Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tehranın müsəlman qardaşlığı avantürası – İran islam dünyasını şantaj edir -ANALİZ

 

İran hakimiyyəti öz oyunlarına və iddialarına başqalarını da şərik etməyə çalışır. Ən təəssüfləndirici hal bütün bunları din, islam adı altında reallaşdırmağa cəhd göstərməsidir.

Yenixeber.org: O, İsrail və ABŞ-yə qarşı düşmənçiliyini dini məfkurəyə bağlamaqla insanlar, dinlər arasında nifaq salır, habelə qlobal, regional təhlükəsizliyi təhdid edir.

Tehran uzun illər regional qarşıdurmada, pozuculuqda, iğtişaşlarda əli olmadığını bildirərək, diplomatiyanın hicabı, niqabı ilə gizlənə bilirdi. Ancaq HƏMAS-ın İsrailə hücumu onun bu maskasını yırtıb. Onun qlobal və regional miqyasda qüvvələri, dəstəkçiləri ifşa olunub. İran hakimiyyəti, onun təbliğat maşınları hədəf və pis niyyətlərini gizlətmirlər.

İranda çıxan “Keyhan” qəzetində “Etnasızlıq etsəniz, İsraildən sonra növbə sizə çatacaq!” başlıqlı yazı çap olunub.

Məqalə müəllifi İran hakimiyyətinin arzu və xülyasına zidd olaraq İsrail və ABŞ ilə əməkdaşlıq edən bütün müsəlman dövlətlərini təhdid edib. Panfarsçı və panirançı qəzetin hədəfində olan ölkələr bunlardır: Azərbaycan, Qazaxıstan, Türkiyə, Misir, İordaniya, Qabon və Nigeriya

Bu təbliğat maşını iddia edir ki, adları çəkilən ölkələr İsrailin neft məhsulları ilə təminində əsas yeri tutur. Məqalə müəllifi İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin çıxışından sitat gətirməklə yazının məntiqinin gücləndirməyə səy edib. Xamənei müsəlman ölkələri İsraillə əlaqələri kəsməyə, ona enerji daşıyıcıları və başqa malların ixracatını dayandırmağa çağırıb. Ancaq sual olunur: Niyə İran İsrailə qarşı asqıranda başqaları onu qripə yoluxdurmalıdır? Yaxud niyə başqa müsəlman dövlətləri İran hakimiyyətinin hikkəsinin ardınca hərəkət etməlidir? Oxşar suallar ABŞ-İran münasibətlərinə də şamildir. İran ABŞ və İsrailə ölüm şüarını irəli sürürsə, bütün müsəlmanlar “ləbbeyk” deyib Tehranın hikkəsinin müdafiə etməsi heç məntiqi deyil. Çünki həm İsrail, həm də Ştatlarla Tehran rejimi arasında zaman-zaman çox isti münasibətlər olub. Bu əlaqə İran-İraq müharibəsi zaman özünü daha aydın göstərib. Sonrakı illərdə də ticarət əlaqələri üçüncü tərəfin iştirakı ilə reallaşıb. Məsələn, İranda ABŞ-nin keçmiş vitse-prezidenti Dik Ceyninin “Haliberton” şirkətin törəmə müəssisəsi fəaliyyət göstərib. Yaxud Böyük Britaniyanın “bp” şirkətinin İranda fəaliyyəti, oradan aldığı 5 min hektar torpaq sahəsi də uzaq keçmiş deyil. Ötən il isə İran ABŞ ilə beş məhbusun mübadiləsi nəticəsində 6 milyard dollarlıq sövdələşmə də unudulmayıb.

2022-ci ildə ABŞ İrana 45,5 milyon dollarlıq mal ixrac, həmin il isə İslam Respublikası Ştatlardan 18,6 milyon dollarlıq tibbi avadanlıq idxal edib.

Özünü “müsəlmanların və məzlumların hamisi” kimi göstərmək istəyən Tehranın HƏMAS-ın başladığı müharibədən əvvəl İsraillə üçüncü ölkənin iştirakı ilə neft sahəsində alver edib.

“foreignpolicy.com” saytında dərc olunan “İsrail İrandan neft alır?” başlıqlı məqaləsində bildirilib ki, İsrail İran neftinin geniş miqyasda idxalçısıdır. Bildirilib ki, İsrail İslam Respublikası neftini Avropa boykotundan yan keçirir. İsrailin etibarlı enerji bülleteni “EnergiaNews” belə yazıb: “Keyfiyyətinə görə İranın xam nefti İsraildə daha çox sevilir”.

Bu bülletenin redaktoru Moşe Şalevin hesabatında qeyd olunub ki, İsrail İran neftinin əsasən Roterdam limanından idxal edir. Odur ki, müsəlman ölkələrin İsrailə neft ixracı yolunun 2000-ci illərdə ilk pioneri elə İslam Respublikası sayılır.

Nə qədər ironik səslənsə də, belə çıxır ki, İran hakimiyyəti İsrail bazarı uğrunda Azərbaycanla rəqabət aparır, yaxud bu istiqamətdə əməkdaşlığı qısqanır.

Başqa bir örnək. İranın Rəfsəncan bölgəsi püstələri ilə məşhurdur. Bu ölkənin keçmiş prezidenti Əliəkbər Haşimi-Rəfsəncani də bu rayondandır. Onların böyük püstə bağlarının olduğu iddia edilir. Vaxtı ilə Rəfsəncaninin püstələri İsrail bazarlarında at oynadırdı. Ona görə Tehranın təbliğat maşının islam ölkələrinin İsrail və ABŞ ilə ticarət əlaqəsi saxladıqları üçün iddialı və hikkəli yazısı səmimi görünmür, müsəlman təəssübkeşliyindən çox-çox uzaqdır. Yəni tir və çöpün fərqini görməmək qədər korluq sayılır.

Bəhs etdiyimiz məqalədə isə Azərbaycan Respublikası təhdid edilir. Bildirilib ki, Xəzər dənizindəki mənbələrdən neft Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Ceyhan limanına ötürülür, oradan isə tankerlər bu nefti Türkiyənin Ceyhan limanından İsrailin Hayfa liman-şəhərinə daşınır. “Keyhan” bununla Bakı-Tbilis-Ceyhan Əsas Boru İxrac kəmərinin hədəf olaraq göstərib: “Bu dəhlizin dağılması sionist rejimin (İsraili nəzərdə tutub-red.) bütün iqtisadiyyatında böhrana səbəb ola bilər”.

Tehranın təbliğat ruporu Azərbaycana lazım olan silah və hərbi texnikanın əsas ixracatçısının İsrail olduğunu da vurğulayıb.

İran hakimiyyətinin müsəlman birliyi iddiasında saxtakarlığı güneyli-quzeyli Azərbaycan ictimaiyyəti üçün çoxdan təsdiqlənib. Qarabağ və ətraf rayonlar Ermənistanın işğalı altında olan zaman bu dövlətin davranışlarını yada salmaq bəs edər. 44 günlük müharibə zamanı İran ərazisindən keçməklə Ermənistana hərbi texnika və silahların ötürülməsi, habelə Təbrizdə quraşdırılan qazpaylayıcı vasitəsi ilə işğalçı Ermənistana 20 il “mavi yanacaq” nəql edilməsi, gündəlik tələbat mallarının verilməsi, habelə Araz çayı sahilində Ermənistanla birgə Azad Ticarət Zonasının yaradılması, Qafan-Gorus yolunun Azərbaycana aid hissəsindən qanunsuz olaraq istifadə edilməsi və başqa çoxsaylı faktlar bu saxtakarlığı isbatlayır.

Azərbaycanla Ermənistan arasında sülh sazişi hələ imzalanmayıb. Ancaq İran hakimiyyəti rəsmi İrəvanın Bakı ilə danışıqlarda mövqeyini gücləndirmək üçün bütün vasitələrdən istifadə edir. Bu ilin fevralında İran və Ermənistan rəsmləri illik ikitərəfli ticarət əlaqələrini 3 milyard dollara çatdırmaq barədə razılığa gəliblər. 2023-cü ildə bu rəqəm 692 milyon 496,8 min dollar təşkil edib. Ancaq Azərbaycan torpaqları işğal altında olduğu dövrdə özünü müsəlmanların himayəçisi sayan İranın Ermənistanla çoxsaylı hərbi, ticari-iqtisadi, mədəni, siyasi əlaqələri onun ikiüzlülüyünü ifşa edir.

Bu yazıda qeyd olunan fikirləri İranın ayrı-ayrı rəsmiləri müxtəlif formada bəyan ediblər. Məqalə Tehran rejimini müsəlmanların “cəfakeşi” kimi islam dünyasına sırımağa yönəlmiş uğursuz cəhddir. Bu, həm də İsraildə “islam müqavimət hərəkatları”, HƏMAS və s. adı altında apardığı müharibədə özünü mümkün məğlubiyyətlərdən sırğortalamaq cəhdidir.

Rejim bu məqalə ilə Azərbaycan başda olmaq İsrail və ABŞ-la əməkdaşlıq edən, ticarət əlaqəsi saxlayan islam ölkələrinə qarşı İran cəmiyyətində kin, nifrət aşılayır. Gələcəkdə Azərbaycanı müdafiə etmək istəyənlərə burada yazılanlardan istifadə edərək təzyiq və təqibləri artırmağı hədəfləyir.

Tehran İnqilab Keşikçiləri Korpusunun (Sepah) Qüds qolunun yaratdığı proksi-qüvvələrə təbliğat materialı, yaxud adlarını çəkdiyimiz müsəlman ölkələrin təhdid olunması üçün siqnaldır. Beləliklə, İranın Yaxın Şərqlə bağlı iddiaları təəssübkeşlik deyil, avantüradır. Bu avantüra onu batıra da bilər. Tehran batan bu gəmiyə başqalarını da mindirməklə özünə yol yoldaşı axtarır. Ona görə də müsəlman ölkələrini şantaj edir. Ona görə də deyə bilərik ki, “Keyhan”ın yazısı həm də cəhənnəmə gedənin özünə yoldaş axtarmasına bənzəyir.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam