Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Dünyada həbs edilən prezidentlər - zindana gedən sabiqlərin suçu...

Səddam Hüseyn, Hüsnü Mübarəkdən tutmuş, Yuliya Timoşenko və Köçəryana, Miloşeviçdən Saakaşviliyə qədər mühakimə edilən rəhbərlərin siyahısı...

Yenixeber.org:  Hakimiyyətlərə şad-xürrəm gələnlər gedişlərindən sonra elə əzablarla üzləşirlər ki, peşman olurlar. Yeni gələn iqtidarlar onların həyatını “burnundan gətirir”. Kimisi həbsə gedir, kimisinə cinayət işi başlanır, kimisi ölkədən çıxmalı olur. Bu, idarəçilikdən doğan nəticələrdir. Yeni hökumət xalqın gözündə özünü qaldırmaq, vətənpərvər göstərmək üçün keçmiş prezidentləri mühakimə edir, cəzalandırırlar.

“Yeni Müsavat” yada salır ki, Cənubi Qafqaz ölkələrində belə nümunələr az deyil. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan iqtidara gələr-gəlməz, 2008-ci ildəki 1 mart iğtişaşlarına görə sabiq prezident Robert Köçəryanı həbs etdirdi. Amma o, Köçəryanın həbsdə çox saxlaya bilmədi və Rusiyanın ciddi təzyiqi ilə üzləşdi. Lakin az sonra yenə onu zindana salmağa nail oldu. Hazırda Köçəryan həbsdədir.   

Gürcüstanda isə Mixail Saakaşvili hakimiyyətə gələndə keçmiş dövlət başçısı Eduard Şevardnadzeni mühakimə eləməsə də, İvanişvili tərəfdarları hökuməti götürdükdən sonra “Mişa”nın özünə cinayət işi açıldı, korrupsiyada ittiham edildi. Ölkəsinə gələrsə, Mişa həbs oluna bilər.

Yuliya TimoÅenko ile ilgili görsel sonucu

Ukrayna rəhbərlərinin aqibəti daha mürəkkəbdir. Baş nazir olmuş Yuliya Timoşenko 2011-2014-cü illərdə həbsdə saxlanıb. “Maydan hərəkatı”nın devirdiyi keçmiş prezident Viktor Yanukoviç ölkəsindən getməli olub və Rusiya dövləti onun mühafizəsini təşkil edib. Viktor Yanukoviçə qarşı cinayət işi açılmışdı.

Son seçkilərdə qalib gələn Vladimir Zelenski prezident seçildikdən az sonra sələfi Pyotr Poroşenkoya cinayət işi açılıb. O, ötən il noyabrın 25-də Kerç boğazında ölkənin hərbi donanmasına məxsus katerlərin Rusiya hərbi gəmilərinin hücumuna məruz qalması işi üzrə ittiham olunur.

Slobodan Miloseviç ile ilgili görsel sonucu

Həbs olunan prezidentlər arasında Serbiyanın ilk prezidenti Slobodan Miloşeviçin nümunəsi ən çox səs-küy qoparan epizodlardan sayılır. 2001-ci ildə növbəti prezident seçkilərini uduzan Miloşeviç hərbi cinayətlər və korrupsiya ittihamı ilə məsuliyyətə cəlb olunmuşdu. Eks-prezident keçmiş Yuqoslaviya üçün yaradılmış Beynəlxalq Tribunala verilmişdi. Miloşeviç üzərində məhkəmə işi bir neçə il davam etmişdi. Sabiq prezidentin səhhətində yaradılan problemlərə görə məhkəmə 22 dəfə fasilə verməli olmuşdu. 2006-cı ilin martında Slobodan Miloşeviç Haaqa Tribunalının həbsxanasında ürək tutmasından vəfat etmişdi.

Hüsnü MübarÉk ile ilgili görsel sonucu

2011-ci ildə “Ərəb baharı”nın dalğası Misiri də sarmışdı. 1981-ci ildən ölkəyə rəhbərlik edən Hüsnü Mübarək inqilab zaman nümayişçilərə atəş açılmasına göstəriş verməsi ittihamı ilə ömürlük həbs cəzası almışdı. 2015-ci ildə bu ittihamlara korrupsiya və s. qanun pozuntuları da əlavə edilmişdi. Lakin onun yaşı və həbsxanada keçirdiyi müddət nəzərə alınaraq keçmiş prezident azad olunmuşdu.

O, mühakimə olunduğu zaman prezident səlahiyyətlərini icra edən Məhəmməd Mursi özü də həbsxanaya düşmüşdü. Hərbi çevriliş nəticəsində devrilən Mursi Qətərə casusluqda ittiham edilirdi. Mursi ölüm cəzası almışdı, sonra cəzası ömürlük həbslə əvəzlənmişdi. Amma bu günlərdə məhkəmə zalında dünyasını dəyişdi.

Mursi ile ilgili görsel sonucu

1979-2003-cü illərdə İraqa rəhbərlik edən Səddam Hüseyn də ABŞ-ın müdaxiləsindən sonra məsuliyyətə cəlb olunub. Hakimiyyət illərində törətdiyi cinayətlərə görə keçmiş liderə edam cəzası çıxarılmışdı. 2006-cı ildə həmin hökm icra olunmuşdu.

Braziliyanın keçmiş prezidenti Lula ölkənin ən böyük neft-qaz şirkəti “Petrobras”la bağlı korrupsiya işinə görə 12 illik həbs cəzası çəkir.

Cənubi Koreyanın keçmiş prezident Pak Kın Xe (2013-2017) də məhkəmə qarşısına çıxıb. 2017-ci ilin martında korrupsiya qalmaqalı ilə bağlı ona impiçment elan olunmuşdu. 2018-ci ilin aprelində isə vəzifə səlahiyyətlərini aşma, korrupsiya, dövlət sirrini yayma və s. ittihamlar əsasında Pak Kın Xeyə 24 il həbs cəzası verilib.

2007-ci ildə Perunun keçmiş prezidenti Alberto Fuximori Çilidən ekstradisiya olunmuşdu. Prokurorluq onu prezidentliyi dönəmində qanunsuz dinləmələrdə, korrupsiyada və “ölüm eskadronların”da ittiham edirdi. Hazırda həbsdədir.

Panamanın keçmiş hərbi diktatoru Manuel Noryeqa 2010-cu ildə Parisə ekstradisiya olunmuşdu. O, çirkli pulların yuyulmasında və Parisdə qanunsuz maliyyə əməliyyatlarında iştirak etməkdə təqsirləndirilib.

Azərbaycana gəlincə, 1990-cı ilin yanvarında sovet qoşunları Bakıda xalqın qanını tökəndən sonra ovaxtkı ölkə rəhbəri Əbdürrəhman Vəzirov gizli şəkildə Bakıdan Moskvaya qaçırılıb. Çünki qəzəbli azərbaycanlılar onu ələ keçirib öldürə bilərdilər. Keçmiş prezident Ayaz Mütəllibov da 1992-ci ilin mart və may aylarında ona qızğın olan kütlənin əlinə keçməmək üçün ortaya çıxmayıb.

Liviyanın devrilmiş lideri Müəmmar Qəzzafinin 2011-ci il oktyabrın 20-də öldürülməsi hələ də yaddaşlardan silinməyib.

Keçmiş Rumıniya lideri Nokolay Çauşeski də hakimiyyətdən qiyam yolu ilə devrildikdən sonra həyat yoldaşı ilə birlikdə üsyançılar tərəfindən güllələnib. Çauşeskilər Buxarestdəki hərbi qəbiristanlıqda dəfn olunublar. (Müsavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam