Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Cavid Qurbanovun “sağ əli” AQSİA-ya necə yol tapdı? –ŞOK FAKTLAR

       



 İyunun 19-da Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyinin vebinar-konfransı keçirilib.
Yenixeber.org: Konfransada Assosiasiyanın yeni İdarə Heyəti formalaşıb. İdarə Heyətində yer alan şəxslərdən biri “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abdulovadır. O Vəsilə Abdulova ki, illərdir mətbuatda qaranlıq keçmişi və əməlləri barədə bəhs olunur. Dünyanın ən böyük elektron axtarış sistemi – “google”də bu xanımın adını bircə dəfə axtarışa vermək kifayətdir ki, onun “fəaliyyəti” barədə səhih məlumatlar əldə edəsən.

Mətbuatın yazdığında görə, V.Abdulova “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun ən etibarlı kadrlarından biridir. Nəinki QSC-də, C.Qurbanova məxsus bütün təsisatlarda “maliyyə işlərini” məhz bu xanım həyata keçirir. Onun adı “Topaz” qumarından tutmuş “Baltech Investment LLC”-nin “Turksel” şirkətinin səhmlərinin alınmasına, Azərbaycan Voleybol Federasiyasının idarə olunmasına qədər müxtəlif olaylarda keçir.

İddialara görə, 2016-cı ilə, yəni bu vəzifəyə təyin olunana qədər V.Abdulova Əhmədlidə kirayə yaşadığı halda hazırda Bakının mərkəzində, Fəhlə prospektində dəyəri 1 milyondan artıq villası var. Bundan başqa, Mərdəkanda, Nardaranda, Bilgəhdə bağ evləri göz qamaşdırır. Onun şəhərin bahalı yerlərində yeni tikilən binalardan evlər aldığı da iddia olunur. Türkiyədə isə 4 otaqlı evinin olduğu bildirilir. Qısa müddətə bu qədər əmlaka sahib olması onun qaranlıq fəaliyyətindən xəbər verir.

Göründüyü kimi, V.Abdulovanın səsi artıq Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasından (AQSİA) gəlir və heç şübhəsiz bu faktiki təyinat da təsadüfi deyil. Görünür onun himəyadarları bu dəfə həmin Asossiasiyanı nəzarətə almaq niyyətinə düşüblər və yenə “etibarlı kadrdan” istifadəyə üstünlük verilib.

Xatırladaq ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İqtisadiyyat Nazirliyinin dəstəyilə yaradılıb və 2017-ci ildən fəaliyyət göstərir. Asossiasiyanın sədri isə Bakı Tekstil Fabrikinin direktoru Səkinə Babayevadır./asiya.az/

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam