Redaktor seçimi
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

İran böhranı:indi nə olacaq?

 

 

İran 3,67 faiz səviyyəsində saxlanan uran zənginləşdirmə nisbətinin artırılacağını açıqlayıb. ABŞ prezidendi Donald Tramp isə buna cavab olaraq "İran diqqətli olmalıdır" deyib.

Yenixeber.org: İranla P5+1 (ABŞ, Çin, Rusiya, Fransa, İngiltərə və Almaniya) arasında imzalanmış razılaşma pozulurmu? Yoxsa çoxdan pozulub, tərəflər etiraf etməkdən qorxurlar?

2015-ci ildə - prezident Barak Obamanın dövründə imzalanmış anlaşmadan ABŞ 2018-ci ildə - prezident Donald Trampın dönəmində çıxıb.

Bu il İran razılaşmada göstərilən uran saxlama limitini keçməyə başlayıb və bildirib ki, 3,67% səviyyəsində saxlanan uran zənginləşdirmə nisbətini artıracaq. Rəsmi Tehran bəyan edib ki, razılaşmayla bağlı problemlər həll olunmaya qədər 2015-ci ildə qəbul etdiyi digər məhdudiyyətləri də növbəylə aradan qaldıracaq.

İran Atom Enerjisi Qurumunun nümayəndəsi Bəhruz Kamalyandi "İstədiyimiz nisbətdə və istədiyimiz qədər uran zənginləşdirməyə hazırıq" deyib.

Bazar günü ABŞ-ın Nyu Cersi ştatında jurnalistlərə açıqlama verən Tramp buna "İran diqqətli olmalıdır" deyə reaksiya verib.

"İran diqqətli olsa, yaxşıdır. Çünki (uranı) yalnız bir məqsədlə zənginləşdirirsiz. Bu məqsədin nə olduğunu sizə deməyəcəm, amma heç yaxşı məqsəd deyil. Diqqətli olsaq yaxşıdır".

ABŞ-ın xarici işlər naziri Mayk Pompeo isə bazar günü verdiyi açıqlamada bildirib ki, İran uranı zənginləşdirmə limitini aşarsa, bu ölkəyə qarşı daha çox sanksiya tətbiq ediləcək.

Razılşamada əldə edilən 3,67% səviyyəsi nüvə silahı əldə etmək üçün lazım olan 90% nisbətindən çox azdır.

Rəsmi Tehran 2019-cu ilin iyun ayına qədər razılaşmanın bütün maddələrinə əməl etdiyini açıqlayıb.

Ağ Ev bunun əksinin iddia etsə də, İranın dediklərini BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi də təsdiqləyir.

Ancaq ABŞ-ın razılaşmadan çəkilməsi və İrana yenidən sanksiyalar tətbiq etməsi bu ölkənin iqtisadiyyatına ciddi şəkildə təsir edib.

Ona görə də razılaşmanın iqtisadi gəlirlərindən faydalana bilməyən İran P5+1 formatına daxil olan digər ölkələrdən ona qarşı təzyiqləri azaldacaq addımlar gözləyir.

İngiltərə, Fransa və Almaniya Vaşinqton və Tehran arasında

Avropalı iştirakçılar razılaşmanın davam etməsini istəyirlər. Onlar Tehrana humanitar ehtiyac məhsullarının göndərilməsi üçün ABŞ-ın sanksiyalarından kənar bir mexanizm yaradıblar.

Ancaq bu mexanizm İranın tələbatlarını ödəmir. O, iqtisadiyyatını dirçəldəcək təbii qaz və metal sənayesində ABŞ-ın təzyiqinin azaldılmasını istəyir. Amma avropalılar buna çətinlik çəkirlər. Onların indiyə qədərki səyləri razılaşmaya dəstək verdiklərini göstərən diplomatik addımlardan uzağa getməyib.

Əslində, sankisyaları pozmaq riskini nəzərə alaraq İranla ticarət əlaqələri qurmaq qərarını dövlətlər yox, bu ölkələrdəki şirkətlər verməlidirlər.

Prezident Tramp razılaşmadan çəkildiyini açıqlayanda belə bir vəziyyətin yaranacağını proqnozlaşdıranlar olmuşdu. Onun avropalı müttəfiqləri bu məsələdə ABŞ-la eyni mövqedə olmasalar da, onlar da İranla bağlı eyni narahatlığı keçirirlər: Tehranın nüvə fəaliyyətləri, raket proqramı və bölgə siyasəti sahəsində.

Körfəzdə zaman-zaman yaşanan gərginlik, xam neft daşıyan gəmilərə hücumlar və ABŞ-ın pilotsuz təyyarəsinin vurulması bu narahatlığın artmasına səbəb olub.

 

Obama və Trampın bu məsələdəki strategiyaları çox fərqlidir

Razılaşmanın imzalandığı tarixdə ABŞ, Rusiya və Çinin mövqeyi beləydi: İran durmadan nüvə fəaliyyətini davam etdirir; hələ ki, bu fəaliyət hərbi məzmun daşımırmış kimi görünür, amma İran bu səviyyəyə necə keçə biləcəyini artıq bilir və hər an fəaliyyətini o istiqamətə yönəltmək imkanına malikdir.

Razılaşmanın məqsədi Tehran hərbi müstəviyə keçməzdən əvvəl onun nüvə fəaliyyərini bəlli müddət ərzində məhdudlaşdırmaq idi. Bu hədəfə fokuslanan ölkələr "Razılaşma ideal olmaya bilər, amma heç olmamağından yaxşıdır" mövqeyindəydilər.

ABŞ istisna olmaqla, bütün tərəfdar ölkələrin hələ də bu mövqedə olduqlarını deyə bilərik.

Razılaşmadan əvvəl İsrail və ya ABŞ-ın İrandakı nüvə sənayesi mərkəzlərini hərbi əməliyyat vasitəsilə yox etməsi məsələsi də gündəmə gəlmişdi. Razılaşmanın əsas məqsədi bu böhranı aradan qaldırmaq idi. Sənəd imzalandan sonrakı dönəmdə İran hakimiyyətinin dəyişəcəyinə ümidlər vardı.

Amma Tramp sələfi Obamanın imzaladığı bu razılaşmanı kökündən səhv hesab edir və tez bir zamanda ondan çəkilmək istəyirdi.

Bunun əvəzində İrana mümkün qədər çox təzyiq etmək yolunu seçən Trampın əsas hədəfinin nə olduğu tam olaraq bilinmir.

Tramp idarəçiliyindəki "şahinlər" İranda rejim dəyişikliyi olacağına ümid edirlər. Bəziləri isə hesab edir ki, məqsəd İranı daha böyük məhdudiyyətlər nəzərdə tutan razılaşmaya məcbur etməkdir.

Təkcə ABŞ-da yox, razılaşmanı imzalayan digər ölkələrdə də Trampın nəyi hədəflədiyini anlamırlar.

Təsadüfi deyil ki, bir müddət əvvəl İngiltərənin Vaşinqtondakı səfirliyindən sızan sənədlərdə Tramp iqtidarının İran siyasəti "ziddiyyətli və xaotik" olaraq qiymətləndirilmişdi.

 

Razılaşmanın pozulması üçün onu daha nə qədər pozmaq lazımdır?

Bu sualı belə də qoymaq olar: nüvə razılaşmasının gələcəyi varmış kimi davranmaqdan nə vaxt imtina edəcək və onun pozulmasının labüd nəticələriylə məşğul olmağa başlayacaqsız?

Avropalı tərəfdaşlar razılaşmanın qorunub saxlanmasına səy göstərirlər. İransa onların ABŞ təzyiqlərinə qarşı edə biləcəklərini real imkanlarından daha yüksək qiymətləndirir.

Fransa prezidenti Emmanuel Makron İranın limiti keçəcəyilə bağlı açıqlamalarını əhəmiyyətsiz göstərməyə çalışan bir addım atdı: bütün tərəflər arasında yeni bir müzakirə dönəminin başlamasına çalışacaqlarını bildirdi.

Tehran isə ABŞ-ın sanksiyaları yumşaldacağı halda danışıqlara qoşulacağını bəyan etdi.

Ancaq bu, demək olar ki, mümkün deyil.

İran konfliktin sürətinə nəzarət etməyə çalışır. Çünki razılaşmadan tamam çıxmasının Tehrana hansı faydaları verəcəyini hesablamaq çox çətindir.

Avropalıların mövqeyi isə İngiltərədə yayımlanan bir uşaq filmindəki qəhrəmanın davranışını xatırladır: relslərin sonuna gəlib çatan qatarın qəza anını gecikdirmək üçün yola mütəmadi olaraq bir parça yeni rels qoymaq.

Bəs, bu relslər nə vaxt bitəcək? Bax, əsl problem budur. (BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam