Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

ELDAR MAHMUDOVUN HƏBSİNƏ XİN-dən KEÇİD

 

 ADNA terroru yadınıza gəlir… 2009-cu il aprelin 30-da Neft Akademiyasının II tədris korpusunda 25 nəfər güllələnmiş, onlardan 12-si həlak olmuşdu.

Yenixeber.org: Həmin gün Azərbaycan paytaxtını qana boyayan olaya terror demək cəsarət istəyirdi. Ölkənin milli təhlükəsizliyi üçün məsuliyyət daşıyan MTN rəhbəri Eldar Mahmudovun qılıncının dalı-qabağı kəsdiyindən buna cəsarət edənlər az idi. Kim evindən çıxıb Mahmudovun özəl həbsxanalarında başıaşağı asılıb sorğu-sual edilmək istəyərdi ki?

Əslində plan çox dəqiq yerinə yetirilmişdi – icraçı Fərda Qədirov olay yerində intihar edib bütün sirrləri özü ilə o dünyaya aparmışdı. Gürcüstanın Marneuli rayonundan olan, tanıyanların dilsiz-ağızsız kimi təqdim etdiyi Fərda Qədirovun icraçı olduğu şahidlər tərəfindən təsdiq edilsə də, bugünə qədər cinayətin motivləri ictimaiyyətə açılmayıb. Prosesin tamamilə qondarma olduğunu ömürlük və 11 il həbs cəzası alan daha 4 məhkumun (onların hamısı Gürcüstan azərbaycanlılarıdır) özlərini bu cinayətdə təqsirli bilməməsi də sübut edir.

2009-da ölkədə təhlükəli rüzgarlar əsdirən təhlükəsizlik naziri Eldar Mahmudovun basqısı ilə açılan cinayən işindəki ittihamlara baxın – 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə). Paytaxtın mərkəzində, ali təhsil müəssisəsində 25 nəfərİ gülləyə düz – hüquq sənə “xuliqan” desin… Terror olduğu heç bir şübhə doğurmayan bu olayın bu cür qurama hüquqi qiymətindən sonra istintaqın və məhkəmənin ədalətli aparıldığına inanmaq lap Mahmudovun sevimli şilləvuranı Akif Çovdarovun şərlənib həbs edilməsinə inanmağa bərabərdir.

Terror elə bir cinayətdir ki, hüququn aliliyi təmin olunan ölkələrdə o yalnız bir cinayət faktı kimi qiymətləndirilib istintaq, orqanlarının arxivinə göndərilmir. Üstü açılan hər iri cinayət faktı – o sıradan məmurların korrupsiya əməlləri həmin cinayətləri yenidən gündəmə gətirir, dövlət, hökumət terrora imkan yaradan zəif nöqtələrini daha diqqətlə araşdırır, açıqları bağlayır.

2009-cu ildə ADNA terrorundan dərhal sonra belə bir versiya irəli sürülürdü ki, ölkənin təhlükəsizliyinə məsul nazirlik – MTN bu cinayətin qarşısını almaq yerinə, cinayətdə olan şəxlərin ölkəyə giriş-çıxışına şərait yaradıb. Neft Akademiyasında təhlükəsizliyə cavabdeh vəzifəli şəxslərin istintaq dönəmində MTN tərəfindən himayə olunması haqqında xəbərlər belə bir versiyanı ortaya atmışdı.

Bu gün Azərbaycanda rüşvət zənciri zəif də olsa çözülməyə başlayıb. Cəmiyyətləri deyil, elə hakimiyyətlərin özlərini də içdən gəmirən rüşvət kələfi açıla-açıla bir sıra məqamlar gün üzünə çıxır. DTX-nın 2 gün öncə XİN-də apardığı əməliyyatla bağlı yaydığı videogörüntülər bu mənada çox diqqətçəkicidir. Əcnəbilər açıq etiraf edirlər ki, Azərbaycana sərbəst giriş-çıxış üçün XİN-in vəzifəli şəxslərinə rüşvət veriblər.

Kim istisna edə bilər ki, Pul adlı bütə sitayiş edən Eldar Mahmudov və çevrəsi öz maraqları naminə ADNA terroru layihəsini dəstəkləməyib, rəhbərlik etdiyi əks-kəşfiyyatı təsirsiz hala gətirməyib, terrorçuları ölkəyə sərbəst giriş-çıxışına, silahlanmasına XİN-dəki bağları vasitəsilə şərait yaratmayıb? Mahmudov-Məmmədyarov tandemi haqqında dolaşan xəbərlər DTX-nın XİN-dəki araşdırma ilə bağlı yaydığı görüntülər fonunda bu versiyanı istisna etmir.

Qısası, hüququ ali dərəcəyə yüksəldən ölkələrin təcrübələrindən yararlanmaq faydalıdır. Ölkə miqyaslı hər cinayət, zamanında saxta don geyindirilmiş başqa bir cinayətin açarı ola bilər.

Aygün MURADXANLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam