Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Neft: Şöhrətə çatmaq üçün satqınlıq..?-ARAŞDIRMA

 

  

Mübariz Mənsimov və Rövnəq Abdullayev haqqında yazılan tarixi kitab Londonda nəşr olunacaq

Yenixeber.org: Necə illər öncə məşhur fransız yazıçısı və sosioloqu Şarl Lui Monqeskye məktublarının birində yazırdı: - “Dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəməti ilə azərbaycanlılarla yarışa bilməz”.

Azərbaycanlılar möhtəşəm bir xalqdır...

Mən bu fikirdən sonra dayandım. Yenə haradasa oxudum ki, dünyada azərbaycanlılar qədər biri-birinə qənim kəsilən xalq yoxdur. Ingilis yazarı, kəşfiyyatçısı Eden Layn: “... onlar bir-birini əzən. satan, heç nə üstündə təhrif edənlərdir. Öz prezidentini, özünün ləyaqətli xanımlarını, general və admirallarını, gözəl yazıcı və şairlərini söydürüb, alçaltmağa cəhd edənlərdir. İnsan nə qədər tamahkar, paxıl və vicdansız olarmış. Bu məmləkətdə imkan vermirlər ki, biri baş qaldırsın. Dirçəlsin, millətinə, xalqına şərəflə xidmət etsin...”

Mən bütün bu deyimləri Türkiyənin təhlükəsizlik sistemində Azərbaycanla bağlı apardığım araşdırmalar zamanı oxudum. Mən həm də 2016-cı ildə avqustun 18-də Türkiyədə qətlə yetirilən Rövşən Lənkəranskinin ölümü ilə bağlı tədqiqatlarımı bitirmişdim. Nəticədə Bakıda “Kriminal dünyanın tacı” kitabını yazdım və nəşr olundu. (Fikrimiz var bu kitabı Avropada və o cümlədən Türkiyədə nəşr etdirək. Yəqin ki, bu məsələ baş tutar).

 Tədqiqata baxış: Rövşən Lənkəranski avqustun 18-də qətlə yetirildi. Avqustun 19-da Azərbaycandan oğurluq və quldurluq yolu ilə alverə çıxarılmaq üçün məqam gözləyən 50 nəfərdən artıq yaşı 16-22 olan qızlar bazara sürüldü.

- Avqustun 19-da Türkiyədə 9 nəfər Azərbaycanlı iş adamının təqribən ümumilikdə 240 milyon manat pullarını yedilər.

- Avqustun 19-da Rüsiya Federasiyası ərazisində baş tutmaq ehtimalı olan dörd siyasi liderimizin həyatına ediləcək sui-qəsdi baş tutdu. Hələ də ikisinin meyidi axtarışdadır. Onlarla dükan, bazar, bina, şirkət azərbaycanlı sahibkarların əlindən alındı və s.

Bir türk kəşfiyyat zabiti mənə belə dedi:

- Avropa... ondan qorxurdu. O, həqiqətən Azərbaycanlı, azərbaycanlıları çox sevirdi. O, həm də türk dünyasınınm liderindən olan Ərdoğan və İlham Əliyev cənabları ilə fəxr edən adamlardan olub. O, dünyanın neft səltənətində ad çıxaran milyonçu, xeyirxah bir insan Mübariz Mənsimovla dostluq edib.

Mən bütün bunlara təbii baxıram.

Rövşən Lənkəranski ilə Bakıda “ORB” telekanalı ilə çəkilən sənədli filmimizlə bağlı çətinliklərimiz çox oldu. Amma, filmə bu gün 3.5 milyon nəfər tamaşaçı baxıb, hələ davam edir.

Bütün bunlardan sonra London nəşriyyatlarının birində “Neft səltənətinin övladları: “Rövnəq Abdullayev... Mübariz Mənsimov...” adlı kitabımın da birinci cildini bitirdim. Kitab çapa hazırlanır. Şübhəsiz ki, kitab nəfis və oxunaqlı olacaq. (Bu kitablar son on ilin tədqiqat kitablarıdır. Həm Rövnəq Abdullayev və Mübariz Mənsimov haqqında çox ciddi tədqiqat sənədləri var. Kitabı hazırlarkən dünyanın 8 neft ölkəsinin, OPEK üzvlərinin materiallarından, acıq və məxfi iqtisadi materiallardan istifadə edilib).

Ola bilsin, bu neft səltənətilə bağlı Amerika studiyalarının birində bədii film də çəkilsin. Maraq dairəsində olan bu film diqqət mərkəzində olacaq.

Kitabda fakt və sənədlərə söykənmiş həqiqi səhnələr var.

Mübariz Mənsimov həbsdədir. Türk dövləti onu həbs edib. Amma bu kitabdan sonra o, hökmən adzadlığa çıxacaq. Dünyanın iqtisadi ciyanətkarlıq üzrə (əsasən neftlə bağlı) ən ciddi ekspertlərindən olan E.S.Morrinq və L.D.Room qeyd edirdilər ki, bu kitab neft səltənəti istiqamətində yazılan kitabların müasirlik baxımdan ən yaxşısı ola bilər. Kitab yazılarkən təqribən 4 min səhifəlik iqtisadi kəşfiyyatın matreallarından istifadə olunub. Kitabda hər iki iş adamı ilə bağlı çox ciddi səhnələr tədqiqat matrealları var. Burada həmçinin onları qarşı-qarşıya gətirənlər, ikiüzlü və yaltaq iş adamları, talançılıqla məşğul olan dəstələr iqtisadi cinayətkarların da fəaliyyəti də göstərilir.

Şübhəsiz, M.Mənsimov həbsdən azad olacaq. “Lakin, o, ətrafındakı satqınlardan, talançılardan azad ola bilməyəcək. Bunun üçün o, yeni strategiya və taktika işləməlidir”. (ekspert L.D.Room).

Şübhəsiz, R.Abdullayev neft səltənətində qalacaq. “...Lakin, yenə köhnə yolla gedərsə düşmən kimi qalacaq. İşıqlı, müdrik yolla gedərsə o yeni bir məktəb yarada bilər”. (ekspert, Türkiyədə iqtisadi cinayətkarlıq məsələləri üzrə tədqiqatçı, kəşfiyyat zabiti N.M.Hamioğlu)

Hazırlanmış kitablar redaktə olunub, sənəd və matriallar tutuşdurulur. Nəşriyyat redaktoru D.Ş.Oldric yazır ki, kitab həm tarixi və həm də müasirlik baxımından çox ciddi və lazımlı kitabdır. Əslində bu kitab həm Mənsimovun, həm də R.Abdullayevin taleyinin bir parçasıdır.

Mən bir daha yəqin etdim ki, Azərbaycanlılar öz övladlarını qorumağı bacarmırlar.

Şübhəsiz çətinliklə yazdığımız bu kitab çox mətləblərin üstünü açacaq, yarımçıq qalmış istintaq məsələlərini tamamlayacaq, həm M.Mənsimovun, həm də R.Abdullayevin şirkətlərini viran qoyan, talancılıq edən şəxsləri cəmiyyətə göstərəcək.

Rövşən Novruzoğlu

Politoloq, professor

(050)-505-25-00


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam