Redaktor seçimi
Respublika Gözdən Əlillər Kitabxanası “Dövlət satınalmaları haqqında” qanunu niyə unudub?-
Hüseynqulu Bağırovun ailə üzvlərinin Londondakı biznesi iflic olub-
      “Vest LTD” QSC-nin imkanı və iddiası-
“McDonalds” ermənilərin xətrinə dəyməkdən qorxub?-silinən paylaşım və etirazlar-
NİKOL PAŞİNYANIN MATƏM YALLISI VƏ... – 
Asif Əsgərovu həbsdən kim və necə qutarıb?-
Əhmədlidə kirayədə qalan bir mühasibin hekayəsi: Vəsilə Abdulova kimdir? –
Gəncə Dövlət Universitetində bir kabus dolanır-“Sorosun uşaqları”-
Günün xəbəri

Ucar Rayon Məşğulluq Mərkəzində nələr olmur?-ŞİKAYƏT

 Yenixeber.org: Redaksiyamızın elektron poçtuna bir qrup Ucar rayon sakininin müraciəti daxil olub. Müraciətdə Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin qanunsuz əməllərindən bəhs olunur. Sadalanan iddialarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlə dərc edirik: 
"Bir müddət əvvəl Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin qanunsuz, tərbiyəsiz hərəkətləri barədə şikayət edən şəxslər hazırda onun tərəfindən şantaja, hədə-qorxuya məruz qalıblar.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş şikayət ərizələri araşdırılıb tədbir görülməsi üçün Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin özünə göndərilmişdir.
Adam etməyib tənbəllik, həmin şikayətçiləri otağına çağırıb, video çəkliş edib onlara şikayətiçi olmadıqlarını, ərizəni qərəzli yazdıqlarını izahatlarında qeyd etmələrini tələb edib. Hətta şikayətçilərə ağ kağıza imza etməyi məcbur edir. Şikayətçiləri prokuorluğa verib, həbs etdirəcəyi ilə hədələyir.
Bu qanunsuzluqdur ki, ilk növbədə həmin şikayət ərizələrini  araşdırılması üçün Samir Nuriyevə göndərən mərkəzi orqan edir. Çünki bu adam özü barədə hansı tədbir görə bilər ?
Samir Nuriyev 29 dekabr 2019-cu il tarixdən Ucar rayon Məşğulluq Mərkəzinin müdiri vəzifəsinə təyin olunub. Buna qədər o Kürdəmir rayon Arxiv İdarəsinin müdiri olub.
O, Ucar rayon Məşğulluq Mərkəzinə müdir vəzifəsinə təyin olunduğu vaxtdan yeni qiymətlər təyin edib.
İşə qəbul üçün qiymət işin asanlığından aslı olaraq 1500-dən 3000 manat qədərdir.
Özünüməşğulluq proqaramına qoşulmaq 1000 manatdır. Pul verməyib özünüməşğulluğa qoşulanlara isə xəstə keçilər verilir ki, onlar da tezliklə tələf olurlar.
İllərlədir ki, Ucar rayon Məşğuluq Mərkəzində işsiz kimi qeydiyyata alınan insanlar var ki, rüşvət verməyə maddi imkanları olmadığı üçün indiyə qədər işsiz qalıblar. Ancaq istənilən pulu Samir Nuriyevə verən şəxs işsiz kimi qeydiyata alınıb, dərhal işlə təmin olunurlar.
Bunu subut etmək çox sadədir. 2020-ci ilin yanvar ayı tarixindən Ucar rayonunda işə qəbul olunan şəxslərin  işsiz kimi qeydiyyata nə vaxt alınmaları yoxlanılması kifayətdir.
Adam var ki, uzun illərdir işsiz kimi qeydiyyatdadır istənilən rüşvəti verə bilmədiyi üçün ona ağır fiziki güc tələb edən, daima günün altında olan  iş yerləri təklif olunur. Ancaq istənilən rüşvəti verənlər dərhal işsiz kimi qeydiyyata alınaraq ən yüngül çox maaşı olan işlə təmin olunurlar.
Özünüməşğulluq proqaramı ilə aktivlər (iri və xırda buynuzlu heyvanlar) alan şəxslərin çoxunun həyətyanı sahəsinə mal-qarası, qoynu-quzusu, avtomobili və yaxşı gəliri var. Ancaq həmin şəxslər Samir Nuriyevə rüşvət verib özünüməşğulluq proqramına qoşulub aktivlərlə təmin olunurlar. Rüşvət vermiş şəxslərin həyətyanı sahəsinə baxış keçirəndə bunu görməməzliyə vurub qanunsuz akt tərtib edirlər.
Samir Nuriyev az müddət ərzndə küllü miqdarda pul talan etmişdir.
Həttda o idarə etdiyi bahalı avtomobilini idarənin qarşında deyil idarəyə yaxın yaşayış binalarının qarşında saxlayır ki, görən olmasın.
Bu adamın psixoloji probleminin olması 100 %-dir. Anormal kobud hərəkətləri, vətəndaşlarla yerisz mübahisə etməsi, həttda əlbə-yaxa davaya çıxması rayon sakinlərini bezdirib.
Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevdən xahiş edirik ki, şikayətimizin icrası barəsində şikayət etdiyimiz Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevə həvalə etməyin. Xahiş edirik ki, 2020-ci ilin yanvar ayı tarixindən Ucar rayonunda işə qəbul olunan şəxslərin  işsiz kimi qeydiyyata nə vaxt alınmalarının yoxlanılmasına tapşırıq verəsiniz".
 İmza; Ucar rayon sakinləri
Məmmədov Vəli Həsən oğlu 
Əliyeva Kəklik Davud qızı
Nəsibova Böyükxanım Kərəm qızı
Qasımov Qadir Talıb oğlu
Səlimov Yaqub Fazil oğlu 
 Cəlilov Ehtiram İsmayıl oğlu
Kərimova Sona Xanlar qızı
İbrahimov Səməd Fərhad oğlu
Əliyeva Esmira Əlibala qızı 
Hüseynov Rafiq Qədir oğlu 
Qasımova Nazilə Uusb qızı 
Əzizov Sənan Kazəm oğlu
Həsənov Nəbi Eldar oğlu

 

Redaksiyadan: Qarşı tərəfin cavab haqqını tanıyırıq.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}