MOSKVA PAŞİNYANIN TUTDURMAQ İSTƏDİYİ OLİQARXI NİYƏ TƏHVİL VERMİR? –"Banan Miqran" Rusiyanın gizlətdiyi 3-cü "açar" fiqur sayılır - TƏHLİL
Aram Amatuni
“1in.am”, Ermənistan, 30 may 2019-cu il
Ermənistan mətbuatında belə informasiya yayılıb ki, Rusiyada Məhkəmə Qərarlarının Məcburi İcrası Xidmətinin (MQMİX) sabiq rəisi Miqran Poqosyan haqqında qətimkan tədbiri dəyişdirilib və saxlanılan Poqosyan indi ev dustağıdır.
Yenixeber.org: Ermənistan Baş Prokurorluğu məlumat verib ki, hazırda rus həmkarlarından informasiya almağa çalışırlar.
Əvvəllər “Jamanak” qəzeti xəbər vermişdi ki, Moskva Poqosyanın “siyasi sığınacaq” verilməsi barədə etdiyi müraciəti təmin etməyə meyllidir.
Miqran Poqosyanla bağlı nə baş verir? O, Rusiyanın hamiliyi ilə erməni ədalət məhkəməsindən qaçan Ermənistanın keçmiş sisteminin üçüncü məmuru olacaqmı?
Məlumdur ki, sabiq Müdafiə naziri Mikael Arutyunyan və sübutların məhv edilməsində ittiham edilən “1 mart işi”üzrə istintaq qrupunun sabiq rəhbəri Vaahn Arutyunyan indiyədək orada gizləniblər.
Maraqlıdır, Moskva, Rusiyaya gəlib çıxa bilənləri müdafiə etmək haqqında qərarı hansı prinsipə əsasən verir?Yoxsa kimi müdafiə etmək haqqında qərar verirsə, onu Rusiyaya gətirir?
Və burada, əlbəttə, durumla bağlı iki həlledici an, sual, şərt yaranır.
Biri odur ki, bu adamlar öz müdafiələri üçün Rusiyaya “haqq ödəyirlərmi”? Nəticədə, şübhəsizdir ki, burada başlıca problem bu illər ərzində Ermənistanda mənimsənilən resursların geri qaytarılmasıdır.
Əlbəttə, 10 insanın ölümü ilə əlaqədar olan “1 mart işi” ilə bağlı bir istisna vardır. Öz növbəsində, siyasi “cəngavər”və Ermənistanın suverenliyi problemi mövcuddur. Lakin bununla yanaşı, deyək ki, Miqran Poqosyanla bağlı yüz milyonlarla dollarlıq məşhur ofşor qalmaqalı tarixçəsi də var.
Eyni zamanda, köhnə sistemin xarakteri və məntiqindən çıxış etsək, belə nəticə çıxara bilərik ki, burada söhbət, necə deyərlər, şərti olaraq “bir adam”ın, xüsusilə etibarlı və mümkündür, zəif birinin adı ilə adlandırılan zəncirin kollektiv pullarından gedir.
Beləliklə, Moskva onu Rusiyada gizlətməklə, praktiki olaraq, Ermənistanın keçmiş sisteminin kollektiv resurslarının əhəmiyyətli hissəsini öz əlinə keçirir. “Açar” da Miqran Poqosyandır.
Mikael Arutyunyan və Vaahn Arutyunyanın əlində necə toplayıcı “açar”ların olması isə artıq başqa söhbətin mövzusudur. Başqa sözlə, Rusiya özünün Ermənistan “açar”larını toplayır. Bu da həlledici ikinci andır.
“Açar”lar Ermənistanın əlindənmi, yoxsa buradan getmək üçünmü alınır? Onlar artıq Ermənistanda Rusiya üçün bu “açar”ların aid olduğu kilidlərin dəyişdirildiyi hər hansı bir “qapı”nı açmaq iqtidarında deyildilər? Yoxsa onlar Ermənistanın yeni rəhbərliyinin və onu dəstəkləyən cəmiyyətin gələcəyə hər hansı bir qapı aça bilməməsi üçün yığılır?
Əslində, Rusiya belə himayəçilik etməklə, praktiki olaraq, Ermənistanın yeni hakimiyyətinə qarşı deyil, cəmiyyətin bu hakimiyyəti dəstəkləyən əksəriyyətinə qarşı gedir. Görəsən, bu addımların təsirlərinə və ya nəticələrinə görə Moskva özünə hesabat verirmi?Tərcümə: Strateq.az