Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Budapeşt Brüsselin Strategiyasını Dəyişdirə Biləcəkmi? -ANALİZ

Orban Zelenskidən Putinə mesaj çatdırmayıb

Macarıstan Avropa İttifaqında sərdliyə başlayarkən, xarici və təhlükəsizlik siyasəti istiqamətində fəallığını artırıb.

Yenixeber.org: Macarıstanın baş naziri Viktor Orban əvvəlcə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb, daha sonra Kreml sahibi Vladimir Putinlə təmas qurub. Zelenski Orbanın atəşkəs təklifindən imtina edib. Kiyevin mövqeyi belədir ki, atəşkəs Rusiya silahlı qüvvələrinin toparlanmasına şərait yaradacaq. Orban Putinin də təkliflərini dinlədikdən sonra tərəflərin mövqelərini bir-birindən çox fərqləndiyini etiraf etmək məcburiyyətində qalıb. Buna baxmayaraq, Viktor Orban Rusiya-Ukrayna müharibəsinin Avropanı fəlakətə sürükləndiyi qənaətindən çıxış edərək sülh təşəbbüslərini davam etdirəcəyini bildirib. Onun bu təşəbbüsləri Brüsseldə narazılıqla qarşılanıb. Brüsseldəki məmurlar Orbanın tərəflər arasında danışıqlar aparmaq üçün səlahiyyətinin olmadığını vurğulayıblar. Bu açıqlamalar qəribədir. Macarsıtan Avropa İttifaqının sədri kimi təşəbbüslərlə çıxış etməyəcəksə, bu sədrliyin nə əhəmiyyəti var?

Budapeşt Çinlə bağlı da Brüsseldən fərqli siyasətə üstünlük verir. Təsadüfi deyil ki, Çin lideri Tis Cinpin Avropa turnesi çərçivəsində Macarıstana da səfər etməyi lazım bilmişdi. Çin Macarıstanı Avropa bazarına giriş qapısı kimi istifadə etmək məqsədi ilə Budapeştrlə əlaqələri dərinləşdirir. Ötən ay Pekində macar həmkarı ilə görüşən xarici işlər naziri Vanq Yi Macarıstanın Avropa İttifaqını Çinə qarşı daha fəal və praqmatik siyasət yeritməyə təşviq etməkdə və qarşılıqlı faydalı əməkdaşlıq üçün müsbət perspektiv qurmaqda müvəffəqiyyətli olacağına ümid etdiyini bildirib.

Görünür, Pekin Macarıstanın Avropa İttifaqına sədrliyindən ümidlidir. Əlbəttə, Budapeşt Brüsselin Çinə münasibətinin müsbətə doğru dəyişməsini arzulayır və sədrlik müddətində buna çalışacaq. Ancaq Avropa İttifaqına sədrlik nominal xarakter daşıyır, qərarlar konsensusla qəbul olunur. Misal üçün Avropa İttifaqının iki aparıcı dövləti Fransa və Almaniya Budapeştin Çinlə münasibətləri yaxşılaşdırmaq siyasətinin əleyhinə çıxacaqlar. Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi Tomas Baqqer Berlinin Pekinə münasibətinin dəyişdiyini deyib. Bu həm iqtisadi rəqabətin sərtləşməsi, həm də Ukrayna müharibəsinin dayandırılması məqsədilə Pekinin Moskvaya təsir etməməsiylə bağlıdır. Halbuki, son illərə qədər Berlinlə Pekin arasında əməkdaşlıq tərəfdaşlıq səviyyəsində idi. “Görünür, tərəzi əyilib. Bir vaxtlar əməkdaşlıq və müttəfiqlik münasibətləri indi rəqabət mənzərəsinə çevrilib, hətta rəqabətə çevrilib”, – almaniyalı diplomat bildirib.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam