Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Müharibənin Coğrafiyası Genişlənib -ŞƏRH

 Yaxın Şərqdə davam edən toqquşmalar Hindistan sahillərinə yaxınlaşıb. Bir neçə gün əvvəl İrandan havaya qalxdığı iddia edilən pilotsuz uçuş aparatı Hindistan sahillərində üzən gəmiyə tuşlanıb.

Yenixeber.org: “The Wall Street Journal” nəşri Pentaqona istinadən yaydığı xəbərdə Liberiya bayraqlı, Yaponiyaya məxsus, Niderland tərəfindən qulluq edilən kimyəvi maddə daşıyan tankerin Hind okeanında hücuma məruz qaldığı faktını təsdiqləyib. Bu o deməkdir ki, İsraillə “Həmas” arasındakı savaş uzaq bölgəyə sıçrayıb.

Yəməndəki husilərin Qırmızı dənizdə gəmiləri hədəf seçməsi Amerika Birləşmiş Ştatlarını bu bölgədə yeni ittifaq formalaşdırmağa məcbur edib. İttifaqın məqsədi Qırmızı dənizdə ticarət gəmilərinin təhlükəsizliyini təmin etməkdir. Tehran Qırmızı dənizdə gəmilərə hücumlarla bağlı əlaqəsinin olmadığını bildirsə də, buna inanan azdır. Çünki gəmilərə hücum edən husilərin silah və pilotsuz uçuş aparatları ilə təhcizatını İran təmin edir.

Bu arada, İsrailin baş naziri Binyamin Netanyahu hindistanlı həmkarı Narenda Modi ilə azad gəmiçiliyi və Yəməndəki husilərin hücumlarından qorunması mövzularını müzakirə ediblər. İki ölkənin baş naziri ayrıca, oktyabrın 7-də İsrailə terror hücumu və onun nəticələrini müzakirə ediblər. Məlumdur ki, Hindistan terrorla mübarizədə İsraili dəstəkləyib. Narendra Modi, İsrailə terror hücumundan dərhal sonra sosial şəbəkə səhifəsində bunu yazmışdı: “Biz bu çətin anda İsraillə həmrəyik”. Narendra Modi terror hücumundan bir neçə gün sonra Benyamin Netanyahuya zəng edərək İsrailin hərəkətlərini tam dəstəklədiyini bir daha vurğulamışdı. Bu baxımdan Hindistanın mövqeyi Dehlinin tərəfdaş münasibətləri olduğu Rusiya və İranın mövqeyindən kəskin şəkildə fərqlənir. Tehran İsrail dövlətinin varlığını şübhə altına aldığı və bu dövlətə qarşı terror hücumlarını dəstəklədiyi halda Dehli tam əks mövqedən çıxış edir.

Hindistanla İsrail arasında siyasi əlaqələr üst səviyyədədir. Hindistan İsraildən müxtəlif növ silahlar alır. Narendra Modinin rəhbərlik etdiyi “Bharatiya Janata” Partiyası hakimiyyətə gəldikdən sonra Dehli İsraillə əlaqələri strateji səviyyəyə qaldırıb. Modi 2017-ci ildə İsrailə səfər edib. Bir il sonra Netanyahu Hindistana səfər edib.

İrana bağlı qrupların Hindistan sahillərinə yaxın gəmiləri hədəf alması Dehlini narahat etməlidir. İranın dəstəklədiyi silahlı qruplar artıq Hindistan üçün təhlükə mənbəyinə çevrilib.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam