Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

zaur-mikayilov-zabuxchay-su-anbari-bu-il-istifadeye-verilecek

Dövlət büdcəsi kiminsə dədə-babasının sandığı deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən görməzdən gəlinsin...

Yenixeber.org: Ötən ilin oktyabrında olduğu kimi, ötən ay da yağan yağışlar ciddi fəsadlarla müşahidə olundu... Xüsusi ilə də, Abşeron yarımadasında, konkret olaraq Bakı şəhərində ağlamalı-gülməli durum yarandı: ölkənin baş şəhəri de-fakto iflic olmuşdur. Beş-altı uzuntuman arvad lazım idi ki, paytaxta ağı deyib ağlasın. Gülməli idi, ona görə ki, söhbət illərdir milyonlar xərclənən şəhərdən gedir...

Yenə də, bütün gözlər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova dikildi. Amma,... Problem nədir, hansı səbəblərdən qaynaqlanır, səbəbkarlar hansı qurum və səlahiyyət sahibləridir? Bu haqda ötən günlərdə Yenixeber.org-da yazmışıq. (Yazını bu linkdən oxuya bilərsiniz:https://yenixeber.org/manset/183940-zaur-mikay%C4%B1lov-eldar-%C9%99zizovun-k%C3%B6lg%C9%99sind%C9%99-%E2%80%9C%C3%BCz%C3%BCr%E2%80%9D-%E2%80%93.html)

Bakı şəhərinin su təminatı və kanalizasiya xidmətnə məsul dövlət qurumu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsin (PHŞ) Bakı Sukanal İdarədir ki, var. ADSEA-nin bu tabeli qurumu azı həftədə bir tender elan edir və dövlətin milyonlarını müxtəlif adlarla “yuyur”.


 

            “Bulanıq suya” atılan tilovlar...


 

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in elektrik mallarına olan “marağına” bir nəzər yetirək... Ki, Bakının yağış sularında çabalaması aydın olsun.

Dövlət Satınalmalarının Vahid Portalında (etender.gov.az) yer alan məlumata görə, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ təkcə ötən ay elektrik mallarının və xidmətin satın alınması ilə bağlı 3 (üç) tender elan edib və müxtəlif şirkətlərlə müqavilələr də bağlayıb...

Belə ki, dövlətin bu qurumu ötən ay-15.04.2025-ci ildə-“Hinal Group” MMC ilə 314560 manatlıq müqavilə bağlayıb. Bu anlaşmaya görə “Hinal Group” MMC “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in nasos aqreqatlarının əsaslı təmirini həyata keçirməlidir...

Həmin günün səhəri-16.04.2025-ci ildə-isə “Amper” MMC ilə dəyəri 171686 manat olan müqavilə bağlanır. Bu anlaşma ilə isə elektrik naqillərinin alınması hədəflənir....

Nəhayət, ötən ayın son günü-30.04.2025-ci ildə-“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Elektrik kabellərinin alınması məqsədi ilə “İnterkabel” Firması ilə 467048 manatlıq anlaşma imzalayır...

İlk baxışdan heç bir qeyri-adilik müşahidə edilməsə də, Yenixeber.org-a daxil olmuş məlumatlar müəyyən araşdırmaları zərurətə çevirir...

İlk diqqəti çəkən hər üç anlaşmanın eıektrik təsərrüfatı ilə bağlı olmasıdır. Xüsusi ilə də, elektrik naqilləri və elektrik kabelləri(?) necə deyərlər “Bir medalın iki üzü” deməkdir. Bunlardan ötrü ayrı-ayrı tenderlər və beləliklə də, heç də az olmayan dövlətin pulunu “perevod” etmək hansı zərurətdən doğur?

Bu məhsullar demək olar ki, eynidir və bir tenderlə bir şirkətdən alınması da mümkün və uyun olmazdımı? Və.s.

Bu və digər suallar ciddi şübhələrə yol açır...Biz Yenixeber.org olaraq müəyyən araşdırmalara qərar verdik. Və bu səbəbdən də, ötən ayın 16-da “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in İdarə Heyətinin sədri vəzifəsini icra edən cənab Tahir Xəlilova belə bir online sorğu ünvanladıq...


1. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-in Elektrik mallarının satın alınması ilə bağlı elan etdiyi tender komissiyasında neçə nümayəndəsi olub, kimlərdir və sədr kimdir?

2. Tenderdə neçə iddiaçı iştirak edib, hansılardır və "AMPER" MMC hansı üstünlükləri ilə qalib olub?

 3. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-in "AMPER" MMC ilə əməkdaşlığı ilə bağlı Dövlət Satınalmaları Elektron Portalının “Ətraflı” bölməsində görüləcək işlərlə bağlı ətraflı məlumat (Alınacaq malların, görüləcək işlərin qiymətinin göstərilməməsi) verilməməsi hansı səbəblərdən qaynaqlanır?

4. "AMPER" MMC-nin analoji işlərdə təcrübəsi, potensialı, texniki və digər lazımı imkanları haqqında hansı məlumatlarınız var?

5. "AMPER" MMC-nin son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı və maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı varmı?

6. "AMPER" MMC-nin müvafiq xidmətlər üzrə uyğunluq sertifikatları (Yaxud Lisenziyası) varmı, varsa hansı qurumlardan alınıb?

7. Bu müqavilə üzrə işlərin icrası ilə bağlı əlavə məlumatlar.

bitmap-img6

          ***

 

Sorğuda yer alan suallarla qeyd etdiyimiz satınalmalara aydınlıq gətirmək mümkün olardı. Təəssüf ki, olmadı. Səbəb də hörmətli Tahir müəllimin bu sorğunu heçə alması, bu günə qədər də, cavabsız saxlamasıdır(?)

Bu arada cənab Tahir Xəlilova xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

Hər bir məsul şəxsin də, borcudur ki, vətəndaşın bu haqq və hüququna sayqı duysun...Vətəndaşın da, medianın da sorğu-sualını cavabsız qoymasın. 

Tahir müəllim, bunu bilmirdinizsə bilin, bilərəkdən susursunuzsa, icazə versəniz də, verməsəniz də şübhə yağışına tutulacaqsızın...

Dövlət büdcəsi nə hansısa yardım fondu, nə də ki, kiminsə dədə-babasının sandığı deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin...


   ***

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in partnyorları-şirkətlərlə də bağlı məlumatlar maraqlıdır...Məlum olduğu kimi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qaununda (maddə:23) təchizatçı tərəfin üzərinə müvafiq sahədə peşəkarlıq və təcrübə, maliyyə imkanları və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması kimi öhdəliklər qoyulur.

Google üzərindən apardığımız araşdırmalarla məlum olur ki, tikinti-quraşdırma, layihələndirmə və məsləhət xidmətləri üzrə ixtisaslaşmış “Hinal Group” MMC su təsərrüfatının- həm “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin, həm də “Azərsu” ASC-nin-əsas tərəfdaşı olub. Və bu gün də, ADSEA-nin əsas seçimlərindən biridir...Qeyd edək ki, şirkətin fəaliyyəti vev-saytı üzərindən cəmiyyətə açıq olsa da, əlaqə yaradıb, suallarımıza cavab ala bilmədik...Saytda yer alan mobil nömrəyə zəngimiz cavabsız qaldı(?)

Ünvanı Bakı ş. Abşeron TM, Sıra1, Korpus 7, Mağaza 7 olaraq göstərilən “Amper” MMC ilə telefon əlaqəsi yarada bilsək də, sözügedən əməkdaşlıqla bağlı məlumat ala bilmədik(?). Bizimlə telefon söhbətində şirkət təmsilçisi Saday Osmanov ətraflı məlumatların redaksiyamıza veriləcəyinə söz verdi...

Nəhayət, “İnterkabel” Firmasının təmsilçisi Cavid müəllim də bu əməkdaşlıqla bağlı ətraflı məlumatının olmadığını və araşdırıb, məlumat verə biləcəyini bildirdi...

          ***

Yuxarıda “Amper” MMC-ni qeyd etdiyimiz sorğu hər üç tərəfdaşa eyni ilə aid edilə bilir...

Qarşıdakı günlərdə sorğuda yer alan suallarla bağlı müvafiq araşdırmalarımızla mövzunu davam etdirməyə çalışacağıq.(Yenixeber.org) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam