Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Stalinin etimad göstərdiyi ordu generalı –adı Beriya ilə çəkilən Maslennikov özünü güllələyib

 

Yenixeber.org: Müharibənin 12-ci günü, 3 iyul 1941-ci ildə o, Kremlə dəvət olunub. Kliment Voroşilovun, Lavrenti Beriyanın, Vyaçeclav Molotovun iştirakı ilə İosif Stalin general-leytenant İvan Maslennikovu qəbul edib. 25 dəqiqəlik görüşdə 29-cu ordunun yaradılması ilə bağlı konkret təkliflər səsləndirilib və Maslennikovun bu orduya komandan təyin olunması qərarı verilib. General göstərilən etmada görə Ali Baş Komandana minnətdarlığını bildirəndə Stalin onun sözünü yarımçıq kəsib:
- Etimad öz yerində, amma onu da bilməlisiniz ki, ən qısa müddətdə 29-cu ordu tam formalaşaraq düşmən qüvvələri qarşısaında dayanmağa hazır olmalıdır...

Sonralar Maslennikov həmin görüş haqqında xatirələrində yazıb:

“Onda mənim 41 yaşım var idi. Stalinlə nə vaxtsa üzbəüz görüşməyimi ağlıma belə gətirmirdim. Onun haqqında həmişə belə ifadələr işlədilirdi, kobud, sərt, qəddar, amansız. Amma mən bu görüşdə bunların heç birini hiss etmədim. Müharibənin ən ağır günləri idi. Mənə elə gəlirdi ki, həmin ərəfədə Stalin böyük sıxıntılar keçirirdi, gərginlik içində idi. Hətta bəlkə də bir az da yazıqlaşmışdı. Yeni yaradılacaq ordu ilə bağlı fikirlrimi, təkliflərimi söylyərkən, o məndən ümidli sözlər gözləyirdi, mən bunu hiss edirdim və onu da hiss edirdim ki, müharubənin hər dəqiqəsi Stalinə bir il qədər uzun gəlirdi...”

Maslennikov Kremlin, şəxsən Stalinin ondan gözləntilərini doğruldub. Ümumiyyətlə, general xidmətinin bütün dövrlərində vəzifəsinin öhdəsindən layiqincə gəlib.

İvan Maslennikov 1900-cü ildə Saratovda anadan olub. İki illik təhsildən sonra çox erkən yaşlarından əmək fəaliyyətinə başlayıb. Poçtda, dəmiryolu stansiyasında işləyib. 1918-ci ildə ordu sıralarına xidmətə yollanıb. Vətəndaş müharibəsinin iştirakçısı olub.

Altı aylıq hərbi kursları bitirdikdən sonra İvan Maslennikov 1-ci Ukrayna diviziyasında rabitə komandiri vəzifəsini daşıyıb. Bir müddət sonra Frunze adına Hərbi Akademiyada ali təhsil alıb. 1936-cı ildə “NKVD”-nin sərhəd və daxili qoşunlarının döyüş hazırlığı idarəsi rəisinin köməkçisi işləyib.

1937-ci ilin yanvar ayında Maslennikov Azərbaycana göndərilib, burada o, əvvəlcə “NKVD”-nin sərhəd və daxili qoşunlarının döyüş hazırlığı idarəsinin rəisi, daha sonra isə sərhəd və daxili qoşunlar baş idarəsinin rəis müavini vəzifəsində xidmət edib.
1938-ci ildə Maslennikov Bakıdan Moskvaya qayıdıb və “NKVD”-nin sərhəd qoşunlarının komandanı təyin olunub. 1939-cu ilin yanvar ayından Maslennikov “NKVD” komissarının (nazirinin) sərhəd və daxili qoşunlar üzrə müavini vəzifəsinə təyinat alıb.

Məhz elə, 29-cu ordunun əsas şəxsi heyəti də “NKVD” qoşunlarının hesabına formalaşıb.

Müharibənin ən ağır cəbhələrində İvan Maslennikov ən uğurlu hərbi əməliyyatlarla fərqlənib. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən komandan ordu generalı rütbəsinə qədər yüksəlib.

1945-ci ildə Maslennikov Bakı hərbi dairəsinin, 1946-cı ildə isə Qafqaz hərbi dairəsinin komandanı olub. Məhz 1945-ci ildə Bakı qarnizonu qoşunlarının hərbi paradını Maslennikov qəbul edib.

1948-ci ildə ordu generalı İvan Maslennikov SSRİ daxili işlər nazirinin müavini təyin edilib, həmçinin nazir müavini kimi daxili qoşunların kuratoru olub.

Maslennikovun uğurlu hərbi karyerası acı bir sonluqla yekunlaşıb. O, 16 aprel 1954-cü ildə kabinetdə özünün güllələyərək intihar edib.

Generalın intiharı hamı üçün gözlənilməz olub. Heç bir qalmaqallı hadisədə adı hallanmayan, hətta uzun illər Beriyanın tabeliyində işləməsinə baxmayaraq onunla xidməti münasibətlərdən başqa heç bir əlaqəsi olmayan Maslennikovun intiharı müəmmalarla qarşılanıb.

General-leytenant Sudoplatov öz xatirələrində Maslennikovun intiharı ilə bağlı yazıb:

“Maslennikov özünü öz kabinetində güllələdi. Bu gözlənilməz bir hadisə idi. Onun nəyə görə bu addımı atdığını mən təxmini bilirəm. Belə söhbətlər dolaşırdı ki, Beriyanın işi ilə bağlı onu istintaqa cəlb ediblər və guya ki, Beriyanın planında

Maslennikovun vasitəsi ilə daxili qoşunları Kremlə yeridərək hakimiyyəti ələ almaq məsələsi olub. Yəqin ki, Maslennikov belə düşünüb ki, onu da həbs edəcəklər. Və yəqin ki, Maslennikov general mundirində həbsxanaya girməsini özünə sığışdırmayıb. Bəli, əsl generallar bu cür qərar verirlər...”

Marşal Georgi Jukov da öz xatirələrində Maslennikov haqqında fikirlərini bölüşüb:

“Maslennikov Silahlı Qüvvələrdə ən peşəkar, hərb elminin incəliklərini bilən generallardan biri idi. Onun keçirdiyi döyüş əməliyyatları zərgər dəqiqliyi ilə yerinə yetirilirdi. Bu ona görə dəqiq olurdu ki, Maslennikov səhra şəraitində nəzəri bilikləri tətbiq etməyi bacarırdı. Ən əsası isə Maslennikov öz işi ilə məşğul olan hərbçilərdən idi. Siyasətdən və konfliktlərdən uzaq olan hərbçi. Onun aramızdan belə tezliklə getməsi məni çox təəssüfləndirir...”

İvan Maslennikov intihar edəndə 53 yaşı olub. Ordu generalını Moskvada, Vaqankova qəbirstanlığında dəfn ediblər.(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam