Redaktor seçimi
Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Günün xəbəri

Fransanın Ermənistanı itələdiyi uçurum:Paşinyan, Parisə yox, Bakıya bax!

Mərkəz rəhbəri: “Ermənistan anlamalıdır ki, yeganə təhlükəsizlik təminatı Azərbaycan və Türkiyə ilə münasibətlərin nizamlanmasından keçir”

Yenixeber.org: “Fransa regionda sülhə dəstək vermək əvəzinə 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlamış və xalqımıza qarşı soyqırımı cinayətləri törətmiş Ermənistanı silah-sursatla təmin edərək orada öz hərbi missiyasını yaratmaqla revanşist hisslərin alovlanmasına rəvac verir, Ermənistanı yeni müharibəyə təhrik edir, Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək planını reallaşdırmağa çalışır”. Bu sözləri Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev rəsmi qəzetə müsahibəsində deyib.

General bildirib ki, Fransa hətta məqsədinə çatmaq üçün bütün bunlarla kifayətlənməyərək öz xüsusi xidmət orqanı nümayəndələri vasitəsilə müxtəlif şəxsləri məxfi əməkdaşlığa cəlb edib casus şəbəkəsi formalaşdırmaqla Azərbaycanın milli təhlükəsizliyinin zərərinə fəaliyyət göstərir: “Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu fəaliyyət ifşa olunaraq dərhal və operativ şəkildə zərərsizləşdirilmiş, zəruri və adekvat addımlar atılmışdır. Əməliyyat şəraiti daim nəzarət altında saxlanılmaqla dövlətimizin təhlükəsizliyinə yönələn təhdidlərin qabaqlanması və qarşısının alınması istiqamətində müvafiq tədbirlər bundan sonra da görüləcəkdir. Biz yeni çağırışlara və bölgəmizdə cərəyan edən mənfi təzahürlü proseslərin hər cür ssenarisinə daim hazır olmalı, təhlükəsizliyin etibarlı şəkildə təmin olunması məsələsində ayıq-sayıqlığımızı əldən verməməliyik”.

Fransanın Azərbaycana qarşı apardığı siyasətlə bağlı suallarımızı cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Əli Nağıyev sıradan şəxs deyil və dedikləri faktlara əsaslanır:

- Fransa casus şəbəkəsinin Azərbaycan tərəfindən ifşa edilməsi də bir həqiqətdir. Fransa Prezidenti Emmanuel Makron, ümumilikdə rəsmi Paris Azərbaycanla bağlı yanlış siyasətini davam etdirir. Təbii ki, Fransa Cənubi Qafqazda möhkəmlənmək istəyir və bu siyasət də ona hesablanıb. Amma düşünürəm ki, yanlış siyasətdir. Anti-Azərbaycan siyasətini davam etdirdiyi müddətdə Fransa Ermənistan üzərindən Cənubi Qafqazda möhkəmlənə bilməyəcək. Çünki Cənubi Qafqazın açar dövləti Azərbaycandır və Fransa təəssüf ki, bunu anlaya bilmirlər.

- Avropanın siyasi mərkəzi olan bir ölkənin siyasətçilərinin bunu anlamaması bir qədər qəribə deyilmi?

- Anlaşılandır ki, Fransada erməni lobbisi güclüdür, Parisin anti-Azərbaycan siyasətinə həmin lobbi mərkəzlərinin təsiri var. Amma əvvəllər də erməni lobbisi var idi. O zaman Fransa dövlət rəhbərləri nisbətən balanslı siyasət həyata keçirirdilər. Makron isə bütün balansı Ermənistanın xeyirinə pozdu. Heç bir nəticə isə əldə edə bilmədi. Artıq Fransa qəzetləri bu gün yazır ki, Azərbaycan Fransaya problemlər yaratmağa başlayıb. Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla münasibətləri korlayan Fransanın müstəmləkələrində Parisə qarşı çıxışlar var, həmin müstəmləkələrdə Azərbaycan bayraqları qaldırılır. Buna baxmayaraq, Fransa Canubi Qafqazla bağlı təhlükəli oyunu  daha da genişləndirir. Bu gün Fransa İranla birləşir, siyasətini koordinasiya edir. Fransanın Ermənistandakı səfiri açıq deyir ki, İranla Fransanın mövqeləri Ermənistan məsələsində üst-üstə düşür. Bu mənada DTX rəisi Əli Nağıyevin açıqlamaları yerindədir. Fransa anti-Azərbaycan siyasətini davam etdirirsə, bu siyasətini İranla koordinasiya edirsə, demək ki, Paris də Tehran kimi, bölgədə sülh və əməkdaşlığın bərpasında maraqlı deyil.

Yenə deyirəm, bu siyasət Fransa üçün uğur gətirməyəcək. Birincisi, Fransa anti-Azərbaycan mövqeyinə görə Cənubi Qafqazda möhkəmlənə bilməyəcək. İkincisi, Azərbaycan Parisin vasitəçiliyindən artıq imtina edib və bundan sonra Fransa prosesə qoşula bilməyəcək. Eyni zamanda, Fransanın müstəmləkələrinin azadlıq mübarizəsinə Bakı dəstək verir ki, bu da Fransa üçün problem deməkdir.

- Dediniz ki, əvvəlki Fransa rəhbərləri balanslı siyasət aparırdılar. Bəs niyə Makron hakimiyyəti bu balansı pozdu?

- Düzdür, əvvəllər normal münasibətlər vardı. Amma o vaxt da Fransanın əsas strateji hədəfi bəlli idi, o vaxt da Fransa ermənipərəst idi. Fransanın tarix boyu ermənilərə sevgisi olub. Məsələn, məşhur sözü, “ermənilər fransızların bacısıdır” sözünü əvvəlki Prezident Nikola Sarkozi demişdi. Baxmayaraq ki, Sarkozi Azərbaycanla əməkdaşlıq edirdi, Bakıda səfərdə olmuşdu. Erməni sevgisi təkcə siyasətçilərə aid deyil, Fransa cəmiyyətinin də böyük kəsimində erməni sevgisi var. Məsələn, Xurşidbanu Natəvanın heykəlinə qarşı necə vandallıq etdiklərini gördük. Yəni Fransanın Azərbaycana qarşı münasibəti bəllidir. Bu da onların seçimidir. Amma yanlış seçimdir.

Onu da deyim ki, Fransa həm də Ermənistandan və ermənilərdən alət kimi də istifadə edib. Tarixən ermənilər Fransanın aləti rolunda çıxış ediblər. Ermənilərin içərisində bunu anlayanlar mövcuddur, zaman-zaman bu faktı dilə gətirirlər. Hətta Fransa sonda bu alətindən istifadə etdikdən sonra zaman-zaman imtina da edib. Fransa tarixdə hansı xalqa xeyir verib ki... Məsələn, Vyetnamı İkinci Dünya müharibəsi zamanı qoydu-qaçdı, kommunistlər ölkəni ələ keçirdilər. Bu gün Afrikadakı müstəmləkələrini də Allahın ümidinə buraxır. Bir gün Ermənistanı da tək qoyacaq, müdafiə edə bilməyəcək.

Ermənistan anlamalıdır ki, yeganə təhlükəsizlik təminatı Azərbaycan və Türkiyə ilə münasibətlərin nizamlanmasından keçir. Məncə, Ermənistanın indiki hakimiyyəti sanki bunu anlamağa başlayıb.

- Yəni Nikol Paşinyan hakimiyyəti Parisdən üz döbdərir?

- Deməzdim ki, tam üz döndərir. Amma məsələn, Nikol Paşinyan son müsahibələrindən birində dedi ki, Ermənistan regional layihələrdə iştirakda maraqlıdır. Bəllidir ki, regional layihələrin də mütləq əksəriyyətinin müəllifi Azərbaycan və Türkiyədir. Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan Ermənistanın bu layihələrə qatılması imkansızdır. Paşinyan İrəvanın regional layihələrdə iştirak etmək istəyini dilə gətirirsə, demək ki, Fransaya çox da boylanmamalıdır, region ölkələrinə baxmalıdır. İrəvanda başa düşməlidirlər ki, Fransa bu siyasəti ilə Ermənistanı uçuruma aparır. Ermənistan bu uçurumdan yayınmaq siyasətinə keçid etməlidir.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam