Xaricdəki düşmənlərimizin daxildəki dostalrı
Azərbaycanın həm xarici, həm də onlara daxildən dəstək verən düşmənləri, yatmayıblar, fəaliyyətdədirlər, ölkəmizdə təxribat törətmək, vətəndaş qarşıdurması yaratmaq cəhdlərindən əl çəkməyiblər.
Yenixeber.org: Azərbaycan torpaqlarını xarici himayədarlarının dəstəyi ilə işğal edən və bunun nəticəsində ağır iqtisadi, siyasi və sosial böhran keçirən, korrupsiyanın, rüşvətxorluğun tuyğan etdiyi, insan hüquq və azadlıqlarının boğulduğu, siyasi opponetlərə, azad sözə qarşı repressiyaların tətbiq edildiyi, faşizmin dövlət səviyyəsində dəstəkləndiyi və bunların nəticəsi olaraq həm ölkəsində, həm də beynəlxalq aləmdə getdikcə nüfuzdan düşən təcavüzkar Ermənistanın indiki rəhbərliyi çox mürəkkəb duruma düşüb. Bunlarla yanaşı, son zamanlar Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə güclənməsi, Azəzbaycan Prezidentinin irəli sürdüyü təşəbbüslərin beynəlxalq aləmdə əsaslı surətdə dəstəklənməsi erməni lobbisini, ermənipərəst dairələri, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan xarici erməni, xristian qüvvələri ciddi narahat edir. Yaranmış bu vəziyyəti obyektiv qiymətləndirmək, ondan çıxış yollarından birinin və birincisinin işğal olunmuş Azərbaycan torpaqlarını sülh yolu ilə azad etmək olduğunu nəhayət qəbul etmək əvəzinə, mənfur ermənilər yeni torpaqlar işğal etmək və bununlada daxili problemlərini arxa palan keçirmək yolunu tutublar. Bu məqsədlərinə nail olmaq, eləcə də, Azərbaycan-Ermənistan arasında olan müharibəyə KTMT-nı qatmaq üçün iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücum etməyə cəhd göstərib və bu cəhdlər davam etməkdədir. Təəssüf ki, düşmənin xain hücumu zamanı 11şəhid vermişik. (Allah onlara rəhmət eləsin!) Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, yayılmış videolardan da göründüyü kimi, düşmənin texnikası və çoxlu sayda canlı qüvvəsi məhv edilib. Şəhidlərimizin qisası düşməndən artıqlaması ilə alınıb. Baş verənlər bir daha göstərdi ki, şanlı Azərbaycan ordusu mənfur düşmənin istənilən təxribatının layiqncə cavabını verməyə həmişə hazırdır!
Təqdirəlayiq haldır ki, Ermənistanın bu təxribat cəhdi Azərbaycan xalqı, onun bütün təbəqələri tərəfindən hiddətlə qarşılandı. Dünən gecə saatlarında yüz minlərlə vətəndaşımızın ordumuza dəstək məqsədi ilə “Ya Qarabağ, ya ölüm!”, “Şəhidlər ölməz, vətən bölünməz” şüarları ilə keçirdikləri möhtəşəm aksiya, eləcə də, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerlərdəki şöbələrinə müraciət edən çoxlu sayda gənclərimizin hərbi əməliyyatlara qatılmaq arzusu Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi və bir daha dünyaya bəyan etdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və torpaqlarını azad etmək əzmindədir! Bundan başqa, iyul ayının 15-də 43 siyasi partiya ölkə başçısı və Azərbaycan ordusu ilə həmrəylik sərgiləyən bəyanatla çıxış edib ki, bu da bütün xalqın Ali Baş Komandan ətrafında sıx birləşdiyini göstərir. Ancaq, təəssüf ki, xaricdən idarə olunan və daxildə fəaliyyət göstərən “5-ci kalon” təmsilçiləri fürsətdən istifadə edib təxribat törətdilər, ölkədə xaos yaratmaq məqsədi ilə Milli Məclisin binasına, polis koridoruna hücüm etdilər. Vətəndaşlarımızın Vətənə, şəhidlərimizə sevgi hissələrini dövlətə qarşı yönəltməyə cəhd etdilər. Hər şeydən göründüyü kimi, bu sıradan bir təxribat deyildi, xüsusi hazırlanmış qüvvələrin dövlətimiz əleyhinə planlı addımı, “cəbhə xəttini” Ermənistan-Azərbaycan sərhəddindən ölkədaxilinə keçirmək cəhdi idi. Baş verənlər, istər-istəməz, 1992-ci ildə Milli Məclis ətrafında baş verən hadisələri xatırlatdı. Ancaq bu hadisələrin təşkilatçıları və ona sövq edilənlər unudurlar ki, indi 90-cı illər deyil! Azərbaycanın formalaşmış
güclü dövləti, vətənini sevən yetkin vətəndaşları, qüdrətli ordusu, əsayişi bərpa etməyə qadir olan polisi vardır!
Baş verənlər bir daha göstərdi ki, Azərbaycanın həm xarici, həm də onlara daxildən dəstək verən düşmənləri, yatmayıblar, fəaliyyətdədirlər, ölkəmizdə təxribat törətmək, vətəndaş qarşıdurması yaratmaq cəhdlərindən əl çəkməyiblər. Bu cəhdlərin qarşısını yalnız xalqımızın birliyi nəticəsində dəf etmək olar və inanırıq ki, belə də olacaqdır. Ona görə də, Təkamül Partiyası olaraq, xalqımızı təxribatlara uymamağa, vətənimizin, dövlətimizin naminə fikir ayrılıqlarını kənara qoyaraq bir vahid kimi birləşməyə, milli birlik, həmrəylik nümayiş etdirməyə, daxildə sabitliyin pozulmasına yol verməməyə, məişət çətinliklərindən irəli gələn müvəqqəti narazılıqların cəbhədəki vəziyyətə mənfi təsir edəcəyini nəzərə almağa, bütün xalqımızı Azərbaycan ordusu ilə bir yerdə torpaqlarımızı işğaldan azad etməyə hazır olmağa çağırırıq.
Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, ölkəmiz heç vaxt ərazilərimizdə ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəkdir. Və Azərbaycan Prezidentinin son çıxışları da göstərrir ki, artıq Qarabağ münaqişəsinin sülh yolu ilə azad ediləcəyi gözlənilmir və hərb variantının yeganə düzgün yol olduğu hamı tərəfindən qəbul edilməkdədir. Ona görə də, bir daha hər kəsi təxribatlara uymamağa, özbaşına hərəkət etməməyə, hərb yolu ilə torpalarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmrini gözləməyə çağırıram! Bu zaman lazım gələrsə 7-dən 70-ə qədər hamımızın, mütəşəkkil qaydada ordumuza dəstək verəcəyinə heç kəsin şübhəsi olmasın!
Növbəti erməni təxribatının münaqişə zonası olan Dağlıq Qarabağ bölgəsindən kənar sərhəd zonasında baş verməsi təsadüfi deyildir və onu törədənlərin məkrli və çirkin niyyətlərindən xəbər verir. İnsan tələfatları ilə müşayiət olunan, bölgədə gərginliyin, qarşıdurmanın və müharibə təhlükəsinin artmasını birbaşa hədəfə alan erməni təxribatlarının cilovlanması üçün dünya birliyinin, beynəlxalq təşkilatların, ələlxüsus vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun səsini ucaltmasının, təcavüzkarın yerində oturdulması üçün ən təsirli addımlar atmasının vaxtı çoxdan çatıb. Dünya nəhayət ki, erməni təxribatlarının və bu təxribatların arxasında duran Ermənistanın siyasi hakimiyyətinin artıq neçə illərdir bölgədə sülh və sabitliyə ən böyük təhlükəyə çevrildiyinin fərqində olmalıdır. BMT-yə, ATƏT-ə, AB-nə, ABŞ-a, Rusiyaya və digər ermənipərəstlərə məsləhət görürük ki, Azərbaycana “atəşkəsə riayət edin”, “xalqları sülhə hazırlayın” kimi “tövsiyələr” vermək əvəzinə, Azərbaycanın işğal edilmiş torpaqlarını azad etmək üçün təcavüzkar Ermənistana beynəlxalq hüququq normalarına uyğun təzyiqlər etsinlər. Və Azərbaycanın heç vaxt işğalla barışmayacağnı unutmasınlar!
Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri