Yenixeber.org: Hindistan Körfəz ölkələri ilə strateji tərəfdaşlığı gücləndirib. Bu bölgə uğrunda rəqabətdə Hindistan Çindən geri qalmaq istəmir. Hindistanın baş naziri Narendra Modinin Birləşmiş Ərəb Əmirliklərinə və Qətərə səfəri zamanı Körfəz siyasətinin onun üçün prioritet olduğunu nümayiş etdirib. Modinin üçüncü dəfə baş nazir seçilməsindən sonra onun bu siyasətə üstünlük verəcəyi ehtimalı yüksəkdir. Çünki Çin lideri Si Cinpin Yaxın Şərq siyasətində nə qədər fəaldırsa, Narendra Modi də bu bölgədə fəallığını azaltmamalıdır.
Modi 2014-cü ildə vəzifəyə gəldikdən sonra Hindistanın Körfəz ölkələri ilə əlaqələri dəyişib. Tərəflər arasında münasibətlər enerji, ticarət və hindistanlı işçilərdən (bölgə ölkələrində yaşayan və çalışan təxminən 9 milyona yaxın hindli əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynayır) siyasi əlaqələrə, investisiyalara, müdafiə və təhlükəsizlik əməkdaşlığına qədər inkişaf edib. Hindistan varlı Körfəz ölkələrinin yatırımlarını cəlb etməyə çalışır. Səudiyyə Ərəbistanı gələcək illərdə Hindistana təxminən 100 milyard dollar, Birləşmiş Ərəb Əmirlikləri isə 75 milyard dollar həcmində yatırım qoymağı planlaşdırır. Müxtəlif ortaq layihələr reallaşdırılacaq. Qətərin də Hindistana yatırmları artıb.
Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Omandan formalaşan Körfəz Əməkdaşlıq Şurası (GCC) Hindistanın ən böyük regional ticarət tərəfdaşıdır. Körfəz Əməkdaşlıq Şurası ilə ticarət, 2022-23-cü maliyyə ilində Hindistanın ümumi ticarətinin 15,8%-ni, Avropa İttifaqı ilə ümumi ticarətin 11,6%-ni təşkil edib. Birləşmiş Ərəb Əmirlikləri ardıcıl olaraq Körfəzdə Hindistanın əsas ticarət tərəfdaşıdır, Səudiyyə Ərəbistanı isə dördüncü yerdədir.
Hindistanın Körfəz ölkələri ilə enerji əməkdaşlığı da üst səviyyədədir. Doğrudur, Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra Hindistanın Körfəzin enerji asılılığı azalıb. Dehli bir müddət Rusiyadan ucuz neft alıb. Bununla belə, Rusiyadan neft idxalı 2023-24-cü illərdə azaldığından Hindistanın yenidən Körfəz neftinə üstünlük verməyə başlayıb. Yaxın Şərq neftinin Hindistana tədarük səviyyəsinin orta müddətli perspektivdə yüksəlməsi ehtimalı var.
Bu arada, Dünya Bankı Hindistanın 2024-cü ildə qlobal miqyasda ən sürətlə böyüyən iqtisadiyyat kimi qiymətləndirib. Dünya Bankının proqnozları ilə Hindistan investisiya etmək üçün “mükəmməl” inkişaf etməkdə olan bazar adlandırıb. Dünya Bankı aprel ayında Hindistanın ÜDM artımı ilə bağlı proqnozunu cari maliyyə ili üçün 20 əsas bənd artıraraq 6,6 faizə çatdırıb.
“Atlas” Araşdırmalar Mərkəzi