Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İndiki və sabiq nazirlərin ailə üzvləri də koronavirusa görə dövlətdən yardım alıblar –ADLARI + FOTOLAR


 Bildiyimiz kimi, koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planının icrası çərçivəsində sahibkarlara da dövlət tərəfindən maliyyə dəstəyi göstərilib.
Yenixeber.org: Dövlət büdcəsindən maliyyə yardımı alan sahibkarlar arasında indiki və sabiq məmurların ailə üzvləri də var.


Pandemiyaya görə dövlətdən maliyyə yardımı alan sahibkarlardan biri sabiq Təhsil naziri Misir Mərdanovun qızı Samirə Mərdanovadır. Samirə Mərdanovanın sahibi olduğu "Bakı Beynəlxalq Təhsil Kompleksi" və “Göyərçin” uşaq bağçası da muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıblar. Qeyd edək ki, 2018-ci ildən fəaliyyət göstərən "Bakı Beynəlxalq Təhsil Kompleksi"ndə illik təhsil haqqı 6 000 - 8 000 manat arasında dəyişir. Məktəblə bağlı maraqlı məqamlardan biri odur ki, "Bakı Beynəlxalq Təhsil Kompleksi" MMC rəsmi dövlət qeydiyyatına alınmazdan əvvəl məktəbə şagir qəbulu elan edib. Üstəlik "Bakı Beynəlxalq Təhsil Kompleksi" MMC-nin binasının istismarına  26.07.2019-cu il tarixində rəsmi icazə verilib. Amma görünən odur ki, məktəb binanın istismara verilməsindən 2 il əvvəl fəaliyyətə başlayıb.

Dövlət büdcəsindən maliyyə yardımı alan sahibkarlardan biri də  Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır. Sona Vəliyevanın rəsmi və qeyri-rəsmi sahibi olduğu onlarla şirkət muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıb. Bu şirkətlər arasında Sona Vəliyevanın təsisçisi olduğu “Kaspi Qəzeti” də yer alıb. Bundan başqa maliyyə yardımı alan şirkətlər arasında  “Kaspi Kursları”, “Kaspi Liseyi”, “Kaspi Tur” kimi şirkətləri də var.

İllik təhsil haqqının 12 000 -15 500 manat arasında dəyişdiyi “Avropa Azərbaycan Məktəbi" də dövlətdən yardım alan müəssisələr arasında yer alıb. Pandemiyaya görə dövlətdən maliyyə yardımı alan bu məktəb Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur.  

Dövlətdən maliyyə yardımı alanlar arasında sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun da ailə üzvləri var. İllik təhsil haqqının orta hesabla 5000 manat olduğu "Qərb Universiteti Tam Orta Məktəbi" də pandemiyaya görə dövlətdən maliyyə yardımı alıb. Bu məktəb Hüseynqulu Bağırovun həyat yoldaşı Liana Bağırovanın adına rəsmiləşdirilib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam