Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

YAP-ın namizədlər siyahısından kənarda qalan Mahir Abbaszadə barədə ŞOK FAKTLAR –Sabiq deputata korrupsiya İTTİHAMI

 

Xəbər verdiyimiz kimi, ötən gün hakim Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə bağlı siyahısı təqdim olundu. Siyahıya nəzər yetirdikdə isə görürük ki, YAP-ın bir sıra funksionerlərinin adı budəfəki namizədlər siyahısında yer almayıb.

Yenixeber.org: Deputatların şəxsi biznesləri ilə bağlı apardığımız araşdırmanın bugünkü “qonağı” Milli Məclisin V və VI çağırış üzrə YAP-dan olan deputatı Mahir Abbaszadədir.

Topdağıtmaz biznes və passiv deputatlıq fəaliyyətləri ilə seçilən M. Abbaszadə haqqında ölkə mətbuatında zaman-zaman bir sıra məlumatlar yer alıb.

Qeyd edək ki, Qarabağda bərpa-quruculuq işlərinin başlamasından sonra bir çox millət vəkilləri həmin ərazilərdə öz bizneslərini qurmaq üçün hərəkətə keçiblər. Həmin şəxslər arasında isə sözsüz ki, birinci yer M.Abbaszadəyə məxsusdur. 2020-ci il seçkilərində 121 saylı Laçın seçki dairəsindən namizədliyini verən M.Abbaszadənin paytaxt Bakıda aksessuar butikləri, saat və Moskva Univermağında qızıl dükanlarına sahib olduğu bildirilir. Lakin haqqında korrupsiya faktları olduğu deyilən sabiq deputat bütün bunlara rəğmən dayanmayaraq, bu dəfə üzünü 8 il dalbadal təmsil etdiyi rayondakı biznes fəaliyyətini genişləndirməyə tutub. İddialara görə, M.Abbaszadə Laçında böyük otellər şəbəkəsi tikdirir, hətta inşa etdirdiyi kotteclər artıq fəaliyyətdədir.

Saytımıza daxil olan məlumata görə isə onun builki seçkilərdə adının siyahıya salınmamasının səbəbi haqqında olan korrupsiya faktlarıdır. Mənbə bildirir ki, onun biznes fəaliyyəti və dəbdəbəli yaşantısı YAP-ın siyasi imicinə zərər vurduğu üçün oliqarx deputat hakim partiya tərəfindən “vurulub”. Mənbənin sözlərinə görə, yaxın zamanlarda M.Abbaszadə haqqında biznes fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı geniş təhqiqat başlana bilər. Mənbəmiz əlavə edib ki, 8 il deputat kürsüsündə ağzına su alıb oturan sabiq parlamentari artıq “hədəf taxtası”na qoyulub.

Onu da xatırladaq ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru olan M.Abbaszadənin 4 il öncə “Qaçqınkom”un 15 milyonluq sifarişini öz şirkətinə – “AZ.İNŞAAT-M.V.” MMC-yə verməsi ilə bağlı informasiyalar dərc olunmuşdu.

Maraq üçün qeyd edək ki, sabiq parlamentarinin öz həyat yoldaşına ad günündə aldığı 300 min avro dəyərində hədiyyə, qolundakı saatın 100 min dollar olması və s. məsələlər həmişə ölkə mediasının əsas mövzusu olub.

Ötən ilin oktyabrında “Gündəlik Bakı”nin M. Abbaszadənin biznes fəaliyyətləri haqqında yazdığı araşdırmanın bir hissəsi aşağıdakı kimidir:

“Canlı şahidlərin dediyinə görə, Zabux qəsəbəsində abadlıq və quruculuq işlərini əslən Şəkidən olan Rasim adlı şəxsin “KANSET” şirkəti həyata keçirir. Və ən əsası bütün bu işlərin arxasında Mahir Abbaszadə dayanaraq yaxın qohumu və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini işləyən, yəni Mahir Abbaszadənin müavini Ulu Öndərimizin siyasətinə vaxtilə üsyan edərək, silah qaldırmış OMON-çu Vüqar İmranov dayanır. Gördünüzmü, yenə Mahir Abbaszadə və qohumu Vüqar İmranov. Orada çalışan fəhlələrin dediyinə görə işçilərə nəzarət üçün təyin edilən Tərlan adlı komendant dövlətin vəsaitini sağa-sola səpələyir, hər tərəfdə qum, çınqıl, sement materialları tökülüb qalıb. Fəhlələr üçün heç bir elementar şərait, adi tualet, hamam yoxdur, yeməkxana isə bərbad vəziyyətdədir. Kim etiraz edirsə, komendant Tərlan deyir ki, hara əliniz çatırsa, şikayət edin, məni bura Vüqar İmranov göndərib”.

Uzun sözün qısası, M. Abbaszadə Azərbaycan mətbuatına onsuz da tanış bir şəxsdir. Lakin onu da deməliyik ki, YAP-ın sıralarında M. Abbaszadə kimi “qələmi qırılan” deputatlar çoxluq təşkil edir.

Yenicag.az M.Abbaszadənin namizədlər siyahısından kənarda qalması və onun barəsindəki məlumatları dəqiqləşdirmək üçün özü ilə əlaqə saxlamaq istəyib. Lakin M.Abbaszadə saytın suallarını cavablandırmaqdan imtina edib.(yenicag.az)

Mövzunu davam etdirəcəyik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam