Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ziya Məmmədovun kriminal adamı: Qulam Ələkbərovun Bakıda aşkar qumarxanası –VİDEO

 

Azərbaycanda mütəmadi olaraq dövlət qurumlarında çalışan şəxslər arasında Hacı Məmmədov və ya ona bənzər insanların çıxması adi hala çevrilib.

Yenixeber.org:Məsələ ondadır ki, zaman içində məlum oldu ki, Hacı Məmmədov bu şəbəkənin sadəcə kiçik vintlərindən biridir. Üstəlik, belə cinayətkar dəstələr digər nazirliklərdə də mövcuddur.

Məsələn,  ləğv edilmiş MTN-lə bağlı qalmaqalın üzə çıxması sübut etdi ki, bir zamanlar Hacı Məmmədovu zərərsizləşdirənlərin özü ondan daha betər işlərə qol qoyublar. Ölkənin mili təhlükəsizliyinə cavabdeh olan bir nazirliyin başında oturan generallar nəinki insan oğurlayıb, şantaj edib pul qazanıblar, hətta deputat, icra başçısı, üstəlik, cinayətkar şəbəkə formalaşdırıblar.

Mediada bu günəcən yer alan məlumatlar əsasında cumhuriyyet.az olaraq belə kriminogen məmurlarlardan biri haqda araşdırma apardıq.

                                             Nəqliyyat Nazirliyinin “Hacı Məmmədovu”

Sən demə Hacı Məmmədovun bir tayı da elə keçmiş Nəqliyyat Nazirliyinin içindəymiş.  Araşdırmalar zamanı bəlli olub ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun «sağ əli» sayılan şəxs özünə şəbəkə quraraq, bir sıra qeyri-qanuni işlərə qol qoyub.

Bu Ziya Məmmədovun «sağ əli», həm də «kassiri» kimi ad çıxarmış şəxs Qulam Ələkbərovdur.

Ələkbərovun adı nəinki qeyri-qanuni maliyyə işlərində, hətta adam oğurluğu, şantaj da hallanır. Mənbənin bildirdiyinə görə, bir müddət əvvəl nəqliyyat naziri ilə bağlı vəziyyət pisləşəndə ölkədən qaçan sözügedən şəxsin hazırda Ukraynada olduğu deyilir. Onun qardaşı Misir Ələkbərov isə hazırda Goranboy rayonunda yaşayır və dəfələrlə bir sıra ağır cinayətlərə görə məsuliyyətə cəlb olunsa da, yerli Yol İstismar İdarəsində rəis müavini vəzifəsində çalışırdı. Yalnız ötən ilin oktyabrında DTX tərəfindən keçirilən əməliyyatda qızıl kurqanında qazıntı işləri apardığı zaman həbs edilib.

                                                       İcra başçılarını o seçir?

Mətbuatda yer alan yazılarda göstərilir ki, Qulam Ələkbərov nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olan bütün rayonlarda keçirilən tenderlərə bölüşdürməkdə, habelə icra başçısı təyin etmək səlahiyyətlərinə malikdir. “İddialara görə, Ələkbərov aşağıdakı icra başçılarının təyinatında müstəsna xidməti olub. Daha doğrusu, Ziya Məmmədova bu şəxsləri o təqdim edib:

– Rauf Həbibov: Qubanın sabiq icra başçısı;
– Yaşar Məmmədov: Qubanın hazırkı icra başçısı;
– Mübariz Ağayev: Göyçayın sabiq icra başçısı;
– Nəsib Məhəməliyev: Nəsiminin sabiq icra başçısı, hazırda deputatdır;
– Niyazi Bayramov : Mingəçevirin icra başçısı;
– Lütfəli Babayev: Zərdabın icra başçısı”.

Məsələ bununla da bitmir. “Maraqlıdır ki, bu rayonlarda həyata keçirilən bütün tenderlər Qulam Ələkbərovun razılığı ilə reallaşa bilərmiş. Yaradılan bütün şirkət, MMC-lərdə də birbaşa onun payı var. Bundan əlavə, sözügedən şəxsin icra başçılarından aylıq «pay» aldığı da verilən məlumatlar sırasındadır.

                                                  Erməni ilə ortaq biznes

Qulam Ələkbərovun erməni əsilli iş adamı ilə ortağ olması barədə iddialar da mediada yer alan xəbərlər sırasındadır.

Məlumata görə, Dneprepetrovskda tikinti və montaj işləri ilə məşğul olan K.A.S. LTD firmasının əsl sahibi Azərbaycan vətəndaşı Q.Ələkbərovdur. dnepropetrovsk.glo.ua saytında göstərilir ki, firma Lenin rayonu, L.Şmidt küçəsi, 13-də yerləşir. Həmin firmaya hüquq xidmətini isə Kiyevdə, Lesi Ukrainki bulvarı, ev 34-də yerləşən “Tsentralnıe BTI” hüquq firması göstərir. Bu firmanın sahibi Aleksandr Karapetyandır. Bu, Qulam Ələkbərovun Ukraynada erməni tərəfdaşları ilə bağlı ilk fakt deyil.

Məlumatda bildirilirdi ki, onun biznes-partnyoru “Omeqa Investkom” şirkətinin rəhbəri Eduard Bağdasaryandır. Bağdasaryan həm də Dneprepetrovsk şəhər sovetinin deputatıdır. O, Dneprepetrovsk şəhər sovetində “erməni soyqırımı”nı tanıyan qətnaməyə dəstək verənlərdən biridir.

                                                        Siyahıda qətl ittihamı da var

İndi isə Ukraynada qətlə yetirilən İqbal Mahmudovun qatillərinə qarşı 11 aprel tarixində keçirilən məhkəmə istintaqı ilə bağlı Ukrayna Azərbaycanlıları Konqresinin yaydığı məlumatdan bir hissəni diqqətinizə təqdim edirik: “Şahidlərdən biri Kərimov Məhyəddin təqsirləndirilən Zahid Əhmədovun dostu imiş və İqbalın qətli ilə bağlı ona qarşı cinayət işini qaldırmışdılar. Lakin sonradan bu işə xitam vermişdilər. O məhkəməyə bildirib ki, atəş açılması nəticəsində yaralanan biznesmeni Zahid Əhmədov, İqbalın cangüdəni, müavini Məhəmməd Əhmədov və Makeyevka şəhərindən olan bir azərbaycanlı ilə maşına qoyub, xəstəxanaya aparıblar. Orada da Mahyəddin Kərimov söz-söhbətlər eşidib ki, guya İqbal Mahmudovun qətlini 3 milyon dollar borca görə Azərbaycanda yaşayan və Ukraynada biznesə malik olan Qulam Ələkbərov adlı bir şəxs sifariş edib. İqbalın sürücü isə istintaqa verdiyi ifadədə isə bildirib ki, qətlin baş verdiyi Makeyevkada yerləşən “Kaspiy” restoranına yaxınlaşanda başa düşüb ki, İqbal Mahmudov orada keçirilən Qələbə Günü ilə bağlı tədbirə deyil, məsələləri aydınlaşdırmağa gəlib. Çünki İqbal bu cür tədbirlərə özünü yox, müavinlərini göndərirdi və bu tədbirdə iştirakı ümumiyyətlə planlaşdırmamışdı.

Bu cür fikirləşməyə daha bir səbəbi ondan ibarətdir ki, restoranda toplaşan qonaqların əksəriyyəti Konqresin üzvləri deyildilər və İqbalın siyasi baxışlarını dəstəkləmirdilər”. Bir sözlə, Qulam Ələkbərov konkret olaraq bir mafiya babası qiyafəsilə bu gün Azərbaycanın təkcə iqtisadi yox, həm də siyasi çevrəsinə nüfuz etməkdədir.

                                        Bakıda fəaliyyətdə olan qumarxana

Qulam Ələkbərov tərəfindən açılmış gizli kazino bu gün də Bakı şəhərinin mərkəzində fəaliyyət göstərir. Ukraynadan gətirilən qızlar Qulamın kazinosunun salonlarında Bakının qumarbazlarına kart paylayaraq oyunçuları feyziyyab edirlər. Kazinonun qapısında dayanan bahalı avtomobillərin sahibləri kazinoda qumar oynayaraq gecədən səhərəcən kef çəkirlər. Bu kazino haqda QAFQAZXEBER.AZ saytinda yer alan məlumatı və video kadrları olduğu kimi diqqətinizə çatdırırıq:
“Kazinonun içərisinə daxil olanda, qapıda dayanan mühafizəçilər sual verirlər “hara gedirsiz?”, cavab verirsən ki: “Oynamağa gəlmişəm”. Mühafizəçi tərəfindən ikinci sual “Burda oynamısız?” olur. Bizim qrupun əməkdaşlarının cavabı da ləngimir: “Əlbəttə oynamışıq, kalan pul xərcləyib burda səhərəcən istirahət də etmişik. Sağ olsun Qulam bəy”. Mühafizəçi də sonda öz “xeyir-duasını”verir: “Hə, onda girin, keçin oynayın”.

Apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz məlumatda bildirilir ki, Qulam Ələkbərov öz yaxın ətrafında nazir müavinlərindən birinin adını çəkərək, deyib ki, güya onun xeyir-duası ilə bu kazinonu açıb. Ancaq apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Qulam Ələkbərovun adını çəkdiyi nazir müavini ilə heç bir yaxınlığı yoxdur. Sadəcə o, öz yaxın ətrafına həmin şəxsin adını çəkərək, özünü kazino işində arxayın göstərmək istəyir”.

                                                        Ziya Məmmədovla ilişkilər və …

Qulam Ələkbərov Azərbaycanda “AQ Inşaatçı Servis” MMC-nin sahibidir. Bu MMC-nin adı mənzil dələduzluğuna görə dəfələrlə mətbuatda çəkilib. Qulam Ələkbərov vaxtilə Dövlət Gömrük Komitəsinin Gəncə şöbəsində rəis müavini vəzifəsində çalışıb. Işdən çıxarıldıqdan sonra paytaxtın “Gənclik” metrostansiyasının yaxınlığında “Milyonerlər məhəlləsi” deyilən ərazidə ev tikintisi ilə məşğul olub. Onun Ziya Məmmədovla tanışlığı da buradan başlayıb. Qulam Ələkbərov nazirin Teymur Əliyev küçəsindəki villasının inşasını həyata keçirib. Daha sonra Ziya Məmmədov tikinti biznesinin idarəçiliyini Qulam Ələkbərova verib.

Uzun müddət Bakıda fəaliyyət göstərən «Mona Liza» şadlıq sarayında özünə qarar qurmuş Qulam Ələkbərovun haqqında digər ilginc məqamlar da var. Onlarla bağlı geniş araşdırmalar aparılır və yaxın günlərdə oxuculara geniş məlumat veriləcək.

Bildirilir ki, hazırda Qulam Ələkbərovun ermənilərlə işbirliyində olduğu, eyni zamanda Ziya Məmmədov hədəfə gələndən sonra ölkədən pul çıxarıb-çıxarmadığı araşdırılır. Əgər araşdırmalar zamanı deyilənlər təsdiqini tapsa, o zaman Ziya Məmmədov da ortağının əməllərinə görə ciddi şəkildə cəzalandırılacaq.

Növbəti yazılarda:
– Gəncəbasar zonasında varlı adamların uşaqlarının oğurlanmasını hansı dəstə həyata keçirib?
– Gəncəli məşhur iş adamı, «Gəvə Mamed» adlı sahibkarı oğurlayanlar nə qədər pul müqabilində onu azad ediblər?
– Qulam Ələkbərovun qardaşı Misir Ələkbərovun adı hansı olaylara qarışıb?
– Qulamın özünü qolundan niyə güllə ilə vurublar?
– Bakıda fəaliyyət göstərən qumarxanalarda onun nə qədər əli var?

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam