Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

Azərbaycana qarşı xain “Gülən” proje:xalqa it deyən Adnan Oktar Bakıda təşkilatlanır - Fakt/Video

 

bitmap-img6

Türkiyə telekanallarının birində din pərdəsi altında şou veriliş aparan qalmaqallı Adnan Oktar anti-Azərbaycan fəaliyyətini genişləndirir

 

 
Yenixeber.org:Məlumata görə, ermənilərə yaxınlığı ilə seçilən A.Oktar Azərbaycan əleyhinə projelərin baş ideoloqlarından biri sayılır. 
Hələ bu ilin avqustunda onun Qarabağ münaqişəsinə münasibəti etirazlarla qarşılanmışdı. 
A.Oktar münaqişəyə birtərəfli yanaşaraq ermənilərə Azərbaycanda nifrət edən hər kəsi it adlandırmışdı. 
Azərbaycan xalqını efirdən milyonların qarşısında təhqir edən qoca fırıldaqçı ölkəmizə nifrətini bu şəkildə ifadə etmişdi.
Amma onun çıxışı ilə anti-Azərbaycan fəaliyyəti məhdudlaşmır. Belə ki, ölkəmizdə öz şəbəkəsini yaratmış və gizli şəkildə təbliğata başlamış A.Oktar ikinci Fətullah Gülən olmaq yolunda davam edir. 
Onun Bakıdakı emissarları gizli şəkildə toplantılar keçirir, təbliğat aparır, öz ideyalarını və düşüncələrini yayır, cəmiyyətdə, media və ictimai sektorda öz qanadlarını yaratmağa çalışır. 
Eynilə F.Gülən yolu gedən A.Oktar da FƏTÖ rəhbəri kimi Azərbaycana nifrət edir, ermənipərəst mövqedə dayanır. 
Lakin Azərbaycan hakimiyyəti Gülən şəbəkəsini darmadağın etdiyi kimi, 2-ci FƏTÖ olan Oktar çetesini də sıradan çıxarmalıdır. 
Həmçinin, xalqımızı aşağılayan bir adamın efirdə çıxışlarına diqqət yetirilməlidir. Rəsmi Ankara Bakıdan ANS-i bağlamağı xahiş etdisə, qardaş ölkə kimi Oktarın da TV-dən xalqımıza it deməsinə göz yummamalıydı. 
Əfsus ki, əksinə olaraq Türkiyənin “Çarli”si öz mələkləri ilə efirdə müasir din modeli yaratmaq, Azərbaycanı təhqir etmək fəaliyyətinə son qoymayıb, Bakıda öz təriqətini genişləndirməyi də qarşısına hədəf qoyub. 
Azərbaycanın hüquq-mühafizə orqanları da A.Oktarın Bakıdakı adamları ilə bağlı addımlar atmalıdır. 
Bu qüvvələrin gələcəkdə daha geniş bir elektorata sahiblənməsi təhlükəsi istisna deyil. Necə ki, nurçular Azərbaycanın hər bucağında öz resurslarını əldə etmişdilər. 
 “Harun Yəhya” təxəllüsü ilə çıxış edən, Türkiyənin qaranlıq dini qruplarından birinə başçılıq edən və “ermənilər bizim sevgili qardaşlarımızdır”ifadəsinin müəllifi olan Adnan Oktarın hansı missioner təşkilatlarla işlədiyi mübhəm olaraq qalır. 
O, həbs ediləndə, Türkiyənin bu günə qədərki ən namuslu və vicdanlı, eyni zamanda dindar daxili işlər naziri kimi xarakterizə edilən Sadəddin Tantan onun haqqında “Abdullah Öcalandan daha təhlükəlidir” ifadəsini işlətmişdi. 
Biz bu gündən etibarən Azərbaycana da soxulan və ideoloji terrorun bariz nümunəsi olan bu qrupun təhlükəli fəaliyyəti ilə bağlı çox gizli məqamları açıqlamalıyıq, bütün Azərbaycan mediası hərəkətlənməlidir, bu məsələd gündəmdə saxlamalıyıq. 
Çünki F.Gülən dəstəsi bir dəfə başımıza bəla açıb və dərs olub. Odur ki, mühüm məqamları diqqətinizə çatdıracağıqş. 
Ofisində asdığı xəritədə Azərbaycan ərazisini Ermənistan ərazisi kimi göstərən və bu səbəbdən də Bakıda yerləşən “İrşad” Otelindəki nümayəndəliyi bağladılan A.Oktarın bu hərəkəti ifşa olunandan sonra Azərbaycandakı missiyası böyük zərbə altına düşməsin deyə, “Türkiyə və Azərbaycan birləşsin” deyə, deyimi qulağa xoş gələn bir bəyanat verir ki, həmin bəyanatda da sətiraltında ermənilərə sevgi sərgilənirdi. 
Ermənilərin Osmanı İmperiyasında “milləti-sıddıka” adlandırıldığını yazan Adnan Oktarın ermənilərə olanb sevgisi Türkiyənin prezidenti Abdullah Gülün qalmaqallı İrəvan səfərindən sonra daha da üzə çıxmışdı. 
Türkiyə prezidenti R.Ərdoğan dəfələrlə bəyan edib ki, Qarabağ problemi həll olmadan Ermənistanla sərhədlər açıla bilməz. 
Amma gəlin görək Adnan Oktarın ermənipərəstliyinə sübut istəyənlərə Ərzincan TV-də söylədiyi və öz saytında yerləşdirdiyi bu çıxışda nələr danışır:
“Ermənilər, onlar bizim qardaşlarımızdır. Onlar da bizim canımızdır, inşaallah. Ermənistan da inşaallah Türk İslam Birliyi içərisində yerini alacaq. Boş yerə özlərini üzürlər. 
BİZ ONLARI QARDAŞ OLARAQ GÖRÜRÜK, DOST OLARAQ GÖRÜRÜK. İnşaallah Türk İslam Birliyinin o şəfqətli qolları içərisində onlar da yerlərini tapacaqlar. Hüzur içərisində yaşayacaqlar”.
Adnan Oktar şəcərəsinin ünvanını belə açıqlayır: Rusiya Federasiyası Stavropol Federal Arxivində saxlanılan, 17 İyul 1827-ci il tarixli orijinal sənədin kserksi. Arxiv Nömrə: 48, Dəri 2, Fayl Nömrə: 853. Elə bu ünvan çox mətləblərdən xəbər verməkdədir. 
Məlumata görə, Adnan Oktarın atası Həbib Gerezdir. Həbib Gerez rəssam, sair və hahamdır. Həbib Gerez qədim bir ərəb yəhudisidir. 
Adnan Oktarın anası isə Sami Günzbergindir. Sami Günzberg bir alman yəhudisidir və Osmanlı sarayında diş həkimi işləyib. Yəni Adnan Oktar həm anadan, həm də atadan yəhudidir.
Türkiyənin Kadiköy ədliyyəsində soyadını dəyişdirərək Adnan Gerez Adnan Oktar olub. Artıq bu bioqrafiya hər şeyi ifadə edir. 
Digər tərəfdən, başına topladığı qızlarla özünün bir Həsən Səbbah formasını yaradıb. Düzdür, Sabbah cihadçı bir ordu yaratmışdı. Oktarın ”cihad”ı isə fərqlidir.Qadın imamlar "Bacılar" adlandırılır və 4 ayrı evdə qalırlar. 
Onlar ailələrindən ayrılaraq şəbəkəyə qatılan qadın müridlərə nəzarət edirlər. Bacılar eyni zamanda Oktarın kitab yazma işlərində də yaxından iştirak fəaliyyət göstərirlər. 
Təşkilat daxilində Bacılarla hər hansı cinsi əlaqəyə girmək qadağandır, amma bu, Hocaya aid deyil. Bacılar qrupu Alev Ulaşdoğlu, Meltem Arıkan, Hatice Tijen Öztemir və Arzu Leman Öztemirdən ibarətdir.
Mətbuatda yayılmış xəbərlərə görə, Azərbaycana Adnan Oktarın fəaliyyət qolları hələ bir neçə il əvvəldən uzanıb. Uzun illərdir onun kitabları ali təhsil ocaqlarımızda gənclər arasında pulsuz paylanır. 
Kitabları paylayanlar isə Adnan Oktarın özünün dediyi kimi yaraşıqlı gənclərdir. Bu yaraşıqlı gənclər həm oğlanlardan, həm də qızlardan ibarətdir. 
Onların başında duranlar Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədr müavini Aysel Canan Vəlizadə, Sevinc Haqverdizadə, Ləman Piriyeva, Vəfa Məhəmməd, Zaur Rza, Tural Vəliyev, Couli Aziz, Hüseyn Məmmədov, "Düşünən İnsan" jurnalının işçilərindən olan Ramil Rüstəmov və jurnalın korrektoru Vəfa Vildan Kərimzadənin durduğu bildirilir. 
Bu şəxslər hamısı "A9 Azərbaycan" televiziyasının verilişlərinin aparıcıları, iştirakçıları və hazırlanmasına yaxından iştirak edənlərdir. 
Yəqin ki, bu araşdırmanı oxuyandan sonra azərbaycanlı valideynlər bir daha uşaqlarının nə işlə məşğul olmaları, dost-tanışları ilə yaxından maraqlanacaqlar.(Anaxeber)
 Azərbaycana qarşı xain “Gülən” proje: xalqa it deyən Adnan Oktar Bakıda təşkilatlanır - Fakt/Video
 Azərbaycana qarşı xain “Gülən” proje: xalqa it deyən Adnan Oktar Bakıda təşkilatlanır - Fakt/Video
 Azərbaycana qarşı xain “Gülən” proje: xalqa it deyən Adnan Oktar Bakıda təşkilatlanır - Fakt/Video
 Azərbaycana qarşı xain “Gülən” proje: xalqa it deyən Adnan Oktar Bakıda təşkilatlanır - Fakt/Video

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam