Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

İşsiz qalan keçmiş icra başçıları –Mənimsəmə, milyonlar, qohum biznesi… (FOTOLAR)

İyul ayının rəsmi rəqəmlərinə görə ölkədə 36.6 min nəfər işsiz var.

Yenixeber.org: Yəqin ki, həmin 36.6 min işsız arasında 2018-ci il başlanandan həyata keçirilən islahatlar nəticəsində kreslosunu itirmiş icra hakimləri də yer alır. Təbii ki, onların qanuna zidd olduğu halda qurduqları biznes şəbəkələrinə sahiblik etdiklərini saymasaq…

Əvvəlcə, 17 may tarixində Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərov Prezidenti İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edildi.

X.İsgəndərovdan cəmi bir gün sonra, 18 may tarixində həmkarı, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov vəzifəsindən kənarlaşdırıldı.

İyunun 11-də isə Ramiz Yediyarov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Sabiq başçı bundan sonra heç yerə təyinat almadığı kimi, boş qalan postuna da təyin edilən olmayıb.

Ramiz Yediyarov ile ilgili görsel sonucu

6 iyun tarixində Ağdam rayon icra başçısı Raqub Məmmədov, bir gün sonra, 7 iyun tarixində isə Tovuz rayon icra başçısı Tofiq Zeynalov vəzifəsindən uzaqlaşdırıldı.

Beləliklə, 11 aprel prezident seçkilərindən sonra hökumətin tərkibində gözlənilən dəyişikliklər nəticəsində 6 İcra başçısı işindən uzaqlaşdırılıb. Həmin icra başçılarını kreslonu əldən vermələrinə elə öz əməlləri təkan verib. Onlardan hər birinin yarıtmaz idarıçiliyi barədə mətbuatda dəfələrlə yazılıb.

Belə ki, Xaləddin İsgəndərovun  2015-ci ildə  Binəqədi rayonu Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasının yanması nəticəsində 15 nəfər dünyasını dəyişməsindən sonra onun vəzifəsindən uzaqlaşdırılacağı gözlənilirdi.

Sabiq icra başçısının fəaliyyəti dövründə Binəqədi rayonu nə qədər “Təmiz” adlandırılmağa çalışılsa da, yenə də bir çox nöqsanlar özünü göstərib. İsgədərovun adı əhalinin asudə vaxtı üçün salınmış parkı bir İsmayıl adlı bir sahibkara satması ilə hallanıb.

Yerli mətbuatda yazılıb ki, Binəqədi rayonu 8 mkr ərazisində yerləşən “Qızıl gül” restoranının yanındakı yaşıllığı məhv edib, 300 min AZN-ə yeni bir yaşayış binasının tikintisi üçün satılıb.

Həmçinin, Binəqədi rayonunda yol infrastruktur layihələrinin həyata keçirilməsi zamanı böyük miqdarda yeyintilərin olduğu iddia edilib. Xaləddin İsgəndərovun vəzifəsini icra etməyə başladığı gündən Binəqədi yollarında tikinti işləri aparılır. Ancaq keçən illər ərzində hələ ki avtomobil yolu hazır olmayıb. Yəqin ki, Bakının ən problemli avtomobil yolları Binəqədi rayonu ərazisində yerləşir.

İddia edilirdi ki, Azərbaycanın Yesuntikisi, tibbi turizmin inkişafına dəstək ola biləcək bölgəsi Naftalan şəhərinin icra başçısı Natiq Aslanov da şəhəri inkişaf etdirmək əvəzinə, öz cibini doldurmağa xidmət edirdi. Yerli mətbuat həmin dövrlərdə yazıb ki, sabiq icra başçısı şəhərin avtovağzalını satın alıb, yerinə 30-40 milyon manatlıq sanatoriya tikdirib. Şəhərin bütün turizm qüvvəsini ələ alıb və bütün müalicəvi palçıq-neft vannaları təklif edən obyektlərə nəzarət edib.

Gədəbəyin keçmiş icra başçısı da vəzifədə olduğu dövrdə boş dayanmamışdı. İddialara görə, o, daha çox sabiq Vergilər Naziri Fazil Məmmədovun arzularını yerinə yetirib, çünki özü də bir vaxtlar Vergilər Nazirliyində yüksək vəzifə tutub. Ramiz Yediyarov vəzifəyə təyinat aldığı ilk günlərdən başlayaraq patronu – Fazil Məmmədovun gözünə xoş görünən torpaq sahələrini, xüsusilə perspektivli əraziləri ələ keçirmək üçün fəaliyyət göstərib. Bu sırada Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazi də var. Geniş meşə massivi olan ərazidə vaxtilə sakinlər istirahət edib.

Yediyarovun və Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun “yüngül əli” ilə  “Yastı meşəsi” adlanan istirahət zonası da F.Məmmədovun saysız-hesabsız obyektlərindən birinə çevrilib.

Cəbhə xəttində yerləşən və razisinin hələ də yarıdan çoxu işğal altında olan Ağdam rayonunun keçmiş icra başçısı rayonun bu vəziyyətindən yaxşıca istifadə edirdi. Sabiq başçı rayonun məcburi köçkünlər yaşayan Quzanlı kəndində “Daş evlərin” təmiri üçün büdcədən 11500 vəsait ayrılmasına nail olub. Eyni zamanda Əhmədağalı kəndində abidənin təmir işləri üçün 49331 manat ayrılıb. Ancaq çox cüzi kosmetik işlərdən başqa ciddi təmir həyata keçirilməyib. Həmçinin, böyük miqdarda pullar hesabına başa gələn kəndlərarası yolların da böyük hissəsi yağış yağandan sonra yararsız hala düşürdü.

Tovuz rayonun sabiq icra başçısı Tofiq Zeynalov isə qohumları ilə birgə rayonu istədiyi kimi idarə edirdi. Onun birinci müavini öz qudası idi. Tovuz rayonunda da yolların bərpası icra başçısı üçün əsl gəlir yeridir. Artıq 3 il idi ki, hər dəfə Tovuz şəhərinin yolları “bərpa” edilirdi, kəndlərdə yol infasturkturu isə öz acınacaqlı vəziyyətini saxlayırdı.

İşsiz qalan keçmiş icra başçıları – Mənimsəmə, milyonlar, qohum biznesi… (FOTOLAR)

İyul ayının rəsmi rəqəmlərinə görə ölkədə 36.6 min nəfər işsiz var.

Yəqin ki, həmin 36.6 min işsız arasında 2018-ci il başlanandan həyata keçirilən islahatlar nəticəsində kreslosunu itirmiş icra hakimləri də yer alır. Təbii ki, onların qanuna zidd olduğu halda qurduqları biznes şəbəkələrinə sahiblik etdiklərini saymasaq…

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam