Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Moskva görüşü: Ərdoğanın İdlib səhvləri və mümkün nəticələri -Təhlil 

 Suriyanın İdlib şəhərində rəsmi rəqəmlərə görə, 34, qeyri-rəsmi məlumata görə isə 100-dən çox hərbçisini itirən Türkiyənin Suriya şousu sona çatdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ən yaxın mütəffiqləri ilə düşmən olduqdan sonra yenidən Rusiya Prezidenti Vladimir Putinlə görüşdü və İdlib mövzusunda bütün nöqtələr qoyuldu.

Yenixeber.org: Maraqlıdır ki, İdlib vilayəti ilə bağlı Rusiyada əldə olunan razılaşma nəticəsində Türkiyə heç bir uğur qazana bilmədi.   Mövcud vəziyyətdə Türkiyənin İdlib məğlubiyyəti nədən ibarət oldu? Ərdoğanın İdlibi ələ keçirmək istəyi nədən qaynaqlanırdı?

Budəfəki mövzumuzda bu suallara aydınlıq gətirməyə çalışacağıq.

                                    Ərdoğanın avtoritar mövqeyi

Öz qaydaları ilə yaşayan və Osmanlı xülyasını gerçəkləşdirmək arzusunda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avtoritar mövqe nümayiş etdirdi. Məhz bu təkəbbür, Ərdoğan və Türkiyəni 9 il davam edən Suriya münaqişəsinin əsas təşəbbüskarına və Suriyada törədilən cinayətlərin baiskarlarından birinə çevirdi.

Hazırda Ərdoğan Suriya münaqişəsinin bütün əsas iştirakçıları ilə düşmən mövqeyindədir. Mövcud hərbi mövqelərini gücləndirmək üçün fevral ayında İdlib əyalətinə daha 7 min əsgər və hərbi texnika göndərən Ərdoğan Bəşər Əsəd hökməti ilə birbaşa müharibəyə başladı. Cəbhə xəttindən xeyli uzaqda olan Suriyanın hava limanları və hərbi postlarına hücum etdi. Nəticədə Suriyada həm İran, həm də Rusiya ilə münasibətlərini pozmağa cəhd etdi.

                                          İdlibdə itkilər

Türkiyə ordusunun İdlibdəki hərbi konvoyuna edilən hücum zamanı Ankara rəsmi olaraq 34 hərbçisini itirdiyini bəyan etdi. Lakin yerli mediada bu rəqəmin 100-dən olması barədə məlumatlar verildi. Türkiyə hərbçilərin kütləvi şəkildə öldürülməsi isə Ərdoğan hökumətini silkələməyə başladı. Həm yerli ictimaiyyət, həm də müxalifət Ərdoğan hökumətinin yalnış Suriya siyasəti yürütməsini irəli sürdülər. Məhz bu səbəbdən Türkiyə Hava Qüvvələri də Suriya ərazisində yerli ordunun mövqelərinə zərbələr endirdi. Suriya ordusunun verdiyi itkilər rəsmi açıqlanmasa da, Vladimir Putin Ərdoğanla görüşdə itkilərin ciddi olduğunu dilə gətirdi.  

                                                      Nə üçün İdlib?

İdlib əyaləti Bəşər Əsəd hökumətinə qarşı vuruşan muzdlu üsyançı və terrorçuların son istehkamı sayılır. Bu bölgədə hərbi uğurların Suriya hakimiyyəti üçün nəhəng siyasi və iqtisadi dividentləri ola bilər. İdlibdə yerləşən M4 və M5 yolları da  ölkənin bütün nəqliyyat sisteminin əsasını təşkil edir. Ankara həm “Ən-Nusra” terroçuları, həm də Amerika ilə birgə qurduğu “Azad Suriya Ordusu” adlı silahlı qruplaşmaya dəstək olaraq İdlibi öz nəzarətində saxlamaq və beləcə Suriyada böyük əraziyə nəzarət etmək niyyətindədir.

                               Ərdoğan və Putinin İdlib razılaşması

Türkiyə və Rusiya Prezidentləri Moskvada keçirilən görüşdə Suriyanın İdlib bölgəsində yaşanan gərginliyi aradan qaldırmaq üçün 6 saat davam edən danışıqlar aparıblar. Tərəflər 2018-ci il Soçi görüşməsində əlavə protokol kimi təqdim etdikləri 3 maddəlik bir mətni ictimaiyyətə açıqlayıb və uzun müddətdir gözlənən atəşkəsi elan edib:

  1. İdlib gərginliyinin azaldılması üçün bölgədəki təmas xətti boyunca bütün hərbi fəaliyyətlər 6 mart 2020-ci il tarixində saat 00:01-dən etibarən dayandırılacaq.
  2. M4 magistralının şimalında 6 km və cənubunda 6 km dərinlikdə təhlükəsiz dəhliz yaradılacaq. Güvənli dəhlizin fəaliyyətinə dair detallar və qaydalar Türkiyə və Rusiya Müdafiə Nazirləri arasında 7 gün ərzində qərarlaşdırılacaq.
  3. Türkiyə-Rusiya patrulları 15 mart 2020 tarixində M4 magistralının Trumbadan (Səraqibin 2 km qərbində) Əin-əl-Havra qədər olan hissəsinə birgə nəzarət edəcək.

 Razılaşmaya əsasən, Rusiya və Türkiyə M4 magistral yolunun 6 km (ümumi 12 km) şimal və cənubunda təhlükəsizlik koridoru yaradacaq. Martın 15-dən etibarən Rusiya və Türkiyə birlikdə patrul əməliyyatları keçirəcək. Bu maddələr Rusiya və Türkiyə tərəfindən imzalanan atəşkəsin əsas maddələri hesab olunur. Amma bu görüşdən qabaq Ərdoğanın istək və arzuları tamamilə başqa idi. Bu razılaşmalar Ərdoğanın açıq formada geri çəkilməsi deməkdir.

Hazırda Səraqib-Cisr əş-Şuğur yolu Suriya ordusunun nəzarətində deyil. Bu yolun əksər hissəsi “Təhriruş-Şam” və “Türkistan İslam” terror qruplaşmalarının nəzarətindədir. Bu da o deməkdir ki, terrorçular illərdir İdlib məntəqəsində olan strateji yerlərini boşaldıb, geri çəkilməlidirlər. Türkiyə və Rusiyanın birgə patrul xidməti martın 15-dən başlamalıdır.

Bundan əlavə, Suriya ordusu M5 (Hələb-Dəməşq) magistral yolunu bütünlüklə öz ixtiyarında saxlayacaq. Suriya tərəfindən bu yola nəzarət edilməsi, strateji müvəfəqiyyət hesab olunur. Suriya ordusu İdlib məntəqəsində hərbi gücünü daha ciddi şəkildə qoruyacaq. Halbuki, Türkiyə müzakirədən qabaq elan etmişdi ki, Suriya ordusu M5 yolundan geri çəkilməlidir.

                         Türkiyə prezidentinin Suriyada ikinci səhvi

R.T.Ərdoğanın Suriya mövzusunda ikinci səhvi də nəticə etibarilə suriyalıların xeyri ilə nəticələndi. Belə ki, Ərdoğan birinci məsələdə Rusiyanın təyyarəsini vurmaqla səhv etmişdisə, indi Suriya ordusuna zərbə endirməklə səhvini təkrarladı. Görünən budur ki, yenə də Ərdoğan geri addım atdı və heç bir uğur qazanmadı.

İdlibdə əməliyyatlar başlayarkən Ərdoğanın NATO-dan yardım istəməsiTürkiyənin növbəti dəfə qalxan kimi Rusiyanın qarşısına atılmasından xəbər verirdi. Lakin Ərdoğan bir qədər gec olsa da, səhvini başa düşdü və geri addım atdı. Türkiyə İdlib məntəqəsində yeni atəşkəs razılaşmasını qəbul etməklə, keçmişdə bütün hay-küylərinə baxmayaraq, praktiki olaraq Suriya ordusunun bu 4 ay ərzində öz torpaqlarının azadlığı uğrunda bütün azad elədiyi məntəqələri rəsmi şəkildə tanıdı və məğlubiyyəti qəbul etdi.

Həmçinin Türkiyə bu razılaşmanı qəbul etməklə təsdiqlədi ki, Suriya ərazisində hərbi əməliyyatlar keçirməyə gücü çatmır və bu yolla yeni ərazi ələ keçirmək iqtidarında deyil. Suriya ordusu və müttəfiqlərinin İdlib məsələsində qətiyyətli mövqeyi, əksinə NATO və ABŞ-ın Ərdoğanın istəklərinə cavab verməməsi, Türkiyə daxilində elit təbəqə və ziyalı şəxslərin, siyasətçi və millət vəkillərinin Ərdoğana qarşı tənqidlərinin artması, onun bu məğlubiyyəti qəbul etməsi və geri çəkilməsində böyük pay sahibi oldu.

Eastnews.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam