Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Azərbaycan Texnologiya Universitetinin rektorunun yeni oyunları:ixtisarlar belə aparılır

 

 

 

 

Universitetdə "CINDIR" ləqəbi ilə tanınan kafedra müdiri olan bir şəxs və “Qaloş” ləqəbli dekan rektora bəy tərifi deyənləridir.

Yenixeber.org: Sayqılı oxucularımıza məlum olduğu kimi, “yenixeber.org”da Azərbaycan Texnologiya Universitetində yaşanan özbaşınalıqlarala bağlı silsilə yazılara yer vermişik. Bu yazılarda yer alan iddialarla bağlı qarşı tərəf olaraq universitet rəhbərliyinin, adları hallanan tərəflərin mövqeyini öyrənmək istiqamətindəki cəhdlərimiz isə nəticəsiz olub. Hətta rəsmi sorğumuz da, məlum qanunlara sayqısızlıqla cavabsız qalıb. İndi isə bu təhsil müəssisəsinin rəhbərliyinin yumşaq desək qanunazidd əməlləri ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Aktuallığını nəzərə alıb, yazını xirda düzəlişlə dərc edirik:   

 “Texnologiya Universitetinin rektoru Akif Süleymanovu çirkin əməllərdən uzaqlaşdıra bilmirik ki, bilmirik. Bir neçə ay bundan öncə Texnologiya Universitetinin Elmi Şura məclisində çirkin əməllərlə universitetin MMM və QMT fakültələrinin sabiq dekanı dosent Həsən Musa oğlu Musayev və dosent Məsim Kazım oğlu Abadov dekanatlığın ad dəyişməsi adı altında tutduqları vəzifədən azad ediblər.

Rektor Universitetdə fakültələrin və şöbələrin adlarını dəyişməklə məşğuldur. 2017 ci il sentyabr ayının 13-də Universitetdə Elmi Şura keçirən rektor Akif Süleymanov, bir neçə şöbələrin adını dəyişərək, işçiləri kütləvi olaraq işdən kənarlaşdırmaq istəyir bu da yeni hiyləgərlik.

Universitetin "Kitabxana və Nəşriyyat Mərkəzini"," İdman Mərkəzini", "İnformatika və Texnologiya", "Daxili xidmət", "Hərbi uçot" şöbəsinin adını dəyişir, hətta İdman Mərkəzini Universitetin Davamlı İnkişaf şöbəsinə verməyi də gülüncə səbəb olub. Bütün respublika ali məktəblərində İdman yüksək pillələrdə yer alsa da, Texnologiya Universitetində İdman Mərkəzinin heç bir fəaliyyəti olmayan bir şöbəyə verilməsindən görünür ki, Akif Süleymanov ya tədrisi bilmir, ya da cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqəti dəyərləndirmir. Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov Sentyabrın 26-da məzuniyyətə getmək adı altında Universiteti Tədris işlər üzrə prorektor Vüqar İsmayılova tapşıraraq bildirmişdir ki, 2017 ci il 29 Noyabr tarixinə qədər, kütləvi ixtisarla bağlı xəbərnamələri Universitetin texniki işçilərinə tam paylanılsın. Akif Süleymanov "Axırıncı Aşırım" kinosunda Kərbəlayının oyununu oynayır: külli ixtiyari verir “Qəmlo”nun əlinə, Bu Universitetin tədris işləri üzrə prorektoru Qəmlodan geri qalan adam deyil Vüqar İsmayılov da bu Qəmlo kimi "cəlladın, başkəsənin biridir ay bəy".

2017 ci il 27-28-29-30 Sentyabr ayı Azərbaycan Texnologiya Universitetinin "Daxili xidmət şöbəsinin işçilərini, Kitabxana və nəşriyyat şöbəsinin işçilərini, İnformatika, və Texnologiya şöbəsinin işcilərini, İdman Mərkəzinin işçilərini, universitetin daxili mühafizə işçilərini və Hərbi Uçot Şöbəsinin işçilərini İnsan Resursları Şöbəsinə çağıraraq, bildirib ki, ( Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasının 13.09.2017 ci il tarixli 01 saylı protokoluna və 13.09.2017 ci il tarixli 196 №-li əmrinə əsasən) Kitabxana və nəşriyyat şöbəsi, İnformatika, və Texnologiya şöbəsi, idman Mərkəzi, və Hərbi Uçot şöbəsi, Daxili xidmət şöbəsi, mühafizə xidməti, 29.11.2017 ci il tarixindən ləğv ediləcəkdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda bu məcəllənin 70-ci maddəsinin b) bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyanızın icrasından azad edilirsiniz. Rektor vəzifəsini müvəqqəti icra edən: imzasıyla dos. Vüqar İsmayılov.)

Texnologiya Universitetinin Rektoru Akif Süleymanov bilərəkdən bu addımı atır, hiyləgərlik edərək xəstəlik adı altında universitetdə olmadığı vaxt bu işləri həvalə edir Vüqar İsmayılova. Elə ki, iş böyüyür, dövlət səviyyəsinə qalxır on da “mənim xəbərim yoxdur” deyərək aradan asanlıqla çıxır.

Xəbərdarlıq olunan şəxslər isə heç də az deyil:

1. Kitabxana və Nəşriyyat şöbəsinin 27 işçisinə xəbərdarlıq olunub.

2.Daxili Xidmət şöbəsinin 91 işçisinə xəbərdarlıq olunub.

3. İdman mərkəzinin 8 məşqçi müəlliminə xəbərdarlıq olunub.

4.Hərbi Uçot şöbəsinin 4 işçisini xəbərdarlıq olunub.

5.İnformasiya və Texnologiya Şöbəsinin 4 işçisinə xəbərdarlıq olunub.

6.Universitetin Mühafizəsini xidmətinin 13 işçisinə xəbərdarlıq olunub.

Ümumi olaraq, 150-dən artıq universitetin işçisinə xəbərdarlıq olunub. Akif Süleymanovun niyyəti odur ki, yarıdan çoxunun yəni 100 nəfərə yaxın insanı ixtisara salsın.

Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasında qoyulan ixtisarla bağlı məsələyə, yəni bu yuxarıda adları çəkilən şəxslərin ixtisarına öz iş yoldaşları səs verərək qərara alıblar. O şəxslər kimlərdir, Universitetin professor və dosentləridir. O professorlardır ki, 40 ildən artıqdır universitetdə işləyirlər. bütün rektorlara yaltaqlanaraq kreslo kürsülərindən enməyiblər,o şəxslərdir ki onlar bütün rektorlara yaltaqlanınr və o rektorlar işdən azad olunan kimi onların arxasınca xoşagəlməz sözlər danışıblar.

Diqqətinizə çatdıraq ki, 2016 cı ilin dekabr ayında universitetin professoru Cahangir Hacıyevin işdən kənarlaşmağını Elmi Şuraya çıxarılanda həmin şəxslər öz 40 illik iş yoldaşlarının işdən çıxarılmasının lehinə səs vermişdilər, hətta bu yuxarıda adlarını çəkdiyimiz şəxslər sabiq dekan Məsim Abadovun, sabiq dekan Həsən Musayevin, və sabiq dəftərxana müdiri Gülnara Alışovanın, Elmi Şurada onların dekanatlıqlarının və dəftərxana şöbəsinin ləğviylə bağlı lehinə səs vermişdilər. Sabiq Dekanlar Həsən Musayev, Məsim Abadov, və dəftərxana müdirini də işlədikləri dekanatlığın, və şöbənin adını dəyişmək adı altında işdən azar ediblər, bu ad dəyişmə məsələsində səs çoxluğu üstün gəldiyindən məsələ qərara alınır yəni ki, bu professorlar, Elmi Şurada çıxarılan addəyişmə məsələsində böyük rol oynayırlar.

2017 ci ilin sentyabr ayının 13 də yenə Texnologiya Universitetinin ( Hərbi Uçot şöbəsinin birləşdirilməsində, İdiman Mərkəzinin Ləğvində, İnformatika və Texnologiya şöbəsinin adı dəyişirilməyinə, Daxili Xidmət şöbəsinin adı dəyişdirilməyinə, Universitetin Mühafizəsi Xidmətinin adı dəyişirilməyinə, Kitabxana və İnformasiya şöbəsinin adının dəyişirilməyinə elmi şurada səs veriblər.)

Azərbaycan Texnologiya Universitetinin elmi şurasının üzvü olan 4 professor, onlardan üçü kafedra müdri, bu kafedra müdiri olan bir şəxs universitetdə "CINDIR" ləqəbli tanınan və biri “Qaloş” ləqəbli dekan rektora bəy tərifi deyənləridir.O hansı insanlığa, ziyalılığa, kişiliyə yaraşar ki, ayda 130 manat pul alan texniki işçinin, xadiməçinin, fəhlənin, və digər şəxslərin çörəyini kəssin. Bu da universitetin professorları, ziyalıları: ayıbdır vallah.

2018- ci ilin oktyabr ayında Prezident seçkisidir, Azərbaycan Texnologiya Universitetinin rektoru universitetdə ixtisar aparmaqla, dövlətə qarşı çıxır, Sabiq dəftərxana müdiri Alışova Gülnara Gəncə Şəhər Kəpəz Rayonunda "MƏNTƏQƏ" sədri işləyir o, insanın prezident seçkilərində böyük xidmətləri olub.

Texnologiya Universitetinin rektorunun harınlamış şoferi Tağıyev Müzəffər Elxan oğlu, bir neçə gün bundan qabaq İdman Mərkəzinin işçilərini Akif Süleymanovun qəbuluna buraxmayıb. İdman mərkəzinin məşqçi müəllimlərini, Rektor Akif Süleymanov işdən azad edib, bir neçə müəllim Akif Süleymanovun qəbuluna getsədə, onları rektor başının quldur dəstəsilə Universitetin Elmi Şura zalında tək-tək qəbul edəcəyini bildirib.

İdman mərkəzinin müəllimləri buna etiraz etsələrdə, biz birlikdə Akif Süleymanovu görməliyik İdman mərkəzinin kollektivinin sözü var, bizi qəbul etsin rektor, lakin ümumi şöbənin müdiri Mətləb Oqtay oğlu Əliyev onlara bildirib ki, bizə rektor tapşırıq verib ki İdman Mərkəzinin müəllim kollektivini tək-tək qəbul edəcəm. Diqqətinizə çatdıraq ki, Texnologiya Universitetinin Ümumi Şöbəsinin müdiri Mətləb Oqtay oğlu Əliyev 2015 – 2017-ci illərdə Gəncə Şəhər Təhsil İdarəsinin Maliyyə şöbəsinin müdiri olubdur. Mətləb Oqtay oğlu Əliyev Gəncə şəhər Təhsil İdarəsində maliyyə şöbəsinin müdiri olduğu illərdə maliyyə pozğunluğu və küllü miqdarda pul yeyintisi olduğundan tutduğu vəzifədən korrupsiya yolu ilə kənarlaşdırılıb. Mətləb Oqtay oğlu Əliyev hal-hazırda universitetdə iki vəzifəni icra ediri: Audit və Ümumi Şöbə müdiri vəzifəsini. Mətləb Oqtay oğlu Əliyevin çirkin əməllərindən növbəti yazılarımızda-universitetin digər vəzifəli şəxslərinin iç üzlərinin açılmasındakı yazımızda göstərəcəyik.

Ümumi Şöbənin müdiri Mətləb Oqtay oğlu Əliyev özünü Vüsal adlı yaxın dostunu Universitetə Audit vəzifəsinə yəni icra etdiyi iki vəzifəsidən birinin yerinə gətiribdir. Belələrinə nə ad vermək olar “QRABİTEL TUFEYLİ”.

Rektorun şofer”i Tağıyev Müzəffər Elxan oğlu rektorun qəbuluna gedən işçiləri, aldadaraq hər bir işçiyə yalandan vəd verir, rektor Akif Süleymanovun “şofer”i olmaqla həm də cangüdənidir.

Rektor Akif Süleymanovun 20-AA-520 markalı dövlət nişanlı avtomobilinin baqaj hissəsinin altından "GÖZ" muncuğu asılıbdır, maraqlıdır ki, bu avtomobili idarə edən şofer” Müzəffərin, rektor Akif Süleymanovun hansı müsbət insan keyfiyyətli əməlinə göz dəyəcək?

Bəlkədə Akif Süleymanov işarə edir ki, mənim arxamdada göz var. Amma çox güman ki, Universitetin maliyyə büdcəsini ata mülkü kimi xərcləyən rektor Akif Süleymanov çirkab pulları “şofer”i Müzəffərlə birlikdə dövlət nişanlı 20-AA-520 markalı maşınının arxasında gizlədir, ondan yana Akif Süleymanov o maşınının arxasına gizli göz qoyub ki, görüb Universitetin inzibati binasında oturan 1000 manat və 3000 manat alan şəxslərdən mənim çirkin puluma kim göz tikib, ounun gözünü çıxardıb maşının açarına brelok edim. MARAQLIDIR yoldaş Akif Süleymanovun bu gözməsələsi.

                                                         ***

Azərbaycan Texnologiya Universitetinin İdman Mərkəzinin məşqçi müəllimləri "MƏTBUAT" konfransı keçirəcəklər. Universitetin rektorunun “şofer”i Tağıyev Müzəffər Elxan oğlu , Ümumi Şöbənin müdiri Mətləb Oqtay oğlu Əliyev, İnsan Kapitalının İdarəetmə Mərkəzinin direktoru Zaur Cəmaləddin oğlu Əliyev, və digər vəzifəli şəxslərin haqqında "MƏTBUAT" konfransında onların çirkin əməllərindən geniş açıqlama verəcəklər.

Azərbaycan Texnologiya Universitetinin işləyən və işdən azad olunan şəxsləri cənab Prezident İlham Əliyevə müraciətləri olacaqdır, "MƏTBUAT" konfransına müraciət etməklərinin səbəbi budur. Yuxarıda adları çəkilən universitet daxilində özbaşınalıq edən şəxslərin də hər birinin foto şəkilləri mətbuatda işıqlanacaq”.

 

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam