Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MOSKVA MARŞAL HƏFTƏRƏ ALTERNATİV AXTARIR – Putinin baş aşpazı Qəzzafinin oğlunu mümkün namizədlərdən biri sayır

 

Kirill Semyonov

“Al-Monitor”, 14.05.2020

 

Yenixeber.org: Vaşinqton Moskvanı Liviyadakı qarşıdurmanı qızışdırmaqda, Xəlifə Həftər tərəfində döyüşməyə muzdlular göndərməkdə ittiham edərkən, Rusiyanın Həftər parlamenti ilə də əlaqələrinin artırdığına işarələr meydana çıxıb.

Mayın 7-də ABŞ Dövlət Departamentinin sözçüsü Kris Robinson bildirib ki, Moskvanın Həftəri dəstəkləməsi “münaqişənin əhəmiyyətli dərəcədə kəskinləşməsinə və Liviyada humanitar vəziyyətin pisləşməsinə səbəb olub”.

Bu arada, keçən ayın sonlarında Liviyanın şərqindəki parlamentin başçısı siyasi yol xəritəsini təqdim edib. Onun sözlərinə görə, sənədi Liviya millət vəkilləri ilə işləyən rusiyalı mütəxəssislər hazırlayıblar.

Aprelin 27-də Şərqi Liviya qəbilələri ilə görüşdə Tobruk mərkəzli Nümayəndələr Palatasının sədri Aqila Saleh İsa Liviyada Rusiya siyasi məsləhətçilərinin mövcudluğunda heç bir sirrin olmadığını söyləyib. O, Tripolidə Fəyyaz Sərracın Milli Birlik Hökuməti (MBH) ilə danışıqlara başlamağı hədəfləyən Rusiyanın siyasi təşəbbüslərindən də söz açıb.

MBH Tobruk parlamentinə rəqibdir və 2015-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altında yaradılıb.

Salehin yol xəritəsinin hazırlanmasında rus mütəxəssislərinin rolunu etiraf etməsi Həftərin hərbçilərin adından hərəkətə keçməsi barədə verdiyi açıqlamadan sonra olub. Beləliklə Saleh, Liviyanın şərqində “səssiz” çevrilişi etiraf edib.

Tripoli uğrunda gedən döyüşdə bir sıra məğlubiyyətdən sonra o, bir qədər dəstək itirib. Rusiya kimi xarici oyunçular getdikcə Həftərin məsələni hərbi yolla həll edə bilməyəcəyinə inanmağa başlayırlar. Buna görə də, onlar şərqdə Saleh və müvəqqəti hökumətin başçısı Abdullah əl-Sani ilə münasibət qurmağın lazım olduğunu düşünərək, onları MBH ilə dialoqda ön plana çıxmağa getdikcə daha çox təşviq edirlər.

Ssenari açıq şəkildə marşal üçün qəbuledilməz idi və o özünü Liviyanın hakimi elan edib.

Rusiyanın Tobruk parlamenti başçısına sülh təşəbbüslərini hazırlamaqda köməyini nəzərə alsaq, Moskva Həftərin hakimiyyəti zəbt etmək və MBH ilə razılaşmasından çıxmaq cəhdlərini dəstəkləyə bilməzdi.

Rusiya xarici işlər naziri Sergey Lavrov aprel 28-də keçirilən mətbuat konfransında bildirib: “Sərrafın Həftərlə danışmaqdan imtina etməsini dəstəkləmirik. Həftərin Liviya xalqının necə yaşayacağını indi təkbaşına qərar verəcəyi barədə açıqlamasını da. Bu üsullardan heç biri davamlı uzlaşmaya səbəb ola bilməz”.

Liviya Milli Ordusu 2019-cu ilin aprelində Tripoli əməliyyatına başladıqdan bəri ilk dəfə Moskva Həftərin hərəkətlərindən açıq şəkildə narazılığını bildirib. Bununla yanaşı, Rusiya xarici işlər naziri Salehin təşəbbüslərinin Moskvadan dəstək aldığını açıq şəkildə vurğulayıb. Lavrov Həftərin addımlarından fərqli olaraq, Salehin Liviyada sülh prosesinə təkan verəcəyinə inandığını ifadə edib.

Sergey Lavrov bildirib ki, Saleh “Liviyanın üç əsas bölgəsini bərabər şəkildə təmsil edəcək ortaq hökumət orqanlarının formalaşdırılmasına yönəlmiş” milli dialoqa çağırır. Xarici işlər naziri liviyalılara qarşılıqlı məqbul yanaşmaları müəyyənləşdirmənin vacibliyini vurğulayıb: “Xarici aktyorlar bu cür yanaşmaları hər şəkildə dəstəkləməlidirlər”.

O əlavə edib: “Ümid edirəm ki, əvvəlki cəhdlərin dərsləri öyrəniləcək və biz liviyalıları kompromis tapmağa təşviq edəcəyik”.

Hətta Rusiya işgüzar dairələri içərisindəki bəzi şəxslər Həftəri tənqid edirlər. Anonimlik şərtiylə “Al-Monitor”-a danışan ölkənin enerji sektorunun nümayəndəsi deyib: “Həftərin hərəkətləri enerji bazarları üçün nə ilə nəticələnib? Liviya neftinin 1 milyon bareli tezliklə bazara qayıtmayacaq, ölkənin şərqində “Qazprom”la ortaq müəssisə də fəaliyyətini bərpa etməyəcək. Liviyanın 2014-cü ildən bəri vəziyyəti təsirini göstərir. Təəssüf ki, indi konstruktiv dialoq və bərpa yolunda məhz Həftər maneə olaraq dayanır”.

Qeyd etmək lazımdır ki, bu il marşal Rusiyanın Liviyaya dair sülh təşəbbüslərini pozub, bununla da Moskvanı əsəbiləşdirib. Yanvar ayında Rusiya və Türkiyə Həftərlə MBH başçısı arasında mümkün atəşkəs razılaşması üçün Moskva görüşünə təşəbbüs edib, lakin nəticəsi olmayıb.

Tripolini ələ keçirmə kampaniyasındakı uğursuzluqların ardınca, Kreml onun davranışlarına qarşı getdikcə ehtiyatlı davranır, bu da Rusiyanın Liviyada daha etibarlı şəxslər tapması ilə nəticələnir.

Saleh belə namizədlər siyahısında olmalı idi. Bununla birlikdə, Salehlə işləyən mütəxəssislərin hazırda Saninin başçılıq etdiyi müvəqqəti hökumətə eyni xidmətlər göstərdiyini də istisna edilmir. Ehtimal olunan namizədlərdən biri, özünü Sani hökumətinin Rusiyadakı nümayəndəsi kimi təqdim edən Stanislav Kudryaşovun başçılıq etdiyi Liviya naminə Məsləhət Şurasıdır.

Bu arada, Milli Dəyərlərin Qorunması Fondu kimi təşkilatlar, yəni “Vaqner Qrupu”nun bossu Yevgeni Priqojinlə əlaqəli təşkilatlar Seyfəlmülk Qəzzafini (keçmiş Liviya lideri Müəmmər Qəzzafinin oğlu) ilə münasibət qurmağa çalışıb. Onu Həftərin mümkün alternativi və ya varisi kimi təklif etmək üçün.

Nəhayət, Lev Denqovun başçılıq etdiyi Liviyadaxili Uzlaşma üzrə Rusiya Əlaqə Qrupu, Xarici İşlər Nazirliyi və Dövlət Duması ilə birlikdə, Sərracın rəhbərlik etdiyi MBH-nin və Liviyanın qərbindəki siyasi təşkilatların maraqlarını müdafiə edir.

Həftərlə münasibətlərin soyuqluğuna baxmayaraq, Liviyada Rusiya ilə tərəfdaşlığa girən yeganə siyasi qüvvə olduğundan, Moskva Liviya Milli Ordusuna yardım göstərməyə davam edəcək. Kreml münaqişənin hər iki tərəfinə qarşı uyğun yanaşma izlədiyini söyləsə də, Sərracla əlaqə səviyyəsi Həftərlə müqayisədə daha aşağıdır. Bu, Rusiya muzdlularının marşalın tərəfində döyüşməsi ilə əlaqədardır.

Rusiya Liviya Milli Ordusunu dəstəkləyən muzdluların ölkənin maraqlarını təmsil etmədiklərini və Moskva tərəfindən maliyyələşdirilmədiyini iddia edir, lakin belə qrupların patronları ilə Kreml arasındakı əlaqə göz qabağındadır.

Beləliklə, Moskva onlardan Həftərə təzyiq etmək üçün alət kimi istifadə etməyə davam edəcək. Ehtiyac olduqda, hərbi podratçılara, Berlin konfransından bir müddət əvvəl olduğu kimi, cəbhədən geri çəkilmək əmri veriləcək. Lakin Sərracın və müttəfiqi olan Türkiyənin mövqelərinin çox da möhkəmlənməməsi üçün “işə qayıtmaları” əmri verilə bilər.

Hər halda, Həftərin qələbəsi Moskvanın gündəmində deyil. O, Liviya Milli Ordusunun dağılmasını dayandırmaq istəyir, bu da Kremlin Liviyada vasitəçi kimi fəaliyyət göstərməsinə kömək edəcək.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam