Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PARİSİ DAĞIDAN “DİVLƏR”… –“Bütün meqopolisləri eyni tale gözləyir”

Paris-2

Dahi Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” əsərində Parisi partladan “divlər” deyəsən bu gün də Fransa paytaxtından əl çəkmək fikrində deyillər. 

Yenixeber.org: Tarixdə böyük inqilabların beşiyi olan Paris artıq xeyli müddətdir ki, gah “sarı jiletlilərin”, gah da solçu ekstremistlərin girovuna çevrilir. Makron hökuməti isə öz acizliyini və bacarıqsızlığını hər ötən gün daha çox biruzə verməkdədir.

                                 Dünyanın 3-cü ən bahalı şəhəri

 Fransanın “Le Figaro” dərgisində məşhur publisist Erik Zemmurun son zamanlar Parisdə baş verənlərə işıq salan maraqlı məqaləsi dərc olunub. Fransalı publisist öz yazısında bildirir ki, artıq Parisi fransız şəhəri adlandırmaq olmaz: “Bir zamanlar Fransa cəmiyyətinin bütün sosial təbəqələrinin bərabər və sülh şəraitində yaşadığı Paris boqema (kübar həyat tərzi sürənlər-red.) və immiqrantlar şəhərinə çevrilib. Dünyanın ən bahalı şəhərlərindən birinə çevrilən Parisdə adi insanların yaşaması mümkünsüz olub…” Müəllif hesab edir ki, məhz bu səbəbdən artıq Parisdən qovulmuş fəhlə sinfi heç bir təəssüf hissi keçirmədən şəhəri dağıdır.

Qeyd edək ki, son reytinqlərə görə Fransa paytaxtı Sinqapur və Honkonqdan sonradünyanın 3-cü ən bahalı şəhəri hesab edilir. Və bu hesablamalarda təkcə daşınmaz əmlak deyil, ərzaq, yanacaq, kommunal xidmətlər və s. qiymətləri nəzərə alınıb. Bu reytinq bir neçə gün əvvəl – solçu ekstremistlərin Parisdə törətdikləri yanğın və dağıntılardan dərhal sonra dərc edildi.

Həmin nümayişlərə daha çox adi fəhlə sinfini, həmkarlar ittifaqlarını təmsil edən “sarı jiletlilər” kütləvi şəkildə qoşulmasalar da, bu aksiyaların əleyhinə də olmadılar. Erik Zemmur bunu təsadüfi saymır: “Bir zamanlar Paris inqilablar yaradan şəhər idi, indi isə o özü inqilabın qurbanına çevrilir”. Müəllif 19-cu əsrdən başlayaraq, burjuaziyanın fəhlə sinfi ilə eyni ərazidə, eyni binalarda yaşamaq istəmədiyini xatırladır: “Biz bu gün burjuaziyanın fəhlə sinfi ilə yaşamaq istəməməsi tarixinin finalını yaşayırıq. Fəhlə sinfi Parisin bütün hissələrindən, hətta şərqindən də qovuldu. Onun yerinə isə boqema və immiqrantlar yerləşdi – ən zənginlər və ən kasıblar…”

                                “Bütün meqopolisləri eyni tale gözləyir…”

eric-zemmour-

E.Zemmur hesab edir ki, “sarı jiletlilər”in aksiyaları başda olmaqla, bütün bu tip hərəkatların başında böyük meqopolislərin mərkəzlərinin fəhlə sinfi və qismən də orta təbəqə tərəfindən “geri qaytarılması” istəyi durur: “Bu baxımdan bütün meqopolisləri eyni tale gözləyir. Bütün maliyyə axınları meqopolislərə yönəldilir. Onların mərkəzlərində isə yalnız varlılar və onların qulluqçuları məskunlaşır”.

Sosial ədalətsizliyin Fransa paytaxtını təlatümlərə qərq etdiyini vurğulayan müəllif hesab edir ki, bu proses yoluxucudur və əksər iri şəhərlər, paytaxtlar bununla mütləq üzləşəcəklər. Parisin isə spesfik xüsusiyyəti odur ki, bir zamanlar dünyada ən mərkəzləşmiş milli dövlətin paytaxtı olan bu şəhər, artıq “şəhər-dünya” statusu daşıyır. Buna görə də, E.Zemmur adi fransızların Parisi artıq fransız şəhəri saymadıqlarını və bunun üçün rahatlıqla, heç bir təəssüf hissi keçirmədən onu dağıtmağa çalışdıqlarını bildirir. Sonda müəllif maraqlı qənaətə gəlir: “Min illər ərzində Paris Fransanı yaratdı. İndi isə Fransa heç bir təəssüf hissi keçirmədən onu dağıdır…”

Bakını Parislə müqayisə etmək istəməsək də, məşhur publisistin bu məqaləsi kifayət qədər ibrətamiz görünür və onu aşılayır ki, sosial ədalətsizlik, kəskin sosial təbəqləşmə,varlıların həddindən artıq varlanması, kasıbların isə daha da acınacaqlı duruma salınması sonda insanların bir zamanlar sevib, vəsf etdikləri gözəl şəhərlərini belə “uf demədən” dağıdacaq duruma gətirir…(azpolitika)

Cəlal Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam