Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

İranda etirazlar:nə baş verir?

 

İrandakı son etiraz dalğasını fərqli edən nədir?

Yenixeber.org: 15 noyabrda yanacağın bahalaşmasına qarşı baş qaldırmış etirazlar ölkədə rejim dəyişikliyi çağırışlarına çevrilib.

Ölkə boyu etirazçılar küçələrə axışaraq Ali Liderin şəkillərini yandırıb, onu diktator adlandırıblar.

BMT və Amnesty İnternational-ın bildirdiyinə görə, İranın onlarla şəhərində baş vermiş altı günlük zorakı etirazlar nəticəsində təxminən 106 nəfər həlak olub. Ölü sayının çox ola biləcəyi də deyilir. Ölkədə internetə giriş də məhdudlaşıb.

İran hələki ölənlərin sayını təsdiqləməyib və etirazlara görə "xarici düşmənlərlə əlaqəsi olan quldurları" günahlandırıb.

BMT-nin etirazçılara qarşı canlı sursatdan istifadə etməməklə bağlı xəbərdarlığına baxmayaraq, yayılmış video görüntülərdə təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açdığı görünür.

Son etiraz dalğasından sonra 100-dən çox etirazçı və üç təhlükəsizlik işçisi öldürülüb

Etirazların sərt şəkildə yatırılmasından sonra İran prezidenti Həsən Ruhani bildirib ki, "düşmənin" sui-qəsdinin qarşısı alınıb.

                                  Bəs bu etirazlar nə ilə fərqlənir?

20 November 2019, woman walking by a burned out bank branchFotonun müəllifi: GETTY IMAGES
Tehranda ictimai və şəxsi əmlaka ziyan dəyib

 İran ekspertimiz hesab edir ki, bu etirazlar "son dərəcə qəddarlığı, geniş yayılmış vandalizmi və amansızca yatırılmasına" görə fərqlənib.

Müşahidəçilərin bildirdiyinə görə, belə bir tapşırıq olub ki, "etirazlar heç bir mərhəmət nümayiş etdirmədən mümkün qədər tez dağıdılmalıdır".

Ekspertlər həmçinin diqqəti ona çəkirlər ki, son etirazlar təkcə Tehranda deyil, bütün ölkə boyu yayılıb.

Həmçinin bu etirazlar "son illərdə ilk dəfədir ki, lidersizdir və ona orta sinifdən də insanlar qoşulub".

                                              Kim etiraz edir?

People waiting to fill their tank at a heavily congested petrol stations in Tehran, 16 November 2019Fotonun müəllifi: GETTY IMAGES
Ölkə boyu artan yanacaq qiymətləri və benzinin satışına qoyulmuş məhdudiyyətlər uzun növbələrə səbəb olub

"Bizim çoxlu iqtisadi problemlərimiz var. Ət bahadır, toyuq bahadır, yumurta bahadır... indi isə yanacaq", etirazçılardan biri BBC-ə bildirib.

Ekspertimiz də bu fikirlə razıdır: "bu etirazların arxasında qəzəb dayanır".

Etirazlar ölkənin daha kasıb bölgələrində başlasa da, tezliklə ölkə boyu yayılıb.

ABŞ 2018-ci ildə sanksiyaları yenidən tətbiq etməyə başlayandan bəri İran olduqca çətin iqtisadi təzyiqlə üzləşib.

İnflyasiya 40 faizdən çoxdur, işsizlik isə 15 faiz.

An Iranian man checks a scorched gas station that was set ablaze by protesters during a demonstration against a rise in gasoline prices in Eslamshahr, near the Iranian capital of Tehran, on November 17, 2019Fotonun müəllifi: GETTY IMAGES
Qəzəb artdıqca ölkədə vandalizm də yayılmaqdadır

Nəticədə Prezident Ruhani "seçki kampaniyasında verdiyi bir çox sözlərə əməl edə bilməyib", yerli müşahidəçilər deyirlər.

İndi isə o, sosial bazasını itirməkdədir, "orta təbəqənin məyusluğu qəzəbə çevrilib və o, etirazlara qoşulub",  ekspertimiz bildirir.

Etnik azlıqlarla mərkəzi hakimiyyət arasında gərginlik də etirazların genişlənməsinə yol açıb.

                                  İnternetin kəsilməsi

Netblocks graph showing the Iranian internet blackoutFotonun müəllifi: NETBLOCKS
Qeyri biznes təşkilatı olan Netblock internetin sürətini izləyib

Şənbə günündən bəri İnternetin bağlanması etirazların miqyası və nəticəsi ilə bağlı görüntülərin əldə olunmasına mane olub, ekspertimiz bildirib.

Lakin Amnesty İnternational təşkilatından Madyar Saminejad-ın bildirdiyinə görə, aydın olub ki, "İranda qətllər dağlası davam edir və indiyə qədər 21 şəhərdə azı 106 nəfər öldürülb".

İnternetsizlik etirazçıların bir-biri ilə əlaqəsini də çətinləşdirib, müşahidəçilər bildirir.

A smartphone in Iran showing no internet connectionFotonun müəllifi: GETTY IMAGES
Bir çox iranlılar wi-fi vasitəsilə interenetə qoşulur, lakin şənbə günündən bəri milyonlarla insan internetsiz qalıb

                                      İranı nə gözləyir?

Iranian President, Hassan Rouhani (C) makes statements on the ongoing protests across Iran against petrol price increases, after the Council of Ministers meeting, in Tehran, Iran on November 20, 2019.Fotonun müəllifi: GETTY IMAGES
Həsən Ruhani (mərkəzdə) bildirib ki, İranın düşmənləri məğlub edilib

Etirazçılar küçələrdən təmizləndikdən sonra hökumət öz dəstəkçilərini küçələrə çıxarıb.

Prezident Ruhani deyib: "Bu onu göstərir ki, illərdir bunu planlaşdıran düşmənlərimiz məğlub edildi".

Etirazların arxasında kimin dayandığı aydın deyil. Prezident isə ABŞ, İsrail və Səudiyyə Ərəbistanının dəstəklədiyi "dağıdıcı ünsürləri" günahlandırıb.

İranın dövlət mediası bildirir ki, indi hər şey qaydasındadır, lakin əldə olunan məlumatlara görə, etirazlar hələ yekunlaşmayıb.

İqtisadiyyatın zəiflədiyi bu məqamda insanların qəzəbinin tezliklə soyuyacağı gözlənilmir.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam