Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

ANKARANIN MOSKVAYA DRON DƏRSİ:Rusiya bu dərs sayəsində 4 ildən sonra "iməkləyəcək"

 


 Türkiyənin Liviyada silahlı dronlarıyla rus hərbi texnikasını və Vaqner döyüşçülərini “ofsayt” vəziyyətinə salması Moskva üçün əsl dərs olub. 

Yenixeber.org: Liviya uğursuzluğundan sonra Rusiyanın Müdafiə Nazirliyi təcili silahlı dron istehsalına qərar verib.

Bu məqsədlə hazırlanan layihədə isə Rusiyanın ilk pilotsuz döyüş maşınının ən yaxşı halda 4 ildən sonra havalanması nəzərdə tutulur.

İddiaları Rusiya Birləşmiş Aviaqayırma Korporasiyasının rəhbəri Yuri Slusarın Prezident Vladimir Putinlə bu gün baş tutan görüşündə səsləndirdiyi fikirlər də təsdiqləyir.

Vesti.ru-nun məlumatına görə, Yuri Slusar bildirib ki, Rusiyanın Tu-95MSM modernləşdirilmiş strateji raket daşıyıcısı ilin sonuna qədər havaya qalxacaq. Testlər Taqanroq şəhərində keçiriləcək.

“Yeni döyüş təyyarəsi yenidən işlənmiş mühərriklər, müasir təyyarə elektron avadanlıqlarla təchiz olunub. Nəticədə, Tu-95MSM-in imkanları iki dəfə artıb”, – Slusar əlavə edib.

O, həmçinin Tu-22M3M-in uzaq bombardmançısının modernləşdirilməsi istiqamətində görülən işlərdən də danışıb. “Rossiya 24” telekanalı xəbər verir ki, Slusar bu təyyarəni tamamilə yeni tipli hava nəqliyyatı adlandırıb. Tu-22M3M-in əvvəlki modifikasiyadan əsas fərqi isə havada yanacaqdoldurma üçün ştanqa malik olmasıdır. Bu, Tu-22M3M uçuş məsafəsini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

Qeyd edək ki, 1979-cu ildə imzalanmış Strateji Silahların Məhdudlaşdırılması haqqında müqaviləyə əsasən, yanacaqdoldurma ştanqlar uzaqmənzilli bombardmançılardan çıxarılmışdır. ABŞ-ın bu sazişdən çəkilməsindən sonra, belə görünür ki, Rusiya da bunu bərpa etməyə qərar verib.

Yuri Slusarun məruzəsində ən diqqəti cəlb edən məsələ isə pilotsuz zərbə alətləri olan “Oxotnik”lər barədə söylədikləridir. Məlumata görə, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Rusiya Birləşmiş Aviaqayırma Korporasiyasının qarşısına dronların inkişafını sürətləndirməyi məqsəd kimi qoyub. Yuri Slusarın bildirdiyinə görə, ilk pilotsuz döyüş maşınlarının tədarükü 2024 il üçün planlaşdırılır.

Bu da Rusiyanın ənənəvi döyüşün ən müasir silahı olan silahlı dronların istehsalı sahəsində hələ 4 ildən sonra iməkləməyə başlayacağını göstərir. Türkiyə isə may ayının ortalarında öz silahlı dronları ilə Liviyanın paytaxtı Tripolidə Rusiyanın başına sözün həqiqi mənasında od ələmişdi. Ukraynanın “Defence Express” nəşrinin iddiasına görə, Türk silahlı dronlarının son 270 günlük həmlələri nəticəsində Liviya və Suriyada Rusiyanın 42 ədəd “Pantsir-S1” havadan müdafiə sistemi sıradan çıxarılmış, onlarla əsgəri öldürülmüşdü. Nəşr iddia edir ki, həmin havadan müdafiə sistemlərinin 20-dən artığının vurulması video görüntülərlə təsbit edilib.

Türk silahlı dronunun vurduğu rus “Pantsir-S1

Türk Silahlı Qüvvələrinin rəsmi məlumatlarında isə bu say 9 olaraq göstərilir: 2-si Suriyada, 7-si Liviyada. 
Rusiya isə bu barədə danışmamağa üstünlük verir.
Məhv edilən rus “Pantsir-S1”-nin sayı barədə müxtəlif versiyalar irəli sürülsə də, inkarolunmaz bir həqiqət var: Liviyanın paytaxtı Tripoli şəhərinə Xəlifə Həftər hücumları Türk silahlı dronlarının həmləsi nəticəsində geri püskürdülmüşdü. Həmin döyüşlərdə qatılan 2000-nə yaxın Vaqner döyüşçüləri əl-qollarını sallaya-sallaya Liviyanı tərk etmişdilər. Türk dronlarının bu məharəti Xəlifə Həftərin Liviyanı tərk etməsiylə nəticələnmişdi.

Həmin döyüşləri şərh edən “The Washington Post” qəzeti yazırdı: “Türk PHA (pilotsuz hava aparatları) və SPHA (silahlı pilotsuz hava aparatları) Rusiyanı və Həftərin digər hərbi tərəfdaşlarını utandırdı”.(ovqat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam