Redaktor seçimi
Ramil Rəhimov Abşeron-Xızı Mədəniyyət İdarəsində oturub Quba-Xaçmazdakı əməllərini ört-basdır edir -
SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir -
YAP-ın namizədlər siyahısından kənarda qalan Mahir Abbaszadə barədə ŞOK FAKTLAR –
Elmir Ramazanovun özbaşınalıqları... -
Əziz Əzizov haqda ŞOK İDDİALAR -
Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindən şikayət var:
Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı Britaniyada gizli milyonları belə yatırdı -
ADAU rektorun özəl hissləri ilə idarə olunur?! -
Günün xəbəri

Riyakarlığın fəlsəfəsi:250 min azərbaycanlı haqda iftira

Bu qədər insan öz istəyi ilə doğma yurd-yuvasını tərk edib?

Yenixeber.org: Bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının Ankavanda keçirilən toplantısında Azərbaycanla bağlı diqqətçəkən fikir səsləndirib: “Azərbaycan bizə deyir: “Sən məni 30 il yaşamağa qoymadın, mən də səni yaşatmayacağam” və bu, bizim öhdəsindən gəlməli olduğumuz ən böyük sınaqdır”.

Onun səsləndirdiyi fikir kifayət qədər rasionaldır - Bakı ilə sülh müqaviləsi bağlanmayana, sərhəd delimitasiyasına, ölkə Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəalar çıxarılmayana qədər Ermənistan həmişə çağırışla üzləşəcək. Lakin müxalifət düşərgəsi Paşinyanın ağlabatan fikrini ciddi qəbul etməkdən imtina edir.

Belə ki, Baş nazirin bəyanatına cavab olaraq Respublika Partiyasının nümayəndəsi Eduard Şarmazanov qəzəbli etiraza başlayıb və qeyd edib ki, Paşinyanın Azərbaycanın revanşı ilə bağlı sözləri “Bakının gələcəkdə aqressiv hərəkətlərinə haqq qazandırmaq üçün istifadə olunacaq təhlükəli presedentə çevrilə bilər”.

Şarmazanovun sözlərinə görə, Paşinyanın bu bəyanatı Azərbaycanın Ermənistana və erməni xalqına qarşı keçmiş və gələcək bütün addımlarına, o cümlədən mümkün hərbi təcavüzə haqq qazandıra bilər.

Bu ideyanı həm də keçmiş deputat Arman Abovyan dəstəkləyib. Onun fikrincə, Ermənistanın indiki hakimiyyəti Azərbaycana güzəştə getmələrini qisas formulu ilə əsaslandırır: “Baxmayaraq ki, reallıqda Azərbaycanın Ermənistandan qisas almağa heç bir əsası yoxdur”(!).

Abovyan ciddi şəkildə hesab edir ki, “İrəvan münaqişənin başlanğıcında Ermənistanda yaşayan azərbaycanlılara qarşı heç vaxt vəhşilik etməyib”. Üstəlik, “Ermənistanda azərbaycanlılara qarşı nə qırğınlar, nə də təzyiqlər olub”, - deyə o sərsəmləyir.

Yəni, yaşı 1988-1989-cu illərdə Ermənistanda baş verən hadisələrin şahidi olduğunu deməyə əsas verən Abovyanın sözlərinə görə, 250 minə yaxın azərbaycanlı öz istəyi ilə doğma torpaqlarını tərk edibmiş. Belə çıxır ki, 1988-ci ilin fevralında İrəvanda “Ermənistanı türklərdən təmizləyin!”, “Ermənistan ermənilər üçündür” və s. kimi şüarların səsləndirildiyi kütləvi mitinqlər də olmayıb. Dəmirbulaq məscidi, eləcə də Azərbaycan orta məktəbi və C.Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrı yandırılmayıb. Ermənistandan azərbaycanlıların qırğınlar, evlərin yandırılması, ermənilərin azərbaycanlılara hücumları ilə müşayiət olunan kütləvi surətdə deportasiyası baş verməyib...

Yəni, yalanın da bir həddi olmalıdır. Ermənistanda yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb, nəticədə onlar 185 yaşayış məntəqəsindən qaçıblar. Bu zaman 300-ə yaxın azərbaycanlı öldürülüb. Onlardan 49 nəfər qırğından qaçan zaman dağlarda donaraq, 41 nəfər vəhşicəsinə döyülmə nəticəsində, 35 nəfər vəhşicəsinə işgəncə nəticəsində həlak olub, 115 nəfər yandırılıb, 16 nəfər güllələnib, 10 nəfər işgəncələrə tab gətirməyərək can verib, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülüb, qalanları boğularaq asılıb, elektrik cərəyanı ilə vurulub və başı kəsilib.

Abovyan daha sonra iddia edir ki, “Ermənistan heç vaxt Azərbaycan ərazisinin bir santimetrini də işğal etməyib və Qarabağ erməniləri isə öz müqəddəratını təyinetmə yolu ilə getmək qərarına gəliblər”.

Bəs, Qazax rayonunun işğal olunmuş Azərbaycan anklavları və kəndləri nə idi?! Əgər Ermənistan Azərbaycanın Qarabağ bölgəsini işğal etməyibsə, niyə 9-10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat Ermənistanın Baş naziri tərəfindən imzalanır?

Əgər 1990-cı il avqustun 23-də Ermənistan parlamentinin qəbul etdiyi İstiqlal Bəyannaməsinə əsasən Qarabağ Ermənistana “birləşdisə”, Qarabağ erməniləri necə öz müqəddəratını təyinetmə yolu ilə getməyə qərar verdilər? Bu müddəa sonradan Ermənistan Konstitusiyasında təsbit edildi. Bilmirəm, Ermənistanda vəziyyət necədir, amma bütün dünyada bu cür hərəkətlər başqa dövlətə qarşı hərbi təcavüz aktı kimi qiymətləndirilir və bütün müvafiq nəticələrə gətirib çıxarır.

Bədbəxt analitik Abovyan öz fantaziyalarını və absurd söhbətlərini yüz il əvvəlki hadisələrə köçürür. O, Azərbaycanla Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında quru sərhədinin olduğunu unudaraq, “XX əsrin iyirminci illərindən başlayaraq Azərbaycan və Türkiyənin ümumi sərhədin yaradılmasına şərait yaratmaq siyasəti yürütdüyünü” iddia edir.

Yeri gəlmişkən, 1930-cu ildə Naxçıvan MSSR və Azərbaycan SSR-in Cəbrayıl rayonunun əraziləri hesabına Ermənistanın Meğri rayonu yaradıldı. Bu addım nəhayət, Naxçıvanı Azərbaycanın qalan hissəsindən torpaqla ayırdı.

Özünü görkəmli analitik hesab edən Abovyanın absurd bəyanatlarında mənasız olması onun “analitik hesablamalarını” cəfəngiyyata çevirir. Mövzunu başa düşmür, amma ağıllı baxışı ilə gülünc nəticələr çıxarır, öz axmaq uydurmalarını həqiqət kimi qələmə verməyə çalışır. Adi bir şey kimi təqdim etdiyi xəstə təxəyyülünün bəhrələri ondan xəbər verir ki, Abovyan xəyallarını reallıqla qarışdırıb. Bu isə artıq diaqnozdur...(AYNA)

Asif Aydın

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam