Redaktor seçimi
Ramin Abdullayev hələ də cəzasız qalıb: Yuxarı instansiyalar cəza tədbiri görə bilmir? -
Cavanşir Feyziyevlə Ağalar Vəliyevin pulunu BALTA KƏSMİR: Amma nə olsun... -
Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Günün xəbəri

Gözlənilməz bir səfərin tarixçəsi -Səfir Libbinin Şuşaya getməsi ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

Yenixeber.org: Vətən Müharibəsindən sonra ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun təmsilçiləri vaxtaşırı olaraq, işğaldan azad edilmiş bölgələrimizə səfər ediblər. Ancaq ötən 3 il yarim müddətdə ABŞ-nin ölkəmizdəki səfiri heç bir səbəb göstərmədən bu səfərlərə qatılmayıb. Siyasi dairələrdə və mediada bu məsələ ilə bağlı xeyli sual və iradlar səslənsə də, səfir və bütövlükdə diplomatik nümayəndəlik mövqeyini dəyişmirdi. Hətta bu il mayın 3-də - cəmi 4 gün əvvəl Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı jurnalistlərə müsahibə verən səfir Mark Libbi demişdi ki, indiyədək Azərbaycanın bir neçə regionunda səfərdə olub: “Bunu siyasi səbəbləri yoxdur. Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir... Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm... Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”.

Bu müsahibədən heç 3 gün keçməmiş cənab səfir Şuşaya səfər edib. Bildirilib ki, səfir həyat yoldaşı ilə birlikdə həm də Füzuliyə gedib. 

Səfir Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını bölüşərkən deyib ki, Şuşada olduğuna görə xoşbəxtdir: “Biz iki aya yaxındır bu səfərə hazırlaşırdıq və şadam ki, bu səfər, nəhayət, baş tutdu. Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm”.

Səfirin 3 gün əvvəlki müsahibədə səsləndirdiyi fikirlər, bundan dərhal sonra isə Şuşaya səfər etməsi nəyin göstəricisidir? Son zamanlarda ABŞ və Azərbaycan arasındakı soyuq münasibəti yaxşılaşdırmaq üçün atılan addımdımı? Səfirin bu gözlənilməz addımının hansı səbəbləri ola bilər?

“ABŞ səfiri Şuşaya səfərində iki aydır buna hazırlaşdığını desə də, cəmi 3 gün əvvəlkü müsahibəsində o, hələ bu səfərə hazır olmadığını bildirmişdi”. 

Bu sözləri təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bizimlə söhbətində bildirib.

Ekspert xatırladır ki, Şuşa azad edildikdən bu günədək ABŞ-nin Azərbaycandakı səfirləri bu şəhərə səfərdən imtina edirdilər. Hətta Xankəndi azad edildikdən sonra da belə bir səfər baş tutmadı. İlham İsmayılın fikrincə, erməni lobbisinin ABŞ-də güclü olması və müəyyən məsələlərə təsir göstərməsi burada mühüm rol oynayıb. Amma Cənubi Qafqazdakı indiki reallıq ABŞ-ni də praqmatik addımlar atmağa məcbur edib.

“Azərbaycanla ABŞ arasında müəyyən problemlərin olduğu məlumdur, amma köklü məsələlərdə xüsusi ziddiyyət yoxdur. O cümlədən Azərbaycanın ərazi bütövlüyü məsələsində də. Səfirin Şuşada verdiyi bəyanat təqdirəlayiqdir. Hesab edirəm ki, onun “Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm" açıqlaması bundan xəbər verir ki, tezliklə səfir tərəfindən Xankəndinə də səfər reallaşacaq. Əlbəttə, səfir ölkəsinin siyasətinə uyğun addımlar atır və Dövlət Departamenti ilə məsləhətləşmələrdən sonra Şuşaya səfər etməsi inandırıcıdır. 

Rusiya hərbi kontingentinin Qarabağı tərk etməsindən sonra ABŞ səfirinin Şuşaya səfəri erməni revanşistlərin son ümidini də qırdı. Ona görə də erməni mediası bu səfəri süngü ilə qarşılayıb. Hər halda, bu səfər Azərbaycan-ABŞ münasibətlərinin daha da yaxşılaşmasına və dərinləşməsinə təsir edən bir hadisə kimi dəyərləndirilməlidir” - deyə, İlham İsmayıl bildirdi.

Mövzu ilə bağlı saytımıza danışan politoloq Elxan Şahinoğlu da hesab edir ki, ABŞ səfirinin Şuşaya səfəri son dərəcə əhəmiyyətlidir. Çünki Azərbaycan Qarabağı azad etdikdən sonra qərb ölkələrinin səfirləri adətən Ağdama gedirdilər. Onlar nə Şuşaya, nə Laçına, nə də Kəlbəcərə səfər edirdi. Bu da doğru yanaşma deyildi. Buradan da belə bir nəticə çıxırdı ki, onlar bu əraziləri sanki Azərbaycan ərazisi kimi tanımırlar. 

“Biz hər dəfə Qərb ölkələrinin səfirlərini bu addımlarına görə tənqid edirdik. Zaman keçdikcə səfirlər Şuşaya və Laçına səfər etməyə başladı. Təkcə ABŞ-nin keçmiş və indiki səfiri Şuşaya getmirdi. Mark Libbi bir neçə aydır ki, bu vəzifəyə təyin olunub. Azərbaycana gələn kimi də həyat yoldaşı ilə birlikdə bölgələrimizi gəzməyə başladı. Bu, müsbət haldır. Şuşa Azərbaycanlıların yaşadığı şəhər olub, indi azad olunub və orada bərpa-quruculuq işləri gedir”. 

Politoloq əmindir ki, bu qərar ABŞ Dövlət Departamenti ilə yazışmalarının nəticəsidir. “Dövlət Departamenti də anlayıb ki, Şuşaya getməməyin heç bir əsaslı səbəbi yoxdur. Əksinə, bu, ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilər. Önümüzdəki günlərdə ABŞ və qərb ölkələrinin səfirləri nəinki Şuşaya, həm də Laçın, Kəlbəcər, Xankəndi və işğaldan azad olunmuş digər ərazilərə də getməli və mövcud vəziyyətlə tanış olmalıdırlar”.

Beləliklə, superdövlətin səfirinin cəmiyyətdə və siyasi dairələrdə əsaslı qınağa səbəb olan mövqeyi dəyişdi. Son aylarda Azərbaycan hakimiyyətinin ABŞ ilə münasibətlərindəki gərginlik bu addımdan sonra səngiyəcəkmi? Qarşıdakı günlərdə bu sualın da cavabını tapacağımıza ümid edirik.(pressklub)   

Mədinə Useynova 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam