Redaktor seçimi
Ramil Rəhimov Abşeron-Xızı Mədəniyyət İdarəsində oturub Quba-Xaçmazdakı əməllərini ört-basdır edir -
SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir -
YAP-ın namizədlər siyahısından kənarda qalan Mahir Abbaszadə barədə ŞOK FAKTLAR –
Elmir Ramazanovun özbaşınalıqları... -
Əziz Əzizov haqda ŞOK İDDİALAR -
Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindən şikayət var:
Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı Britaniyada gizli milyonları belə yatırdı -
ADAU rektorun özəl hissləri ilə idarə olunur?! -
Günün xəbəri

RUSİYA ORDUSUNDA KÜTLƏVİ QAÇIŞ VƏ QİYAM GÖZLƏNİLİR... - “Kreml çıxılmaz vəziyyətdə qalıb”

“Putin Ukraynada onun uğrunda ölməyə hazır olan rusları tapmaqda çətinlik çəkir”

Rusiya ordusu Ukraynadakı kiçik yaşayış məntəqələrini ələ keçirmək uğrunda hər gün yüzlərlə itki versə də, dayanmaq bilmir. Bununla yanaşı, orduya başçılıq edənlər artıq gözləmədikləri problemlərlə qarşılaşıblar.

Yenixeber.org: Rusiya miqyasında böyük pullar müqabilində muzdlu döyüşçü olmaq istəyənlərin sayı getdikcə azalır, digər yandan isə cəbhədən fərarilik edənlərin sayı artır. Əgər bu meyl davam edərsə və sürətlənərsə, Kreml ordunun əsgər tələbatını ödəməkdən ötrü səfərbərlik də daxil olmaqla, ən radikal tədbirlərə əl atmağa məcbur qalacaq. Bu isə xoşagəlməz nəticələr verə bilər.

“The Hill” qəzeti “Putin Ukraynada onun uğrunda ölməyə hazır olan rusları tampaqda çətinlik çəkir” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub.

Həmin məqaləni təqdim edirik: ”Rusiyalı hərbi bloqerlər və sıravi əsgərlər sosial şəbəkələrdə cəbhədəki dəhşətli şərait barədə geniş videolar paylaşırlar. Rusiya Müdafiə Nazirliyindəki kadr yerdəyişmələri Kreml təbliğatının iddia etdiyinin əksinə olaraq, heç də hər şeyin öz yolunda getmədiyinin rəsmi etirafıdır. Amma rusiyalıların artan narazılıqlarının ən inandırıcı sübutu bu yaxınlarda Sankt-Peterburqda peyda olan reklam lövhəsidir. Həmin lövhədə yazılıb: ”Qəhrəman şəhərin öz qəhrəmanaları var”.


Reklamda qeyd edilir ki, Rusiya hökumət saytına daxil olmaqla və ya 117 nömrəsini yığmaqla ordu sıralarına yazılmaq və bunun müqabilində 1,3 milyon rubl həcmində böyük pul almaq mümkündür. Bu məbləğ həmin şəhərdəki orta statistk rusiyalının illik məvacibinə ekvivalentdir.

Bu təklifdə xüsusilə diqqət çəkən məqam belə bir reklam lövhəsinin Rusiyanın ikinci ən böyük şəhərində peyda olmasıdır. Çünki indiyədək onlar da Moskva kimi tabut və etiraz səhnələrindən qaçmağa çalışıblar. Tabutların gəlməsi kimi dəhşətli səhnələrə Rusiyanın rusların az yaşadığı yoxsul əyalətlərdə daha çox rast gəlinirdi. Hansı ki, oralarda 1,3 milyon rubl bir neçə illik məvacib deməkdir. Kreml mərkəzi şəhərlərdən əsgər toplamamaqla bağlı özünün qoyduğu xüsusi qadağanı pozaraq oralardan da əsgər cəlb etmək məcburiyyətində qalıb.

Mühüm olan odur ki, iki il əvvəl qeydiyyatdan keçmək üçün rusiyalılara 200 min rubl təklif olunurdu, ancaq yeni müqaviləçilərin qiyməti 650 faiz yükəslib!

Hətta inflyasiya şərtlərini də nəzərə alsaq, bu böyük artım ondan xəbər verir ki, əsgərlərə tələbat yüksək, orduya girmək istəyən isə azdır. Belə bir şəraitdə qiymətlər göylərə qalxır. Başqa sözlə desək, ruslar artıq xidmət etmək həvəsində deyillər və bu da öz növbəsində döyüş meydanındakı əsgər qüvvəsinin çatışmazlığına gətirib çıxarır, nəticədə döyüşçüyə tələbat yüksəlir. İndiyə kimi Rusiya ordusu ölü və yaralı ilə birilkdə 535 mindən çox itki verib. Hazırda hər gün ruslar 1000 nəfərdən çox itki verirlər və döyüşənlər anlamalıdırlar ki, rejim onları top yemi kimi istifadə edir.

Əhali içərisində əhvalın dəyişməsi rejimə və Rusiya Prezidenti Vladimir Putinə yaxşı heç nə vəd etmir. Kreml rəhbərliyi, eləcə də xeyli sayda Qərb siyasətçiləri və anlatikləri düşünürdülər ki, ruslar kor-koranə özlərini qurban verməyə gedəcəklər.

Ola bilər ki, işğalın ilk aylarında,yəni rusların Ukraynanı əzib keçəcəklərinə, ”silib süpürəcəklərinə” tam əmin olduqları vaxtlarda müharibə həvəsi yüksək idi. Amma bu, Rusiya ordusunun Kiyev, Sumı, Çerniqov, Xarkov və Xerson vilayətlərindən rüsvayçılıqla çıxmasından sonra söndü.

2023-cü ilin ortalarından bəri cəbhə hər iki istiqamətdən demək olar ki, irəliləməyib. Amma buna baxmayaraq rusların itkiləri iki dəfə artıb və bu itkilərin gündəlik sayı ən azından 600-800 nəfər olub. Belə görünür ki, Putin bir neçə kvadrat mil torpaqdan yana rusların həyatını qurban verməkdən məmnunluq duyur. Ancaq iş ondadır ki, deyəsən, nəhayət ruslar yavaş-yavaş ayılırlar və mənasız ölümə getmək istəmirlər.



Biz bilirik ki, rus əsgərləri fərarilik edirlər və təslim olurlar. Cəbhədən qaçış tezliklə kritik həddə çata bilərmi? Ola bilərmi ki, cəbhədəki mövqeyini qoyub qaçmaq siçovullarla dolub-daşan səngərdə oturub ölümü gözləməkdən daha məntiqlidir? 2023-cü ilin iyun ayında Yevgeni Priqojinin çevriliş cəhdi gələcək hadisələrin xəbərçisi ola bilərmi?

Tarix cəbhədəki şəraitin dözülməz olmasına qarşı əsgərlərin qiyam qaldırması, döyüş meydanından kütləvi qaçış halları ilə doludur. Romalılar itaətsizlik edənlərə qarşı mübarizədə əsgərləri sıraya düzüb on nəfərdən birini öldürürdülər. Birinci Dünya Müharibəsi zamanı 700 min alman əsgəri fərarilik etmişdi. 1917-ci ildə minlərlə fransız əsgəri qiyam qaldırmışdı. Yüz minlərlə rus əsgəri 1916-1918-ci illərdə cəbhədən qaçmışdı və beləliklə də xalqın inqilab etmək iştahı artmışdı. Hitlerin 1941-ci ilin iyununda Sovet İttifaqına hücumundan sonra yüz minlərlə sovet əsgəri döyüşüb ölməkdənsə təslim olmağı üstün tutmuşdu. Vyetnam müharibəsi zamanı amerikalılar öz komandirlərini döyməklə narazılıqlarını ifadə etmişdilər.

Yaxşı diqqət etsək görərik ki, 20-ci əsrdə ruslar cəbhədən qaçmağa xüsusilə meyilli olublar. Ona görə də rusların əmrlərə tabe olmalarının mədəni şəkildə proqramlaşdırılması fikiri, rusların qiyam qaldırmayacaqları ideyası qədər səhvdir. Əbəttə, onların Putin rejiminə qarşı üsyan etməyəcəklərini iddia etməyin heç bir əsası yoxdur.

Putin və ətrafı çıxılmaz vəziyyətdə qalıb. Əgər onlar səfərbərliyi dayandırsalar,onda tərəzinin ağır tərəfində durmaq imkanını itirəcəklər və nəticədə Ukraynaya qalib gələ bilməyəcəklər, əksinə, məğlub olacaqlar. Səfərbərlik yoluyla zorla əsgər toplasalar, onda fərarliliyə stimul verəcəklər ki, bu da hərbi səyləri sarsıdacaq.

Biz dönüş anının nə zaman baş verəcəyini bilmirik, lakin iki variant üzərində mülahizə yürüdə bilərik.

Birincisi, müharibə nə qədər çox davam edərsə, rusların döyüşməkdən imtina etmə ehtimalı da bir o qədər çox olacaq. Könüllü döyüşçü ehtiyatı tükəndiyi və məcburi səfərbərlik məhsuldar olmadığı təqdirdə cəbhədə yüklənmiş əsgərlər üçün vəziyyət daha da dözülməz hala gələcək. Ona görə də zaman heç də Putinin tərəfində deyil.

İkincisi, əgər Rusiya ağır məğlubiyytə uğrayarsa, onda çox böyük ehtimalla əsgərlər öz canlarını qurtamaq üçün döyüş meydanından qaçacaqlar. Belə bir məğlubiyyət nəticəsində Ukraynanın Moskvaya yürüşündən (çox az inandırıcıdır) tutmuş, işğal olunmuş ərazilərin böyük bir hissəsindən geri çəkilməyə (tam inandırıcıdır) qədər hər şey baş verə bilər. Məsələn, Krımın bütövlükdə və ya bir hissəsinin itirilməsi rusları tamamilə ruhdan salar.

Ukrayna və onun müttəfiqləri mənəvi cəhətdən möhkəm olmalıdırlar. Ruslar artıq gözlənilənin əksinə olaraq ölməkdən imtina etməyə başlayıblar.(Azpolitika)

V.Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam