Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

“ƏN PİSİ HƏLƏ QABAQDADIR...”– ÜST rəhbərindən bədbin proqnozlar

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, COVID-19 pandemiyasının “ən pisi bəlkə də hələ qabaqdadır”. Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus deyib ki, bəzi ölkələr iqtisadiyyatlarını açmağa başlayandan sonra epidemiyanın sıçrayışı iləüzləşiblər.

Yenixeber.org: O əlavə edib ki, virusun yayılma sürəti də artıb. Qebreyesus xəstəliyin yayılmasını məhdudlaşdırmaq məqsədilə dünya liderləri arasında daha sıx əməkdaşlığa çağırıb: Ən pisi hələ qabaqdadır. Bunu deməyimdən məyusam, amma belə bir atmosfer vəşəraitdə biz ən pis halın baş verə biləcəyindən narahatıq. Bu səbədən biz hərəkətlərimizi əlaqələndirməli və bu qorxulu virusla birlikdə mübarizə aparmalıyıq...

Taktika dəyişməyib: test, izləmə, karantin

Bütün dünyada koronavirusa yoluxmadan 500 mindən çox insan ölüb. Amerika qitəsində, Rusiya və Hindistanda yoluxma halları artır. Braziliyada yoluxmaların sayı artıq 1.3 milyona çatıb. ABŞ-da rəsmilər 2.6 milyon nəfərin virusa yoluxduğunu bildirirlər.

“The Independent” yazır ki, hələlik yoluxmaların sayı Afrikada və Asiyada nisbətən azdır.

Qebreyesus daha sonra deyib: “Virusun yayılmaq üçün meydanı hələ genişdir. Biz hamımız normal həyatımızı davam etdirmək istəyirik. Amma acı reallıq bundan ibarətdir ki, pandemiyanın başçatmasına hələ yaxınlaşmamışıq.

DST rəhbəri bildirib ki, “dünya boyunca ölkələrdə milli birliyin və qlobal həmrəyliyin olmaması virusun yayılmasına kömək edir vəən pisi hələ qarşıdadır”.

Doktor Adhanom Qebreyesus deyib ki, ÜST-nin mesajı dəyişməz olaraq qalır: “test, izləmə, təcrid olunma və karantin”.

Antoni Fauci: ABŞ-da yoluxma günə 100 minə çata bilər

Bu arada ABŞ-da Milli Allergiya və İnfeksion Xəstəliklər Mərkəzinin direktoru professor Antoni Fauci Senat dinləməsi zamanı deyib ki, BirləşmişŞtatlarda təcili hərəkətə keçilməsə, gündəlik yoluxmaların sayı 100 minə çata bilər. O deyib ki, COVID-19-la mübarizədə ABŞ“yanlış istiqamətdə hərəkət edir”.

 

 

The Telegraph” yazır ki, ötən həftə ABŞ-da bir gün ərzində 40 min yoluxma qeydə alınıb. Lakin doktor Fauci vəziyyətin daha da pisləşəcəyindən narahatdır“Bizim hazırda günə 40 mindən çox yeni yoluxmamız var. Əgər vəziyyət dəyişməsə, mən bu rəqəmin 100 minəçatmasından təəccüblənməyəcəyəm. Odur ki, məçox narahatam.

O bildirib ki, adamlar fiziki məsafə qaydasına riayət etməməkdə və maska taxmamaqda davam etsələr, ABŞ-da böyük fəlakət ola bilər.

ABŞ rəsmiləri bildirirlər ki, iyunun 30-a olan məlumata görə 12 ştatda xəstəxanaya düşənlərin sayında artım yaranıb. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam