Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

DÜNYANIN ƏN GÜCLÜ VƏ ZƏİF PASPORTLARI–Hansı dövlətin sənədi ilə dünyanı rahat gəzmək olar?


 

Yayda  əksəriyyətimiz tətil haqqında düşünməyə başlayırıq.

Yenixeber.org: Amma vizaya müraciət etmək və lazimı sənədləri toplamaq ideyası heç də ürəkaçan deyil. Pasportunuzun “gücü” isə böyük fərq yarada bilər. Heç vizasız səyahətə imkan verən pasportlar arasında pasportunuzun hansı yerdə gəldiyi sizə maraqlı olubmu?

Bu pasportlar vətəndaşlara vizasız (və ya sərhəddə viza alaraq) səyahət imkanı yaradır.

İlk üçlük

“Henley and Partners” adlı vətəndaşlıq məsləhətçi şirkətinin son indeksinə əsasən, qlobal sıralamada Yaponiya Sinqapurun ən güclü pasport statusunu əlindən alıb.

Artıq Yaponiya pasportu ilə dünya üzrə 189 ölkəyə vizasız və ya sərhəddə viza almaqla səyahət etmək mümkündür. Sıralamadakı ikinci yeri Sinqapur və Almaniya bölüşürlər ki, bu ölkələrin vətəndaşları da 188 ölkəyə rahat səyahət edə bilərlər.

Üçüncü yeri isə 187 ölkəyə sadəcə pasportu təqdim edərək daxil olmaq şansı yaradan 6 ölkə tutur: Cənubi Koreya, Finlandiya, Fransa, İtaliya, İspaniya və İsveç.

İnkişaf edən ölkələr

Şengen Ərazisi ölkələrini (Avropa İttifaqında insanların azad səyahətinə görə) siyahının ilk yerlərində görməmək təəccüblü olmasa da, iki Asiya ölkəsinin indeksin yuxarısında görmək qeyri-adidir. Son illərdə güclü diplomatik münasibətlər və artan beynəlxalq ticarət səbəbi ilə müxtəlif Asiya dövlətlərinin pasport statusu yaxşılaşıb.

“Henley and Partners”-ə görə, tək 2018-ci ildə səkkiz yeni ölkəyə vizasız səyahət imkanı alan BƏƏ qlobal cəhdlərə görə aparıcı yerdə gəlir. Lakin bu ilin ən sürətlə inkişaf edən pasportu Ukraynaya məxsusdur. Belə ki, vətəndaşları 128 ölkəyə vizasız gedə bilərlər. Ukrayna ardınca Gürcüstan və Çin gəlir.

 

Bəs ABŞ-ın səyahət qadağası və Birləşmiş Krallığın Brexit-i necə?

Prezident Trampın müxtəlif, əsasən müsəlman ölkələrinə qarşı qoyduğu səyahət qadağasının ardından Birləşmiş Ştatlarda pasport və viza tələbləri barədə geniş müzakirələr başlamışdı. Bununla belə, Birləşmiş Ştatlar 186 ölkəyə vizasız giriş imkanı yaratmaqla bir pillə yuxarı qalxaraq ən güclü pasportlar siyahısında dördüncü yerə çıxıb.

Birləşmiş Krallıq Avropa İttifaqından rəsmi olaraq 2019-cu ilin martında ayrılmalıdır, lakin ölkənin qlobal pasport siyahısındakı yeri keçən il ilə eynidir: dördüncü yer.

Çin sərhədlərini açır

Hətta Çin də azad səyahət hərəkatına qoşulub. Bu kommunist ölkəsi ənənəvi olaraq bağlı dövlət kimi tanınırdı. Amma bu il 17 pillə irəliləyərək 68-ci yerə yüksəlib. Belə ki, Çin pasportuna sahib insanlar 70 ölkəyə vizasız səyahət edə bilərlər. Bu yaxınlarda Çin, diplomatik əlaqəsi olduğu 59 ölkədən turistlərə məşhur Hainan əyalətinə bir aylıq vizasız giriş imkanı yaradıb. Məqsəd əyalətin iqtisadiyyatını xarici sərmayəçilərə açaraq inkişaf etdirməkdir.

Afrika ən dramatik enmə yaşayıb

Afrika bütün qitələr içərisində ən böyük enmə yaşayan qitə olub. Belə ki, geriləyən 27 ölkədən 19-u Afrikada yerləşir. Ötən bir neçə ildə dəniz vasitəsilə qitədən miqrasiya etməyə cəhd edən insanların sayı artıb.

Ən pis göstəricilər

Somali, Suriya, Əfqanıstan və İraq siyahıda ən aşağı yerləri tuturlar. Bu ölkələrin vətəndaşları 33 və ya daha az dövlətə vizasız daxil ola bilərlər. Həmin ölkələr son zamanlar şiddətli və dağıdıcı münaqişələrə şahid olub. Bəziləri isə hələ də davam edir. (BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam