Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

SABİQ KONSUL MƏNSİMOV – GÜLƏN ƏLAQƏLƏRİNİ AÇDI! –“Elnur Aslanova da maddi dəstək verirdi”

 

226272_res_01Azərbaycanın İstanbuldakı keçmiş konsulu (2010-2015) Həsən Zeynalovun “Diplomatın həyat yolu” adlı kitabı çapdan çıxıb və orada “Palmali” şirkətinin sahibi Mübariz Mənsimovun Türkiyədə “1 nömrəli terrorçu” kimi tanınan Fətullah Gülənlə cinayətkar əlaqələrinə dair maraqlı faktlar yer alır. Kitabdan seçmələri “Yeni Müsavat” qəzeti dərc edib.

Yenixeber.org: Keçmiş konsul yazır:  ““Camaata” yaxınlığı ilə bilinən və 1998-ci ildə Türkiyədə qurulmuş “Palmali” şirkətinə rəhbərlik edən Mübariz Mənsimov geniş imkanları sayəsində 2010-cu ilədək İstanbuldakı Baş Konsulluğu öz təsirində altında tutaraq, qanunsuz məqsədlərini həyata keçirirdi. Belə ki, şəxsi mənafeləri üçün Baş Konsulluqda istədiyi sənədləri saxtalaşdırır, eləcə də maliyyə fırıldaqlarını ört-basdır etmək üçün Baş Konsulluğun imkan və imtiyazlarından qanunsuz istifadə edirdi. Hətta həmin dövrlərdə rəsmiləşdirilmiş saxta sənədlər 2013-2016-cı illər Azərbaycanda və Türkiyədə məhkəmı mübahisələrinin obyektinə çevrilir (aşkar olunduğu 2014-2015-ci illərdə bu hallar barədə Prezident Administrasiyasına, XİN-ə və hüquq-mühafizə orqanlarına məlumat verilib).

226273_src

Həsən Zeynalov yazır ki, “qənaətbəxş” xidmətlərinə görə Baş Konsulluğun o dövrkü və keçmiş əməkdaşları daşınar və daşınmaz əmlakla, şirkətdə yüksək vəzifələrlə mükafatlandırılırdı. 2010-cu ilin sonlarından etibarən Baş Konsulluğa təsir imkanlarının keçərli olmadığını görən Mübariz Mənsimov 2011-ci ildə təsis olunan “SOCAR Türkey” şirkəti ilə əməkdaşlığı gücləndirir. Bunun üçün isə kifayət qədər münbit şərait olur.

“Belə ki, “SOCAR Türkey”in idarəediciləri o zamanlar Türkiyə hökumətində mühüm vəzifələr tutmuş FETÖ-çülərin səyləri ilə əsasən Türkiyə və Azərbaycanda fəaliyyət göstərən “Camaat”dan formalaşdırılır. Belə ki, şirkətin başına Türkiyədən Kenan Yavuz, 1-ci müavin vəzifəsinə Azərbaycandan Samir Kərimov, eləcə də bir çox aparıcı vəzifələrə digər əqidədaşları gətirilir. 2016-cı ildə ifşa olunan bu şəbəkənin üzvləri ARDNŞ rəhbərliyi tərəfindən ““SOCAR Türkey”dən uzaqlaşdırılır»-Həsən Zeynalov kitabında yazır.

1470399038_gulennnnnnnnnn

Keçmiş konsulun bildirdiyinə görə “Ərəb baharı”nın Yaxın Şərqə qədər gəlib çıxdığı 2011-ci ildə Elnur Aslanov və Fərhad Məmmədov “Palmali” şirkətinin maddi dəstəyi və Azərbaycanın Ankaradakı səfirliyinin iştirakı ilə“Caucasus İnternational” adlı jurnalın Türkiyədə nəşrini həyata keçirirlər. Jurnalın fəaliyyətinə nəzarət edən əsas fiqur isə Elnur Aslanov idi.

1498209184_elnur-aslanov

“Caucasus İnternational” jurnalı ətrafındakı proseslər əslində Azərbaycanın mədəni, sosial və siyasi həyatına daxil olmağa çalışan bu insanların fəaliyyətinin ciddi və həlledici məqamlarından idi. Jurnalın nəşri və satışı üçün məsul şəxs, eləcə də məsul katibi kimi Ural Aküzüm təyin edilir. (Sonradan məlum olur ki, bu şəxs “Soros” kurslarında təhsil alıb.) Kadir Has Universitetinin rektoru Mustafa Aydın isə jurnalın məsləhət şurasının üzvü təyin edilir»-kitabda deyilir.

Virtualaz.org saytı əvvəllər Mənsimovun Gülən şəbəkəsi ilə işbirliyinə dair bir neçə dəfə araşdırmalar dərc edib. Məsələn, bir vaxtlar Fətullah Gülənin ən yaxın adamlarından olan və onun “kassiri” hesab edilən türkiyəli iş adamı İhsan Kalkavan azərbaycanlı milyarder, oliqarx, gəmiçilik maqnatı Mübariz Mənsimovla yaxın dostluq münasibətləri barədə Türkiyə mətbuatında danışmışdı.

1494797159_jkj

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam