Redaktor seçimi
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Gəncə Dövlət Universitetinin əməkdaşlarının rektora müraciəti: 
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Günün xəbəri

Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -Korrupsiya ittihamı var...

İspaniya məhkəməsi Azərbaycanın əvəzinə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun 3 övladının Mallorka adasında böyük miqdarda vəsaiti leqallaşdırması ilə bağlı faktları araşdırır. 
Yenixeber.org: Bu haqda araşdırmaçı-jurnalist Cavanşir Həsənli FB səhifəsində yazıb:
İspaniya Korrupsiyaya qarşı Mübarizə Prokurorluğu onları korrupsiya yolu ilə əldə edilmiş pullar hesabına Palma adasında 50 milyon avro dəyərində mülk və torpaq sahələri almaqda ittiham edir. İttiham aktına görə mülklərin alışı Kalviada qeydiyyatdan keçmiş iki ispan şirkəti vasitəsilə həyata keçirilib və ümumilikdə 60-dan çox (Valldemossada 23, Kalviada 22 və Palmada 15) mülk əldə olunub. Təkcə Peguera kurort şəhərində 1 əmlaka 9 milyon avro ödənilib.
Qeyd olunur ki, Mahmudovların mülklərinin bir neçəsi Anar Mahmudovun adına Seyşel adalarında qeydiyyatdan keçmiş SİNALCO INVESTMENTS LİMİTED şirkətinə məxsus Latviya hesabından bank köçürmələri yolu ilə ödənilib. Bu hesab üzərindən Anar Mahmudov Palma şəhərinin Alexandre Rossello küçəsi 27A ünvanında 4,5 milyon avroya iiki mülk alıb. 206 kv.metr sahəsi olan mənzillər Eldar Mahmudovun qızı Xuraman Mahmudovanın adına alınıb. 101 kvadratmetr sahəsi olan daha bir mənzil Balearın elitar yaşayış kompleksi sayılan Plaza del Comtat del Rosselloda 444,960 avroya alınıb.
Eldar Mahmudovun digər qızı Nərgiz Mahmudovanın adına 4,1 milyon avroya əmlak isə xarici görünüşünə görə turistlərin xüsusi marağını cəlb edən modernist üslublu Casasayas binasında əldə edib. Məbləğin bir hissəsi Seyşel adalarındakı şirkətə məxsus Latviya hesabından köçürmə yolu ilə ödənilib. Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğundan araşdırmasına görə, pulun böyük hissəsi Nərgiz Mahmudovaya məxsus və qardaşı Anarın köçürmələri hesabına maliyyələşən Palmanın Portals Nous qəsəbəsindəki filialının hesabından götürülən üç nominativ çek vasitəsilə çatdırılıb. Bu mülk Balear Adaları Ali Ədalət Məhkəməsinin qərargahına çox yaxındır.
2014-cü ilin aprelində isə Eldar Mahmudovun iki övladı Kalviadakı (Calvia) Sol de Mallorca səmtində bir milyon avroya altı mülk alıblar. Qiymət Anarın Latviyadakı şəxsi hesabından dörd bank köçürməsi yolu ilə ödənilib.
Keçmiş nazirin övladları Londonda yaşasalar da Kalvian sahillərinə və Santa Ponça, Puerto Portalları və ya Port Adriano kimi yerlərə tez-tez gəlirlər.
Ötən aylarda Palma məhkəməsinin hakimi Eldar Mahmudovun övladları ilə videokonfrans formatında sorğu-sual aparıb, keçmiş nazirin övladları ittihamları rədd ediblər.

Eldar Mahmudovun büdcədən ÇIRPIŞDIRDIQLARI...
Eldar Mahmudovun büdcədən ÇIRPIŞDIRDIQLARI...
Eldar Mahmudovun büdcədən ÇIRPIŞDIRDIQLARI...
Eldar Mahmudovun büdcədən ÇIRPIŞDIRDIQLARI...


Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam