Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ramiz Mehdiyev nə demək istəyir?-ŞƏRH

 

 Akademikin cümlələrinin sətiraltı mənasını “mənə dəyməyin, əks təqdirdə, müqavimət olacaq” şəklində yozmaq mümkündür

Yenixeber.org: Azərbaycan hakimiyyətində sistem dəyişikliyi baş vermədən kadrların sürətlə dəyişdirilməsinə müqavimət var. Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev bu müqavimətin başında dayanıb. Bu, gerçəklikdir və hansısa konspiroloji yanaşmalara söykənmir. Akademik Mehdiyev son iki bəyanatı ilə göstərib ki, hazırkı daxili və xarici siyasət onu narahat edir, bu narahatlıq da bilavasitə onun siyasi sistemdəki kölgə hakimiyyətinə yaranmış təhlükələrlə bağlıdır.

Ramiz Mehdiyev ötən il siyasi mərkəzdən uzaqlaşdırılsa da, mövqelərini təhvil verib, təqaüdə getmək niyyətində deyil. Bunu 82 yaşlı akademikin bitib-tükənməyən hakimiyyət hərisliyi ilə izah edənlər çox olsa da, ortada başqa məsələlər də var. R. Mehdiyevin administrasiya rəhbəri kürsüsündən yeni imtiyazlarla ayrılması, hesablaşmalı siyasi faktora çevrilmək cəhdləri uzun illər əsas fiqurlarından biri olduğu siyasi sistemin xarakterindən irəli gəlir. Mehdiyev dəqiq bilir ki, orada köhnə, “bədirlənmiş ayları doğrayıb, ulduz düzəldirlər ki, onun işığı yerə (oxu – siyasi sistemə) düşüb, kimlərinsə ayağının altını aydınlatmasın”. Bu, oyun qaydalarına ziddir, hamı biət andını içib, bir Günəşin istisinə qızınıb, onun parlaq şəfəqləri altında hərəkət etməlidir.

Akademik ötən 27 ildə hakimiyyət daxilində baş verən dəyişikliklərdə mövqelərini qoruyub saxlaya bilib, hətta gücləndirib. Seçkilər bilavasitə onun nəzarəti altında keçib, kadr məsələlərində söz sahibi olub, neft pullarından bəhrələnib, üstəlik, ölkənin xarici siyasətinin müəyyənləşməsində ilk üçlükdə dayanıb. Hökumətdaxili mübarizələrdən qalib ayrılması, rəqabətdə olduğu məmurları istefaya, yaxud həbsxanaya göndərməsi də onun siyasi karyerasının əsas ştrixlərindən biridir. Amma indi siyasi sistemin qüdrətli “boz kardinal”a ehtiyacı yoxdur. Onu kənara itələyiblər. Mehdiyev isə taleyini hakimiyyət olimpindən həyatın dibinə yuvarlanmış məmur həmkarlarının aqibəti kimi təsəvvür etmək istəmir. Və çıxış yolunu müqavimətdə, mübarizədə görür, gücünü mobilzasiya edir, mesajlarını publika üçün daha anlaqlı dildə verir.

Akademik AMEA-nın internet saytına yerləşdirdiyi bəyanatında “mühacirətdə” olan müxalifyönlü jurnalistlərə xitab etsə də, bütün cümlələr nöqtə-vergülünə qədər siyasi hakimiyyətə ünvanlanıb. Mətndə bütün sözlər diqqətlə seçilib-yığılıb, hər birinin altında Ramiz Mehdiyevi narazı salan, narahat edən məqamlar və onlara reaksiya var. Məsələn, keçmiş PA rəhbəri siyasi karyerasında bəlkə də ilk dəfə “mühacirət” ifadəsi işlədir. Vaxtilə “beşinci kolon” adlandırdığı siyasi qüvvələrin xaricdəki təmsilçiləri indi məhrəm dildə siyasi təqiblərdən qaçıb Avropaya, ABŞ-a sığınmış mühacirlər kimi qələmə verilir. İnsaf naminə akademikin bəhs etdiyi mühacir media onun haqqında yazıb danışmasa da, R. Mehdiyev onların “dövlətçilik və prezident haqqında” apardığı kampaniyadan ciddi narahat olduğunu yazır. Bu cəhdlərin ölkə rəhbərliyi ilə sabiq məmurları üz-üzə qoymaq, anlaşılmazlıq yaratmaq, ixtilaf salmaq, cəmiyyətdə guya iqtidar daxilində dərin ziddiyyətlərin olması haqqında rəy formalaşdırmaq taktikasına söykəndiyi açıq-aşkar görünməkdədir” – deyə keçmiş PA rəhbəri qeyd edir.

Məlumdur, Ramiz Mehdiyev haqqında onun keçmiş komanda yoldaşları, deputatlar yazır, onu dövlət siyasətini sabotaj etməkdə, “iş otağını qərargaha çevirməkdə”, siyasi müxalifətlə gizli əməkdaşlıqda suçlayırlar. Mühacir media isə bu ittihamları işıqlandırır, onun səbəbləri ilə bağlı müxtəlif versiyalar səsləndirir.

AMEA-nın saytından “AzərTac” Dövlət Agentliyinin saytına ötürülən, sonra müəmmalı şəkildə oradan “yoxa çıxan” bəyanatda daha sonra deyilir:

“Azərbaycanın olduqca həssas siyasi mərhələyə qədəm qoyduğu, Ermənistanın təcavüzü və dünya erməniliyinin aqressiv hücumları ilə üzləşdiyi, pandemiyanın fəsadları ilə mübarizə apardığı bir vaxtda ictimai rəyi belə bir formada çaşdırmaq və parçalamaq dövlətçilik maraqları nöqteyi-nəzərindən qətiyyən yolverilməzdir. Belə hərəkətlər ölkəmizin taleyi baxımından da olduqca təhlükəlidir. Mən bu cür mübarizə yolunu seçənləri bir daha öz fəaliyyətlərini nəzərdən keçirməyə, cəmiyyətimizin və dövlətimizin həyati mənafelərini nəzərə almağa çağırıram”.

Mehdiyevin qurduğu bu cümlələrdə hakimiyyətin hazırda apardığı siyasətə etiraz ifadə olunur. Birincisi, akademikin “qətiyyən yolverilməz” hesab etdiyi məsələ 14 iyulda orduya dəstək aksiyasından sonra siyasi müxalifətə qarşı həyata keçirilən təqiblərdir. Keçmiş PA rəhbərinin mövqeyi siyasi karyerasında bəlkə də ilk dəfə ictimai rəylə üst-üstə düşür. Hər halda, nəzəri baxımdan belədir: cəmiyyətin aktiv kəsimi də müxalifətə qarşı siyasi təqibləri indiki məqamda daxili həmrəyliyin parçalanması, dövlətin zəiflədilməsi, düşmənçiliyin, nifrət hissinin aşılanması kimi qiymətləndirir. Amma Ramiz Mehdiyev niyə bundan narahat olub? Bütün şüurlu fəaliyyəti xalq hərəkatından çıxmış müxalifətə qarşı mübarizəyə həsr olunmuş akademik bu təəssübkeşlikdə nə qədər səmimidir? Əlbəttə, ritorik sualdır, Mehdiyevi narahat edən başqa məqamlardır. O, açıq mətnlə yazır ki, “daxili qüvvələrin parçalanması ölkəmizin taleyi baxımından olduqca təhlükəlidir”. Ramiz Mehdiyev burada özünü siyasi sistemin bir hissəsi kimi təqdim edərək, özünə qarşı açıq, gizli təzyiqləri dövlətə qarşı təhlükə kimi göstərir. Mesaj aydındır: müqavimət olacaq və nəticədə bu təzyiqlər bütövlükdə siyasi sistem üçün böyük təhlükəyə çevrilə bilər. Bunun ardınca akademik ölkə rəhbərliyinə sövdələşmə təklif edir:

“Hazırkı siyasi şəraitdə bizim hər birimizin yalnız bir düşməni var – işğalçı Ermənistan! Bütün enerjimiz və gücümüz bu düşmənlə mübarizəyə yönəlməlidir. Tariximiz də onu göstərir ki, xarici təhlükələri unudub, daxili mübarizəyə aludə olduğumuz bütün dövrlərdə böyük itkilərlə və məğlubiyyətlərlə qarşılaşmışıq…”

Burada akademik ustalıqla dövlət başçısının müxalifət haqqında işlətdiyi “ermənidən pis” epitetinə işarə edir. Qeyd edir ki, düşmənləri qoyub, daxili mübarizəyə, yəni ona qarşı təzyiqlərə start vermək istənilən halda məğlubiyyətlə nəticələnə bilər. Ramiz Mehdiyev həm də burada qəsdən ”mübarizə” ifadəsini seçib. Göstərmək istəyir ki, ona qarşı sistemli, davamlı təzyiqlər var, bu, vahid mərkəzdən idarə olunmaqla, bəlli hədəfi olan bir siyasətdir. “Mübarizə” adətən özündə müqavimətin sındırılması, problemin həll olunması cəhdini ifadə edir. Demək, ortada bir “problem” və sıfırlanması qərarlaşdırılmış bir müqvimət var.

Beləliklə, akademik Mehdiyev siyasi hakimiyyətə “ondan əl çəkməyi”, ənənəvi hədəflərdən – müxalifətə qarşı mübarizədən yayınmamağı tövsiyə edir. Əks təqdirdə, “hamını fəlakətə aparacaq” müqavimət  olacağını deyir. Gözləyək…(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam