Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

“DEMOKRATİYA ZÜLMƏTDƏ ÖLÜR” –MKİ-də yeni təyinata "Washington Post"dan bədbin rəy

Oygen Skott

“Washington Post”

 

Dövlət katibi Rex Tillersonun istefası ilə bağlı bütün rəylərdə prezident Tramp və onun surroqatları əsas səbəbi təkzib etmək üçün bu bəhanədən istifadə edirlər ki, administrasiyadakı təsirli mövqelərdə çox sayda qadın yoxdur.

Yenixeber.org: “MKİ direktoru Mayk Pompeo yeni dövlət katibi olacaq. O, fantastik iş görəcək! Reks Tillersona göstərdiyi xidmət üçün təşəkkür edirik! Cina Haspel MKİ-nin yeni direktoru və bu vəzifəyə təyin olunan ilk qadın olacaq. Hər kəsi təbrik edirəm", – deyə Tramp “tweet” atmışdı.

Bəlkə də Tramp üçün son təyinat xüsusi əhəmiyyətə malik tarixi andır, çünki onun administrasiyasında bu çox nadir haldır; Tramp administrasiyası yaxın tarixdə ən çox kişi rəsmisi olan administrasiyalardan biri adlandırılıb.

Administrasiyada üst səviyyəli vəzifələrin 80 faizini kişilər tutur. Yəni son təqribən 25 ildə Tramp ən çox kişinin təmsil olunduğu federal hökumətə sahibdir.

Martın 13-də o, jurnalistlərə verdiyi açıqlamada deyib: "Mən və kabinəm istədiyim digər şeylərə çox yaxın nöqtədəyik".

Pompeonun yerinə Haspeli təyin etməsi Trampın uğurlu bir kişini qadınla əvəz etməsinə dair ilk hal deyildi.

Ağ Evin sabiq mətbuat katibi Şon Spayser istefa verərkən, Sara Hukabi Sanders onu əvəz etdi. Entoni Skramuççini (qısa müddətli işindən sonra) Ağ Evin kommunikasiya müdiri Houp Hiks əvəzlədi.

Amma administrasiyada kişilər üçün nəzərdə tutulan çox sayda, – rekord sayda, – vəzifə kürsüləri boşaldıqdan sonra bu kürsüləri digər kişilər tutub və ya boş yer vakant saxlanılıb.

Bəzi mühafizəkarlara, işəgötürənlərin müxtəlifliyini qəbul etməyən liberallara – Tramp tənqidçilərinə hücum etmək üçün Haspelin namizədlik tarixçəsini gözə soxurlar.

Lakin liberalların Haspelin namizədliyini qadın olduğuna görə alqışlayacağı gözləntisi – sadəcə hökumətin yüksək vəzifələrində daha çox qadının təmsil edilməsi xətrinə – yanlış anlayışı əks etdirir.

Liberallar sadəcə rəhbərlikdə daha çox qadın görmək istəmirlər. Onlar – Tramp administrasiyasının tənqidçiləri liberal dəyərləri olan qadınlar istəyirlər, Haspel isə belələrindən biri deyil.

Haspelin seçimi agentliyin (MKİ) ən qaranlıq səhifələrində görkəmli roluna görə bəzi qanunvericilər və insan haqları qruplarının ani müxalifəti ilə üzləşib.

Cina Haspel MKİ-nin "qara məkanlardakı" həbsxanalarından birinə məsul idi; məhbusların “suda boğulma”ya məruz qalması və digər istintaq tədbirləri işgəncə kimi geniş şəkildə qınanıb.

Bu metodlar ifşa edildikdə və onların qanuniliyi araşdırıldıqda, Haspel də, bəzi məhbusları fiziki ölümün astanasına gətirmiş istintaq seanslarına dair videoyazıları məhv etmək qərarı ilə ittiham edilən MKİ rəsmilərindən ibarət qrupa daxil idi.

Senatda təsdiqləmə dinləmələri zamanı bu məsələlərin əsas suallara çevriləcəyi şəksizdir, çünki həm respublikaçı, həm də demokrat senatorlar onun MKİ-nin istintaq və həbs proqramında roluna aid sorğulara cavab verməsini istəyirlər. Hapelin cinsi onlar üçün maraqlı deyil.

Ancaq vəzifəyə təsdiqlənməkdən ötrü ona yalnız 51 “lehinə” lazım olduğunu nəzərə alaraq, Haspel, ehtimal ki, mövqeyini saxlamaq üçün lazımi səsləri alacaq.

Lakin onun təsdiqlənməsi Tramp administrasiyasının tənqidçilərini prezidentin administrasiyasında qadınların yüksək mövqeyinə malik olduğuna inandırmaq üçün dəlilə çevrilməyəcək. Bu, yalnız Trampın insan haqlarını ciddiyə almadığına dair daha çox ittihamlara səbəb olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam