” planını işə salıb. N.Hüseynova zəng edərək tənbeh edib və deyib ki, əgər kafeni ehtiyaca görə satıbsa, çox nahaq iş görüb. Ona pul lazım idisə gərək kirvəsinə deyərmiş. Elə bundan sonra qurulmuş planını həyata keçirməyə başlayıb. Hava limanında bilet satışı ilə məşğul olmaq üçün şirkətə şərik olmağı kirvəsinə təklif edib və planı baş tutub. N.Hüseynovdan bu məqsədlə 160.000 ABŞ dolları və 43.000 manat pul alıb. Üstündən bir müddət keçdikdən sonra N.Hüseynov təbii olaraq kapitandan işin gedişində hansısa irəliləyiş və şəriklik sənədinin olmamasını deyib. T.Abdullayev isə, sənədlərin yaxın vaxtlarda hazır olacağını bildirərək vaxtı uzadıb. Daha sonra isə ümumiyyətlə, N. Hüseynovla görüşdən imtina edib. Həmin vaxtlarda tam aldanıldığını başa düşən N.Hüseynov dəfələrlə onun rəisi olduğu buraxılış məntəqələrinə gedib, lakin kapitan müxtəlif bəhanələrlə görüşdən yayınıb. Görüşəndə isə, pulları "Dəmir Bank”a qoyduğunu, həmin bankın isə, bağlandığını bildirib. Məsələnin tam fırıldaq olduğunu bilən N.Hüseynovun pulun qaytarılması ilə bağlı kapiatana olan müraciətləri heç bir nəticə verməyib. Məcbur qalıb məsələni T.Abdullayevin atası komandanın sabiq müavini Sücəddin Abdullayevə deyib. Ata oğlunun qətiyyən belə işlərlə məşğul olmadığını deyib və üstəlik kirvə olduqlarını, hətta, oğluna şər atdıqlarını bildirib.Əli hər yerdən üzülən N.Hüseynov lazımı instansiyalara müraciət edib. Bundan sonra Bakı hərbi Məhkəməsində kapitan Tural Sücəddin oğlu Abdullayev təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə həbs edilib.

               Ata və oğul pulları kimə arxayın olub qaytarmırlar?

İstintaqın gedişi zaman daha maraqlı faktlar ortaya çıxıb. Belə ki, məlum olub ki, Namiq Hüseynov kapitanın nə birinci, nə sonuncu toruna saldığı şəxsdir. Onun əlavə olaraq biznes şəbəkəsi qurmaq adı ilə 8 nəfərdən müxtəlif zamanlarda bir milyon iki yüz manat pulu dələduzluqla ələ keçirdiyi məlum olub. Zərəçəkən şəxslərin isə hamısı T.Abdullayevin tanıdığı adamlar olub.Çox qəribədir ki, pulun qaytarılması ilə bağlı zərərçəkənlərə onun atası və özü müxtəlif dövlət qurumlarında çalışan qohumlarının adı ilə təzyiq etməyə çalışırlar. Ona edilmiş dövlət vəzifəsindən sui-istifadə edərək qazandığı pullara və dələduzluqla ələ keçirdiyi pullarla xeyli sayda daşınmaz əmlak alıb və sözsüz ki, yaxın qohumlarının adına keçirib. Öz adına heç bir əmlak saxlamayıb.

Komandan müavini olmuş ata oğulunun dələduzluğundan zərərçəkənlərə çox maraqlı cavab verir. Kimə istəyirsiz müraciət edin.Ən uzağı 150-200 min verib onu azad etdirəcəyik və ya 2-3 il həbsdən sonra onu azad etdirəcəyik. Maraqlıdır deyilmi? Görünən isə budur ki, onlar pulu qaytarmayacaqlar və vəzifədə olan yaxın qohumlarının adının tez-tez hallandırırlar. Qohumları yuxarıda qeyd etdiyimiz kimi mühüm dövlət vəzifələrində çalışırlar. (red:. Adlar bizə məlum olsa da, hələlik açıqlamırıq)

Məcbur qalan Qarabağ qazisi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən məsələnin obyektiv nəticələnməsi üçün kömək istəyir./icmal/

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}